İlham Əliyevin Sərdar Berdiməhəmmədovla geniş tərkibdə görüşü olub - VİDEO
İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü olub.
Azerimedia.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycana dövlət səfərinə gəldiyinə görə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova təşəkkür edən dövlətimizin başçısı İlham Əliyev bu səfərə çox böyük əhəmiyyət verdiyini, onun ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət göstərəcəyinə əminliyini ifadə edib.
Qarşılıqlı fəaliyyətin bütün sahələrini əhatə edən geniş gündəliyin olduğunu, bu gün bir çox məsələlər üzrə fikir mübadiləsinin aparıldığını, müzakirələrin nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcəyini vurğulayan Prezident İlham Əliyev Türkmənistan Prezidentinin Azərbaycana geniş nümayəndə heyəti ilə səfər etməsindən məmnun olduğunu deyib. Dövlətimizin başçısı Türkmənistan nümayəndə heyətinin üzvlərinin səfər çərçivəsində azərbaycanlı həmkarları ilə səmərəli müzakirələr aparacaqlarına əminliyini bildirib.
Prezident İlham Əliyev ölkələrimiz arasında imzalanacaq sənədlərin əhəmiyyətinə də toxunub, bunu, münasibətlərimizin geniş gündəliyinin göstəricisi kimi qiymətləndirib.
Füzuli şəhərinə məscid hədiyyə etdiyinə görə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova və Türkmənistana minnətdarlığını bildirən dövlətimizin başçısı bununla bağlı qərarın ötən il Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində qəbul edildiyini və onun təməlinin Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilmiş Zirvə Görüşü çərçivəsində qoyulduğunu xatırladıb. Prezident İlham Əliyev Türkmənistan tərəfindən bu məscidin hədiyyə edilməsini ölkələrimiz arasında səmimi qardaşlıq münasibətlərinin daha bir nümayişi olduğunu deyib.
Türkmənistanda Azərbaycanın Mədəniyyət Günləri çərçivəsində yaradıcı kollektivlərimizə göstərilən qonaqpərvərliyə görə türkmən tərəfinə minnətdarlığını ifadə edən dövlətimizin başçısı ötən il ölkəmizdə Türkmənistan Mədəniyyəti Günlərinin keçirildiyini xatırladaraq, humanitar sahədə belə dinamik əməkdaşlığın təbii olduğunu vurğulayıb. Xalqlarımızı ortaq tarixin birləşdirdiyini qeyd edən Prezident İlham Əliyev bunun, həmçinin qarşılıqlı fəaliyyətimizdə də mühüm amil olduğunu deyib.
Hazırda qarşıda qlobal gündəlikdə olan məsələlərin - nəqliyyat və enerji təhlükəsizliyinin dayandığını vurğulayan dövlətimizin başçısı bu xüsusda Azərbaycanın və Türkmənistanın həm milli səviyyədə, həm də birgə təşəbbüslər vasitəsilə yalnız regionda deyil, həm də qlobal səviyyədə çox mühüm rol oynadıqlarını, bu rolun gələcəkdə daha da artacağını deyib. Bu xüsusda Azərbaycan Prezidenti qeyd edib ki, geniş Avrasiya qitəsində geosiyasi proseslərin müsbət inkişafı bir çox hallarda bu sahələrdə sıx qarşılıqlı fəaliyyətimizdən asılı olacaq.
Görüşdə çıxış edən Prezident Sərdar Berdiməhəmmədov səmimi qəbula, göstərilən qonaqpərvərliyə və Azərbaycana dövlət səfərinə dəvətə görə minnətdarlığını bildirib.
Türkmənistanla Azərbaycan arasında siyasi, diplomatik, iqtisadi-ticari, mədəni-humanitar və digər sahələrdə sıx əlaqələrin qurulduğunu, yüksəksəviyyəli təmasların, qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin uğurlu inkişafında mühüm rol oynadığını vurğulayan Sərdar Berdiməhəmmədov ötən il türkmən xalqının Milli Liderinin Azərbaycana, Prezident İlham Əliyevin isə Türkmənistana səfərlərini xatırladaraq, bu görüşlərin siyasi dialoqun, iqtisadi tərəfdaşlığın və humanitar əməkdaşlığın inkişafı üçün yeni istiqamətlər müəyyənləşdirdiyini deyib.
Sərdar Berdiməhəmmədov beynəlxalq arenada, həmçinin BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və MDB çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Ali qonaq Azərbaycanın Türkmənistanın neytral xarici siyasətinə, sülh və davamlı inkişaf naminə irəli sürdüyü beynəlxalq təşəbbüslərə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyərək, eyni zamanda, Türkmənistanın da Azərbaycanın beynəlxalq əhəmiyyətli təşəbbüslərini dəstəklədiyini qeyd edib, bu ənənənin gələcəkdə də davam etdiriləcəyini bildirib.
Xəzər dənizi ilə bağlı əməkdaşlığa toxunan Türkmənistan prezidenti təhlükəsizlik, iqtisadiyyat, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində birgə fəaliyyətin hər iki ölkə üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bu xüsusda Türkmənistanın Xəzər dənizi məsələlərinə dair yüksəksəviyyəli görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etdiyini, həmçinin Xəzər Ekoloji Təşəbbüsünün irəlilədilməsi istiqamətində Azərbaycanın dəstəyinə ümid bəslədiyini bildirib.
Prezident iqtisadi-ticari əməkdaşlığın ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biri olduğunu deyərək, ticarət dövriyyəsində müsbət dinamikanı yüksək qiymətləndirib. Ali qonaq ölkələrimiz arasında mövcud potensialın daha da səmərəli reallaşdırılması üçün İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin gücləndirilməsinin vacibliyinə toxunub.
Nəqliyyat-tranzit sahəsini əməkdaşlığın strateji istiqamətlərindən biri kimi qiymətləndirən Sərdar Berdiməhəmmədov Türkmənistanın və Azərbaycanın əlverişli coğrafi mövqeyinin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı baxımından mühüm üstünlüklər yaratdığını deyib. Bu məqsədlə Türkmənistan-Azərbaycan Nəqliyyat, Tranzit və Logistika Komissiyasının fəaliyyətinin daha da fəallaşdırılmasını təklif edib.
Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizini uğurlu əməkdaşlığın nümunəsi kimi qiymətləndirən Sərdar Berdiməhəmmədov vurğulayıb ki, ölkələrimiz, həmçinin Türkmənistan-Azərbaycan-Gürcüstan-Rumıniya marşrutu üzrə Xəzər dənizi-Qara dəniz nəqliyyat dəhlizinin yaradılması təşəbbüsünü dəstəkləyir. Ali qonaq Xəzər və Qara dəniz regionlarının birləşdirilməsinin iqtisadi, ticarət və investisiya əməkdaşlığının inkişafı üçün yaxşı imkanlar açdığını deyib.
Türkmənistan Prezidenti, həmçinin neft-qaz, kimya, tekstil sənayesi və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb. Sərdar Berdiməhəmmədov ölkələrimiz arasında təhsil, elm, mədəniyyət və incəsənət sahələrində fəal qarşılıqlı fəaliyyətin davam etdiyini vurğulayıb. Bu xüsusda qarşılıqlı Mədəniyyət Günlərinin, festivalların, sərgilərin və digər tədbirlərin keçirilməsinin xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyini qeyd edib.
Ali qonaq hazırda həyata keçirilən mühüm mənəvi layihələrdən birinə - Füzulidə məscid tikintisinə də toxunaraq, bu təşəbbüsün xalqlarımız arasında dostluğun və qardaşlığın rəmzi olduğunu qeyd edib.
Türkmənistan Prezidenti səfərinin ölkələrimiz arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində mühüm mərhələ olacağına əminliyini bildirib, dövlətimizin başçısına fəaliyyətində yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və əmin-amanlıq arzulayıb.

Bu gün, 15:24
Azərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi - FOTO
Bu gün, 15:21
İlham Əliyevin Sərdar Berdiməhəmmədovla geniş tərkibdə görüşü olub - VİDEO
Bu gün, 15:20
Bakıda DÖRD NƏFƏR dənizdə batdı
Bu gün, 14:05
Danışıqlar ABŞ-nin hansı qərarından asılıdır: Tehran Vaşinqtondan nə gözləyir?
Bu gün, 13:46
89 nəfərin Şükürbəyli həsrəti sona çatıb: Açarlar təqdim edilib
Bu gün, 13:32
Bir qrup müəllimə ŞAD XƏBƏR: Maaşlarına əlavələr ediləcək
Bu gün, 13:14
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Bu gün, 13:11
Türkmənistan prezidenti Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
Bu gün, 13:08
Bülbülün doğum günüdür - FOTO - VİDEO
Bu gün, 12:48
Şəhid ailələrinə yararsız qurban əti göndərən vəzifəli şəxsə töhmət verildi
Bu gün, 11:38
Xalid Əhədov: "Kənd təsərrüfatında əsas hədəf intensiv inkişafa keçidin təmin olunmasıdır"
Bu gün, 11:32
İlham Əliyevin Sərdar Berdiməhəmmədovla geniş tərkibdə görüşü olub - FOTO
Bu gün, 11:13
Elvin Cəfərquliyevlə bağlı "Qarabağ" azarkeşlərinə ŞAD XƏBƏR - FOTO - VİDEO
Bu gün, 11:05
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Bakıda qarşıladı - FOTO
Bu gün, 10:58
Bakı İlahiyyat Kolleci ilk məzunları ilə vidalaşdı
Bu gün, 10:40
Boliviyada təyyarə qəzaya uğradı: Bir nəfər də sağ qalmadı - VİDEO
Bu gün, 10:00
Əhəd Məmmədov və Cəlal Bayramova yüksək vəzifə verildi - FOTO
19-06-2026, 14:45
Müdafiə Sənayesi və İqtisadiyyat nazirliklərinə yeni səlahiyyətlər verilib
19-06-2026, 14:43
Azərbaycanda 3 dövlət qurumuna elektron siqaretlərlə bağlı protokol tərtib etmək səlahiyyəti verilib
19-06-2026, 14:06
"Qarabağ"ın oyunu ləğv edildi - SƏBƏB
19-06-2026, 13:54
Prezidentdən XİN-in bəzi əməkdaşlarının vəzifə maaşları ilə bağlı FƏRMAN
19-06-2026, 13:53
Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət müəyyənləşib
19-06-2026, 13:38
Taksi sürücülərinə ŞAD XƏBƏR - Deputat nə təklif etdi?
19-06-2026, 13:19
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib
19-06-2026, 12:40
İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib - FOTO
19-06-2026, 12:13
Azərbaycanda yumurta kəskin UCUZLAŞDI - FOTO
19-06-2026, 11:25
Cavan Zeynallının səhhətində problem yaranıb?