İlham Əliyev Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb.
Azerimedia.Az President.az-a istinadən xəbər verir ki, müraciət mətnini Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.
Müraciətdə deyilir:
"Hörmətli iştirakçılar!
Sizi Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin öz işinə başlaması münasibətilə səmimi-qəlbdən salamlayıram.
Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12‑ci Zirvə Görüşü zamanı irəli sürdüyüm təşəbbüsün bu gün reallaşması məmnunluq doğurur.
Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə əlaqədar Türk Dünyası Həftəsinin Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövrünə təsadüf etməsinin xüsusi rəmzi mənası var.
Paytaxtımızın memarlıq incilərindən sayılan əzəmətli İsmailiyyə Sarayında dünya türkologiyasının görkəmli simalarını və məşhur tədqiqatçı alimlərini yüz il əvvəl bir araya toplamış Birinci Türkoloji Qurultay zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mövcud şəraitdə mədəni inteqrasiyasının məfkurə olaraq təşəkkül tapması baxımından müstəsna əhəmiyyət daşıyır.
Türk dünyasının ortaq mənəvi dəyərlərinin - dil, tarix, etnoqrafiya, ədəbiyyat və mədəniyyətin inkişafı və gələcəyi ilə bağlı vacib məsələlərin, xüsusən vahid ümumtürk əlifbasına keçilməsinin diqqət mərkəzində saxlanıldığı beynəlxalq miqyaslı bu unikal elmi-mədəni forumun o zaman məhz Azərbaycanda keçirilməsi təsadüfi deyildi. Azərbaycan XIX əsrdən etibarən köklü ictimai-siyasi və mədəni dəyişikliklər nəticəsində yeni tipli teatr, məktəb və ilk milli mətbu orqanı yaratmaqla milli özünüdərkin gerçəkləşməsinə zəmin hazırlamış, müsəlman və türk dünyasında artıq ilk demokratik dövlət qurmuşdu. Paytaxt Bakı şəhəri də hələ ötən əsrin əvvəllərindən özünün milli ruhlu ziyalılar nəslindən ibarət intellektual mühitinin yüksək səviyyəsi ilə seçilərək dünya türkologiyasının mötəbər mərkəzlərindən biri kimi tanınırdı.
Əfsuslar olsun ki, Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçirilməsinin qarşısı az sonra sovet totalitar idarə üsulu tərəfindən düşünülmüş formada süni maneələrlə alındı. Qurultay nümayəndələrinin əksəriyyətini isə məqsədli şəkildə 1930-cu illərdə amansız repressiyalara məruz qoydular. Onların xatirəsini bu gün də ehtiramla yad edirik.
Qurultayın obyektiv zərurətdən irəli gələn və bütün türk aləminin tərəqqisini nəzərdə tutan taleyüklü qərarları elmi-mədəni həmrəyliyimizin qorunub saxlanılmasında mühüm platforma rolunu oynamış, sərt sınaqlara tab gətirərək, 70 illik kommunist rejiminin süqutundan sonra milli müstəqillik əldə edən türk xalqlarının mədəni-mənəvi dirçəliş yollarını yenidən işıqlandırıb.
Əminliklə söyləyə bilərik ki, Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkan formalaşdırmaq üçün müasir mərhələdə uğurla gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır.
Türk dünyası ailəsi böyük bir sivilizasiya yaratmış əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır. Biz bu ailənin möhkəmliyi və sarsılmazlığı naminə var qüvvəmizi bundan sonra da əsirgəməyəcəyik.
İnanıram ki, Türk Dünyası Həftəsi müxtəlif formatda silsilə tədbirləri ilə parlaq tarixi-mənəvi irsimizin yaşadılmasına, öyrənilməsinə və təbliğinə töhfələr verəcək, mədəni həyatımızın əlamətdar hadisələri sırasında özünəməxsus layiqli yer tutacaq və yaddaşlarda silinməz iz qoyacaq".
Bu gün, 11:28
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlandı
Bu gün, 11:27
Azərbaycanda ilin sonunadək kripto haqqında qanun təsdiqlənə bilər
Bu gün, 11:19
Nazir komandiri işdən çıxardı - FOTO
Bu gün, 10:50
İlham Əliyev Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb
Bu gün, 10:23
Leyla Əliyeva və Alyona Əliyeva Xeyirxahlıq Festivalında iştirak ediblər - FOTO
Bu gün, 10:19
Azərbaycanda “Türk Dünyası Həftəsi” keçirilir
Bu gün, 10:16
Sərnişin daşımalarına dair müqavilənin şərtləri təsdiqləndi
Bu gün, 09:15
DÇ-2026-da pley-off həyəcanı davam edir: Braziliya, Almaniya və Niderland döyüşə atılırlar
27-06-2026, 11:48
Leyla və Arzu Əliyevalar Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO
27-06-2026, 11:10
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO
27-06-2026, 10:13
Bu ölkədə azanı qadağan etməyə hazırlaşırlar
27-06-2026, 10:10
Maqdalena Qrono: "Aİ Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini davam etdirəcək"
27-06-2026, 09:44
Küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
27-06-2026, 09:30
Dünya çempionatında həlledici gecə: Qrup mərhələsinə yekun vurulur
26-06-2026, 14:44
DÇ-2026-da qalmaqal: Braziliya Şotlandiya ilə matçdakı qərardan şikayətçidir
26-06-2026, 13:46
Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisələrində nikah statistikasını açıqlayıb
26-06-2026, 13:46
Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisələrində nikah statistikasını açıqlayıb
26-06-2026, 13:37
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
26-06-2026, 13:32
Sabah leysan yağacaq, güclü külək əsəcək
26-06-2026, 12:39
NATO Azərbaycan Ordusuna qiymət verdi
26-06-2026, 12:33
Dünya çempionatında yeni rekord: Vurulan qolların sayı 177-yə çatdı
26-06-2026, 11:29
NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
26-06-2026, 11:28
NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
26-06-2026, 11:21
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
26-06-2026, 11:16
Alimlər kökün ömrü uzatdığını sübut etdilər
26-06-2026, 10:53
Naxçıvan, Gəncə və Sumqayıtda Azərbaycan Ordusunun 108 illiyi münasibətilə hərbi yürüşlər keçirilir - FOTO
26-06-2026, 10:10
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir - FOTO - VİDEO