ÜST: Vərəm yenidən dünyada ən çox ölümlə nəticələnən xəstəliklərdən birinə çevrilir
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vərəmlə bağlı yeni hesabat dərc edib. Təşkilat 2023-cü ildə təxminən 8,2 milyon yeni xəstəyə vərəm diaqnozunun qoyulduğunu, bunun ÜST-nin vərəm xəstəliyinin qlobal monitorinqinə başladığı 1995-ci ildən bəri ən yüksək rəqəm olduğunu aşkar edib. Belə ki, 7,5 yeni hadisənin qeydə alındığı 2022-ci illə müqayisədə xəstəliyin nəzərəçarpacaq dərəcədə artması nəticəsində 2023-cü ildə vərəm yenidən COVID-19-u bu mövqedə əvəz edərək, ölüm hallarının aparıcı infeksion səbəbi olub.
ÜST-nin “Qlobal vərəm - 2024” hesabatında vərəmlə mübarizədə qlobal birliyin həm uğurları, həm də səhvləri, o cümlədən vərəm əleyhinə tədbirlərin ciddi şəkildə maliyyələşdirilməməsi nəticəsində yaranan xroniki problemlər öz əksini tapıb. Vərəmdən ölənlərin ümumi sayı 2022-ci ildəki 1,32 milyon nəfərdən 2023-cü ildə 1,25 milyona düşsə də, 2023-cü ildə vərəmə yoluxanların ümumi sayı bir qədər artaraq 10,8 milyon insana çatıb.
Xəstəlik qeyri-mütənasib şəkildə vərəmin ən yüksək səviyyəsinin olduğu 30 ölkənin əhalisinə təsir göstərir. Belə ki, qlobal vərəm yükünün 56 faizi Hindistan (26 faiz), İndoneziya (10 faiz), Çin (6,8 faiz), Filippin (6,8 faiz) və Pakistan (6,3 faiz) kimi ölkələrin payına düşür. Hesabatda qeyd olunur ki, vərəmə yoluxanların 55 faizi kişilər, 33 faizi qadınlar, 12 faizi isə uşaq və yeniyetmələrdir.
ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus bildirib: “Vərəmin qarşısını almaq, onu aşkarlamaq və müalicə etmək üçün vasitələrə malik olduğumuz halda, virusun bu qədər insanın ölümünə və iztirablara səbəb olması çox qəribədir. ÜST bütün ölkələri bu müalicələri genişləndirmək və vərəmə son qoymaq üçün öhdəliklərini yerinə yetirməyə çağırır”.
Əgər COVID-19 pandemiyası zamanı (2020 və 2021-ci illər) yeni vərəmə yoluxma hallarının təxmini və qeydə alınmış sayı arasında fərq 4 milyona yaxın idisə, 2023-cü ildə pandemiyanın səbəb olduğu vərəmə qulluqda fasilələrin aradan qaldırılması üçün beynəlxalq səylər nəticəsində bu rəqəm təqribən 2,7 milyona düşüb. İİV-ə yoluxmuş şəxslər arasında vərəmin kimyaprofilaktikasının əhatə dairəsi eyni səviyyədə qalıb və vərəm diaqnozu qoyulmuş şəxslərin məişət təmasları arasında fərq artmaqda davam edir.
Bununla belə, çoxlu dərmanlara davamlı vərəmin yayılması ictimai səhiyyə böhranı olaraq qalır. Dünyada vərəm tədqiqatları üçün çox az maliyyə vəsaiti var. Belə ki, 2022-ci ildə bu vəsaitin həcmi 5 milyard dollarlıq illik hədəfin yalnız beşdəbirini təşkil edib. Bu, yeni vərəm diaqnostikasının, vərəm əleyhinə dərmanların və peyvəndlərin hazırlanmasına mane olur.
Yeni vərəm hallarının əhəmiyyətli bir hissəsi beş əsas risk faktoruna məruz qalma ilə bağlıdır: qidalanma, HİV infeksiyası, alkoqol istifadəsi pozğunluqları, siqaret (xüsusilə kişilər arasında) və diabet. Bu amillərin, eləcə də yoxsulluq və adambaşına düşən ÜDM kimi mühüm determinantların həlli geniş sektorlar üzrə əlaqələndirilmiş fəaliyyət tələb edir.
Vərəmin yükünü azaltmaq sahəsində bir sıra qlobal hədəflər və məqsədlər qrafikdən geri qalır və 2027-ci ildə BMT-nin vərəmlə bağlı yüksəksəviyyəli ikinci iclası ərəfəsində nəzərdə tutulan digər hədəflərə nail olmaq üçün əhəmiyyətli irəliləyiş tələb olunur. ÜST hökumətləri, qlobal tərəfdaşları və donorları 2023-cü ildə BMT-nin yüksəksəviyyəli iclasında götürülmüş öhdəlikləri konkret tədbirlərlə dəstəkləməyə çağırır. Təşkilat qeyd edir ki, vərəmə qarşı vaksinlərin inkişafı, elmi tədqiqatlara ayrılan vəsaitin artırılması vasitəsilə tərəqqinin sürətləndirilməsi və ilk növbədə, 2027-ci il üçün nəzərdə tutulan qlobal məqsədlərə nail olunması üçün təcili tədbirlərin görülməsi çox vacibdir.

Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start