Həkim və orta tibb işçiləri üçün işə qəbul prosesi rəqəmsallaşdırılıb
Səhiyyə
13 may 2025 | 10:52

Dövlət tibb müəssisələrində işləmək istəyən həkim və orta tibb işçiləri üçün işə qəbul prosesi tamamilə rəqəmsallaşdırılıb. Namizədlər Səhiyyə Nazirliyinin sehiyye.gov.az rəsmi internet saytında və ya kabinet.e-health.gov.az, eləcə də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) www.tabib.gov.az rəsmi internet saytında “Karyera” bölməsinə keçid edərək öz ixtisaslarına uyğun olan vakansiyaları görə, izləyə və ya seçə bilərlər.

TƏBİB-dən verilən məlumata görə, namizədlərin müraciətlərini asanlaşdırmaq məqsədilə qurumun rəsmi internet saytında da “Tibb müəssisələrinə həkim və orta tibb işçilərinin işə qəbulu” adlı alt bölmə yaradılıb. Saytda yuxarı hissədə görünən “Karyera” bölməsinə keçid etməklə, qeyd olunan alt bölməyə daxil olaraq buradan vakant yerlərlə tanış ola bilərlər.

Namizədlər buradan “Müəssisə” bölməsindən müraciət etmək istədiyi tibb müəssisəsini, ”Vəzifə” bölməsindən isə tibb müəssisələrində həkim və orta tibb vəzifələri üzrə elan olunmuş vakansiyaları seçə bilərlər. Müraciət üçün “Müraciət et” düyməsini aktivləşdirmək yetərlidir.

“Bu zaman sistem sizi Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”nə yönləndirəcək və orada “Şəxsi kabinet” yaratmaqla, ilkin prosesə başlayacaqsınız. Yalnız bundan sonra siz uyğun vakansiyanı seçərək sənədlərinizi elektron şəkildə sistemə yükləyirsiniz və ərizəni təsdiqləyirsiniz. Bunun üçün sizə 15 iş günü vaxt verilir. Təqdim edilən sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, bu barədə namizədə bir iş günündən gec olmayaraq məlumat verilir. Namizəd həmin çatışmazlıqları ən geci 5 iş günü müddətində aradan qaldırmalıdır.

Sənədləriniz avtomatlaşdırılmış qaydada yoxlanılır. Bütün sənədlər qaydasındadırsa, müsahibəyə dəvət alırsınız.

Tibb müəssisələrinə işə qəbul olunmaq istəyən hər bir namizədin bilik və bacarıq səviyyəsinin, fərdi keyfiyyətlərinin iddia etdiyi vakant vəzifəyə uyğun olmasının müəyyən edilməsi məqsədilə müsahibə keçirilir. Müsahibələr Komissiyanın iştirakı ilə aparılır. Uyğun namizəd seçildikdə nəticə şəxsi kabinetinizə və e-mail ünvanınıza göndərilir”, - deyə məlumatda bildirilir.
Bu gün, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
Bu gün, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu gün, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
Bu gün, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
Bu gün, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
Bu gün, 13:31
Onlar vergidən 20 il azad edildilər
Bu gün, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
Bu gün, 12:16
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
Bu gün, 11:40
Vətən müharibəsinin BİLİNMƏYƏNLƏRİ: Qəhrəmanlar 44 günün GİZLİNLƏRİNİ AÇIRLAR - VİDEO
Bu gün, 10:32
Zakir Həsənov onlara müraciət etdi
Bu gün, 10:30
Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI
Bu gün, 10:29
Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"
Bu gün, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı
Bu gün, 09:30
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
Dünən, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
Dünən, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
Dünən, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
Dünən, 14:00
İran yeni silahlar hazırlayır
Dünən, 13:50
Qatarlarda interval azaldılacaqmı? - Problemlə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:25
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli oldu
Dünən, 13:00
Bakının əsas magistral su xətti nə vaxt bərpa olunacaq?
Dünən, 12:30
Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi
Dünən, 10:37
Ölümündən bir il ötür: "Elə bir gün olmayıb ki, onunla söhbət etməyim"
Dünən, 10:33
Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?
Dünən, 10:00
Nazirlikdən 189 min nəfəri SEVİNDİRƏCƏK AÇIQLAMA
28-09-2026, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
28-09-2026, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN