Hepatit A virusundan qorunma yolları açıqlanıb
Səhiyyə
19 yan 2024 | 13:40
Hepatit A qaraciyər və ya ödün funksiyasının pozulması nəticəsində yaranan virus xəstəliyidir. Mütəxəssislər onun əsasən su, təmas və qida vasitəsilə ötürüldüyünü bildirirlər. Hepatit A qarın boşluğunda və qaraciyərdə ağrılarla müşayiət olunur. Virusa yoluxanda gözün ağı, üzün, bədənin dərisi saraldığından xəstəlik daha çox sarılıq adı ilə məşhurdur.

Həkim-infeksionist Mədinə Abdullayeva deyib: “İnsanlara ya yoluxmuş su və qida vasitələri və ya digər yoluxanlarla təmas nəticəsində keçə bilər. Ürəkbulanma, qusma, qarında diskomfort, ishal, eyni zamanda yüksək temperatur müşahidə edilə bilər. Xəstələrdə sidiyin rəngində tündləşmə, nəcisin rəngində isə dəyişiklik ola bilər”.

Onun dediyinə görə, virus özünü gec büruzə verdiyindən onu vaxtında sezmək çətindir. Xəstəlik dövrü adətən 2-6 ay həftədən bir neçə aya qədər davam edə bilər.

Həkim-infeksionist bildirib ki, hepatit A böyüklər arasında daha ağır və simptomatik, uşaqlarda daha yüngül keçir, amma yüngüllüyündən orta ağır və ağır formalarına qədər inkişaf edə və hətta ölümə səbəb ola bilir.

Virusdan özünü qoruma yolları barədə məlumat verən həkim-infeksionist deyib: “Mənbəyi bilinməyən və ya qaynanmamış sulardan istifadə etməmək məsləhətdir. Eyni zamanda, tərəvəz məhsullarını suda yuyandan sonra bir müddət sirkəli suda saxlamaq lazımdır. Əllərin tez-tez yuyulması və gigiyenaya əməl edilməsi də diqqət mərkəzində dayanmalıdır”.

TƏBİB-dən verilən məlumata görə, ötən il dekabrın axırlarında və bu il yanvarın ilk günlərində hepatit A virusuna yoluxan şəxslər tərəfindən tibb müəssisələrinə müraciətlər daxil olub. Yoluxanlar arasında həm böyüklər, həm də uşaqlar var. Böyüklərin müalicəsi Sabunçu Tibb Mərkəzinin yoluxucu xəstəliklər şöbəsində, uşaqların müalicəsi isə həm həmin şöbədə, həm də Nizami Tibb Mərkəzinin 1 saylı uşaq yoluxucu xəstəxanasının xüsusi ayrılmış korpusunda həyata keçirilir.
Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start