Sosial şəbəkələrdə orqan nəqli üçün pul toplayanlara Agentlikdən REAKSİYA
Səhiyyə
28 dek 2023 | 11:28
Son günlər iki nəfər sosial şəbəkə üzərindən orqan tranplantasiyası üçün vəsait toplamağa başlayıb. Bu barədə paylaşımları görən şəxslər isə onların yardım kampaniyasına dəstək olurlar.
Bir qrup insan paylaşımların altına ölkədə orqan transplantasiyasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirildiyini qeyd etsə də, yardım kampaniyaları dayandırılmayıb.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət olunub və məsələ araşdırılıb.

Agentlikdən Oxu.Az-a verilən məlumata görə, sosial şəbəkələr vasitəsilə Kamran Abdıyev və Xəqani Niftalıyev adlı vətəndaşlara orqan köçürülməsi məqsədi ilə vəsaitin toplanması ilə bağlı məlumatlar araşdırılıb və 19 dekabr tarixində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən Agentliyə Kamran Abdıyevin böyrək transplantasiyasına ehtiyac olmasına dair məktub ünvanlanıb:

“Hazırda vətəndaş əməliyyatdan əvvəl müayinələrə cəlb olunub, donor olmaq istəyən vətəndaşın donor uyğunluğu qiymətləndirilir. Uyğun olduğu təqdirdə böyrək transplantasiyası əməliyyatı icbari tibbi sığorta hesabına icra olunacaq.

Qaraciyər transplantasiyası əməliyyatına ehtiyacı olan Xəqani Niftalıyevin isə canlı donoru olmadığı üçün əməliyyatın icrası hazırda mümkün deyil. Donor olduğu təqdirdə sözügedən əməliyyat icbari tibbi sığorta çərçivəsində tam qarşılanacaq”.

Qeyd edək, orqan və toxumaların köçürülməsi zamanı iki subyekt əsas götürülür: Donor və resipiyent. Donor - öz orqan və ya toxumalarını xəstə şəxsə köçürmək üçün könüllü olaraq verən şəxsdir. Resipiyent - müalicə məqsədi ilə orqan və ya toxumalar köçürülən (qəbul edən) şəxs hesab edilir. Transplantasiya üçün bir canlı donorun da əməliyyata hazırlanması və əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir.

Orqan transplantasiyasına ehtiyacı olan vətəndaş sənədləri ilə bir yerdə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə birbaşa müraciət etməlidir. Koordinasiya Mərkəzi Bakı Sağlamlıq Mərkəzində yerləşir. Koordinasiya Mərkəzinin nümayəndəsi pasiyentin (əvvəlki tibbi müayinə nəticələrini) sənədləri ilə tanış olur. Bu sənədlər klinik, laborator və instrumental müayinələrin nəticələri və müvafiq ixtisas üzrə həkim-mütəxəssislərin rəyləri daxil olmaqla, müalicə aldığı tibb müəssisəsindəki xəstəlik tarixindən çıxarış (epikriz) ola bilər. Resipiyentə tibbi baxış keçirilərkən, əlavə müayinələrin aparılması barədə qərar qəbul edilə bilər.

18 yaşına çatmış birinci dərəcəli qohumu donor olmağa razıdırsa pasiyent müvafiq lisenziyası olan tibb müəssisələrindən birinə yönləndirilir. Həmin xəstəxanada transplantasiya üzrə Komissiya üzvləri əməliyyatın zəruriliyi barədə rəy verir. Bu qərar Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə göndərilir. Bundan sonra Mərkəz transplantasiya əməliyyatının hazırlıq prosesinə başlamaq üçün icazə verir.

Ayrı-ayrı şəxslərin sağlamlığı ilə bağlı problemlərin həlli məqsədi ilə vəsaitin toplanılmasına dair müraciətlərlə qarşılaşdıqda məsələnin araşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məlumat verməyinizi rica edirik.

Vətəndaşlar Agentliyin “1542” Çağrı mərkəzi, qurumun rəsmi internet səhifəsi üzərindən “Zəng sifariş et” və "Elektron müraciət" bölmələri, eləcə də [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər. Müvafiq tibbi xidmət icbari tibbi sığorta təminatına daxildirsə vətəndaşlara ödənişsiz tibbi yardım göstəriləcək.
9-10-2026, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
9-10-2026, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
9-10-2026, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
9-10-2026, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
9-10-2026, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
9-10-2026, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
9-10-2026, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
9-10-2026, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
9-10-2026, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
9-10-2026, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
9-10-2026, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
9-10-2026, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
9-10-2026, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
9-10-2026, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
9-10-2026, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start