Qızılcadan ağırlaşmış xəstələrin müalicəsi üçün nə qədər xəstəxana ayrılıb? - RƏSMİ CAVAB
Azərbaycanda qızılca ilə bağlı durum hələ də kritik olaraq qalır. Artıq ölkədə qızılca ilə yoluxma bütün yaşlarda baş verir. 1-8 yaş ən həssas qrup hesab edilsə də, yaşlı insanların da qızılcaya yoluxması riskli hesab olunur.
Hava-damcı yolu ilə yayılan və insan orqanizmində ciddi fəsadlar törədən bu virusun inkubasiya dövrü 10-14 gün arasındadır.
Yayılma təhlükəsi böyük olan qızılcanın müalicəsinin istənilən xəstəxanada aparılması da doğru deyil. Pandemiyada olduğu kimi, qızılcaya yoluxmuş şəxsin təcrid olunması ciddi önəm daşıyan faktorlardandır.
Maraqlıdır, ölkədə qızılcaya yoluxmuş və vəziyyəti ağırlaşmış şəxslərin müalicəsi üçün nə qədər xəstəxana ayrılıb?
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, payız-qış mövsümündə qızılca xəstəliyinə qarşı profilaktik tədbirlərin tərkib hissəsi olaraq TƏBİB-in tabeli tibb müəssisələrində sanitariya-gigiyena tədbirlərinin, epidemioloji nəzarətin gücləndirilməsinin həyata keçirilməsi təcili və təxirəsalınmaz tibbi yardım, eləcə də yoluxucu xəstəliklər şöbələri üstünlük verilməklə təmin edilir:
“Qızılca xəstələrinin təcili və təxirəsalınmaz tibbi yardım şöbələrində çeşidlənməsi, müalicəsi, ağırlaşmaların idarə olunması, köçürülmələri və çarpayı fondunun idarə olunması, əlaqədar şöbələrin tibbi avadanlıqlarla, sərfiyyatla təmin edilməsi həyata keçirilir. Bakı, Sumqayıt və regionlarda qızılca xəstəliyinə yoluxan və ya yoluxduğu güman edilən xəstələrin (böyüklərin) stasionar müalicəsi məqsədilə Sabunçu Tibb Mərkəzinin strukturunda olan “Məmmədli müvəqqəti modul tipli xəstəxana kompleksi”ndə 270 çarpayıdan ibarət şöbə təşkil edilib. Eyni zamanda rayon mərkəzi xəstəxanalarının (RMX) yoluxucu xəstəliklər şöbələrində, həmçinin N.Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında uşaqların da qızılca xəstəliyinə yoluxan və ya yoluxduğu güman edilən xəstələrin müalicəsi aparılır”.
Dünən, 15:10
BP AÇG və "Şahdəniz"lə bağlı beşillik müqavilə bağladı
Dünən, 15:09
Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub
Dünən, 14:46
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulacaq
Dünən, 14:20
Metronun iş vaxtı dəyişdirilir
Dünən, 13:13
Yeni icra başçısı onlara vəzifə verdi - Adlar
Dünən, 13:00
Sosial müavinətlərin ödəniləcəyi tarix məlum olub
Dünən, 12:52
Paşinyan rəqiblərini sıradan çıxarmaq üçün konstitusiyaya yeni bənd əlavə edir
Dünən, 12:50
Ərdoğandan Zəngəzur dəhlizi açıqlaması
Dünən, 12:14
Ölkəmiz kağız tullantılardan milyonlar qazandı
Dünən, 11:45
Azərbaycan Prezidenti: "Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib"
Dünən, 11:30
Azərbaycan xaricə 766 min dollarlıq vaksin satıb
Dünən, 11:26
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
Dünən, 10:41
Məleykə Abbaszadə rektor təyin olunduğu BDU-ya dekan axtarır
Dünən, 10:07
Azərbaycanda dini təhsil alan qızların sayı açıqlandı
Dünən, 09:30
Goranboyda torpaq sürüşməsi: Yüzlərlə abonentin su təchizatında problem yarandı - Foto
Dünən, 09:00
Çempionlar Liqasında beşinci tura start verilir: "Qalatasaray"ın sınağı və gecənin matçları
23-11-2026, 12:50
Narkomaniyaya qarşı yeni mərkəz yaradılır
23-11-2026, 09:30
İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Video
23-11-2026, 09:12
Dünyada qızılca xəstəliyinin yayılması rekord həddə çatıb: Əsas səbəblər açıqlandı
23-11-2026, 09:05
Ümumtəhsil müəssisələrində payız tətili başa çatdı
21-11-2026, 13:18
“Ayı tələsi”: Putinin Xarkov planı alt-üst oldu - 14 kənd geri alındı
21-11-2026, 13:13
Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi
21-11-2026, 12:08
Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub - Foto
21-11-2026, 12:00
İmaməddin Xəlilov dünya çempionatında medal qazandı
21-11-2026, 11:53
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21-11-2026, 11:30
TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı
21-11-2026, 11:20
Yol polisindən sürücülərə xəbərdarlıq
