Səhiyyə Nazirliyində "Vətəndaş qəbulu" tam rəqəmsallaşdı - Foto

Azerimedia.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bu istiqamətdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzi tərəfindən qurumun internet portalında "Vətəndaş qəbulu" modulu hazırlanaraq istifadəyə verilib. Yeni rəqəmsal həll vətəndaş qəbullarının qeydiyyatını, müraciətlərin nəticələrinin izlənilməsini və təhlilini vahid elektron mühitdə birləşdirir.
Modul vasitəsilə hər bir qəbul üzrə vətəndaşın məlumatları, müraciətin məzmunu, aidiyyəti struktur bölmələr, məsul əməkdaş və qəbulun nəticəsi vahid elektron kartda qeydə alınır. Sistem vətəndaş məlumatlarının avtomatlaşdırılmış qaydada əldə edilməsinə, müraciətlərə aid sənədlərin elektron formada əlavə olunmasına və məlumatların təkrar daxil edilməsinin azaldılmasına imkan yaradır.
Yeni modulun mühüm üstünlüklərindən biri müraciətlərin nəticələrinin sistemli şəkildə izlənilməsi və təhlilidir. Elektron sistemdə müraciətlərin statusları üzrə uçot aparılır, müxtəlif meyarlar əsasında axtarış və filtrasiya imkanları təqdim olunur. Eyni zamanda, rəhbərlik üçün gündəlik, həftəlik, aylıq və digər dövrlər üzrə analitik hesabatların hazırlanması təmin edilir.
Bu imkanlar vətəndaş müraciətlərinin əsas mövzularını, onların struktur bölmələr üzrə bölgüsünü və qəbulun nəticələrini operativ qiymətləndirməyə, mövcud problemləri müəyyənləşdirməyə və idarəetmə qərarlarının məlumatlar əsasında qəbuluna şərait yaradır.
"Vətəndaş qəbulu" modulunun istifadəyə verilməsi Səhiyyə Nazirliyində daxili idarəetmə proseslərinin rəqəmsallaşdırılması, vətəndaşlarla işin səmərəliliyinin artırılması, nəzarət və hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin mühüm hissəsidir. Modulun tətbiqi ilə vətəndaş qəbulları üzrə məlumatların vahid elektron mühitdə idarə olunması və məlumatlara əsaslanan idarəetmə imkanlarının genişləndirilməsi təmin edilib.


Dünən, 14:13
Lavrov Azərbaycana gəlir
Dünən, 14:06
"8 yaşı tamam olanda onu aparacaqlar" - Əfqanıstanda azyaşlılar ərə verilir
Dünən, 14:04
Kənd yumurtası bahalaşdı - Topdansatış qiyməti 35 qəpiyə çatdı
Dünən, 14:01
Vyetnamın vitse-prezidenti Azərbaycana səfərə gəlib
Dünən, 13:45
Kartdan-karta pul köçürmələri ilə bağlı yeni qərar vətəndaşlara da aiddir?
Dünən, 12:50
Kartdan-karta pul köçürmələri ilə bağlı yeni qərar - Tariflər
Dünən, 12:10
Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
Dünən, 11:44
Kiyev və Moskvanın qarşılıqlı hücumları - Ölənlər və yaralananlar var
Dünən, 11:40
Bakıda 14 küçə və prospekt təmirə bağlanacaq
Dünən, 11:29
Prezident: "Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir"
Dünən, 11:25
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
Dünən, 11:10
Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi
Dünən, 10:54
Prezident: "İşğaldan azad edilmiş ərazilərdə hazırda 100 minə yaxın insan yaşayır, təhsil alır və fəaliyyət göstərir"
Dünən, 10:30
İlham Əliyev "Rebuild Garabagh" sərgisinin iştirakçılarına müraciət etdi
Dünən, 10:18
Azərbaycanın ilk qadın snayperi vəfat etdi
13-10-2026, 18:02
Xırdalanda 23 ildir həllini tapmayan problem: Yağış yağan kimi küçələri su basır
13-10-2026, 17:50
Sadır Japarov sabah Azərbaycana gələcək
13-10-2026, 17:47
Qara dənizdə iki gəmiyə dron hücumu olub: 8 Azərbaycan vətəndaşı xilas edilib
13-10-2026, 17:41
Şeyx: "Qəbul olunan qərarda "hicab" sözü yoxdur"
13-10-2026, 17:30
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
13-10-2026, 17:26
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Foto
13-10-2026, 15:06
Bakıda məktəblilərə xəsarət yetirildi: Son vəziyyətləri açıqlandı
13-10-2026, 14:46
Elçin Məsiyev UEFA Avropa Liqası oyununu idarə edəcək
13-10-2026, 14:43
YAP-dan Türkiyənin hakim partiyasına çağırış: "Azərbaycana qarşı məsuliyyətsiz açıqlamalardan çəkinin"
13-10-2026, 14:05
Ermənistanın milyardlarla gəlir gözlədiyi obyekt İran raketlərinin hədəfində
13-10-2026, 11:35
Səhiyyə Nazirliyində "Vətəndaş qəbulu" tam rəqəmsallaşdı - Foto
13-10-2026, 11:23
Ermənistanda saxlanılan Nəsimi Musayevdən XƏBƏR VAR