İcbari tibbi sığortanın tətbiqindən dörd il ötür: 235 milyondan artıq tibbi xidmət göstərilib
Səhiyyə
1 apr 2025 | 15:14
Əhalinin tibbi xidmətlərə əlçatanlığını artırmaq və vətəndaşların səhiyyə ilə bağlı maliyyə yükünü azaltmaq məqsədi daşıyan icbari tibbi sığortanın ölkə üzrə tətbiqindən bu gün dörd il keçir. 1 aprel 2021-ci ildən etibarən icbari tibbi sığorta çərçivəsində 78 milyon 664 mindən çox müraciət üzrə vətəndaşlara 235 milyon 242 mindən çox tibbi xidmət göstərilib. Tibbi xidmətin 86%-i ambulator şəraitdə, 14%-i isə stasionar şəraitdə göstərilib.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, ən çox müraciət edilən tibbi xidmətlər sırasında ilk yerdə ümumi tibbi baxış, profilaktik müayinələr (18 yaşa qədər), qan dövranı, endokrin, tənəffüs və həzm sisteminin xəstəlikləri ilə bağlı olub. Ən çox icra olunan əməliyyatlar doğuş və ginekoloji prosedurlar, sidik yolları, cinsiyyət, ürək-damar, oftalmoloji və həzm sistemi xəstəliklərinin cərrahi müalicəsi ilə bağlı olub.

2021-24-cü illər ərzində icbari tibbi sığorta ilə tibbi xidmət alan pasiyentlərin sayı artan xətlə davam edib. Belə ki 2021-ci illə müqayisədə 2024-cü ildə tibbi xidmət almış pasiyentlərin sayında 29% artım qeydə alınıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrinə (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) göndəriş verilir. 2021-ci ildən etibarən göndəriş alan vətəndaşlar müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 541 mindən çox əməliyyat və prosedurdan yararlanıblar.

2021-24-cü illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən müqaviləli özəl və sahəvi tibb müəssisələrinə 798 milyon 952 min manatdan çox, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə isə göstərilən tibbi xidmətlər müqabilində 1 milyard 553 milyon 291 min manatdan çox məbləğdə ödəniş həyata keçirilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hədəfi əhaliyə göstərilən tibbi xidmətlərin əlçatanlığını və keyfiyyətini artırmaq və uzunmüddətli perspektivdə universal tibbi təminata nail olmaqdır. Dörd il əvvəl icbari tibbi sığorta çərçivəsində cəmi 1 829 tibbi xidmət təminata alınmışdısa, hazırda onların sayı 1.8 dəfə artaraq 3 315-ə çatıb. Əvvəlki Xidmətlər Zərfində koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatları limitli şəkildə icra olunurdusa, hazırda sözügedən əməliyyatlarla bağlı limitlər aradan qaldırılıb. Bundan başqa, yenilənmiş Xidmətlər Zərfində ilk dəfə olaraq qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları təminata alınıb.
Bu gün, 15:45
Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib - FOTO
Bu gün, 15:39
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı - SƏRƏNCAM
Bu gün, 15:38
İlham Əliyev bir qrup şəxsi təltif etdi - SİYAHI
Bu gün, 15:00
Altı tibb müəssisəsinin yanında minib-düşmə yerləri yaradılıb - FOTO
Bu gün, 14:52
Azərbaycan XİN CNN-dən təkzib tələb etdi
Bu gün, 14:47
Azərbaycan Prezidentinə təbriklər gəlməkdə davam edir
Bu gün, 14:30
Beş soydaşımız HƏLAK OLDU: Azərbaycanlıların olduğu gəmilərin VURULMA ANI - VİDEO
Bu gün, 14:13
Bakıda bina təmirinə doqquz milyon manata yaxın pul ayrılacaq
Bu gün, 13:48
Abbas Əraqçı fevral ayında aviazərbəyə məruz qaldığını İLK DƏFƏ AÇIQLADI
Bu gün, 13:34
Qurumlarda vəzifə tutmaq istəyənlərin NƏZƏRİNƏ - ŞƏRT
Bu gün, 13:30
Müəllimini güllələyən şagirdin valideynlərindən İLK AÇIQLAMALAR
Bu gün, 13:11
Xəzərin səviyyəsinin azalmasına qarşı üç ölkə ilə işçi qrup yaradılıb
Bu gün, 13:06
Azərbaycanla ABŞ arasındakı 7.5 milyardlıq müqavilələrdə nələr var?
Bu gün, 12:56
Qazaxıstan ciddi siyasi dəyişikliklərə başladı
Bu gün, 11:10
Pensiya zamanı birdəfəlik ödənişi kim alacaq? - MM TƏSDİQLƏDİ
Bu gün, 10:44
Qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyatdan keçənlərin sayı AÇIQLANDI
Bu gün, 10:39
Afaq Bəşirqızı ƏMƏLİYYAT OLUNDU: "Riskli idi"
Bu gün, 10:22
Orxan Məmmədov: "Millinin ikinci dəfə Avropa çempionu olması ölkə idmanı və futbolu üçün böyük hadisədir"
Bu gün, 10:06
Süni intellektə maraq artır: Yaponiya və ABŞ elmi tədqiqata bir milyard dollar ayırırlar
Bu gün, 09:40
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
Dünən, 13:37
İşğaldan azad edilmiş ərazilərdəki kəhrizlər bərpa olunacaq
Dünən, 13:36
Azərbaycandan Ermənistana 42 vaqon dizel göndəriləcək
Dünən, 12:40
Azərbaycanlıya Ukraynada yüksək vəzifə verildi - FOTO
Dünən, 12:35
Nazir müavinindən ƏTİN QİYMƏTİ ilə bağlı açıqlama
Dünən, 12:19
Ali Məhkəmənin xəbərdarlığı: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır
Dünən, 12:00
Ermənistan və ABŞ arasında "Tramp marşrutu" üzrə çərçivə sazişi imzalandı
Dünən, 11:52
Avtonom nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq?