Onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta ilə qarşılanacaq?
Səhiyyə
31 okt 2024 | 11:48
"Şişönü xəstəliklərin erkən diaqnostikasına aid bir çox tibbi xidmətlər icbari tibbi sığorta hesabına qarşılanır".

Bu barədə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva deyib.

O qeyd edib ki, bu xidmətlərə funksional diaqnostika, şüa diaqnostikası, laborator və endoskopik müayinələri aid edə bilərik.

"Məsələn, qadınlarda ən çox rast gəlinən süd vəzisi xərçənginin erkən diaqnostikası icbari tibbi sığorta təminatına daxildir. Süd vəzisi xərçəngi diaqnostikasında qızıl standart sayılan mamoqrafiya müayinəsi, ultrasəs müayinə, MRT, biopsiya və digər laborator testlər icbari tibbi sığorta ilə qarşılanır.

Diaqnostik müayinələrlə süd vəzlərindəki xərçəngönü xəstəlikləri erkən mərhələdə aşkar etmək və vaxtında müalicəyə başlamaq mümkündür. Bu da gələcəkdə həmin patoloji halların bədxassəli törəməyə keçməsinin qarşısını almağa imkan yaradır.

Onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta ilə qarşılanması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müvafiq qurumlarla müzakirələr aparmaqda davam edir. Ölkədə onkoloji xəstəliklərlə bağlı mövcud vəziyyət təhlil edilir, tibbi statistik məlumatlar analiz edilir, xidmətin maliyyə yükü araşdırılır, icbari tibbi sığorta fondunun büdcəsinin imkanları öyrənilir, xidmətin göstərilmə imkanları araşdırılır. İcbari tibbi sığortanın Xidmətlər Zərfində dəyişikliklər olduqda bu barədə ictimaiyyətə məlumat veriləcək", - deyə N.Ağayeva əlavə edib
9-10-2026, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
9-10-2026, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
9-10-2026, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
9-10-2026, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
9-10-2026, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
9-10-2026, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
9-10-2026, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
9-10-2026, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
9-10-2026, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
9-10-2026, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
9-10-2026, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
9-10-2026, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
9-10-2026, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
9-10-2026, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
9-10-2026, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start