Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 13-də Suriya Ərəb Respublikasının informasiya naziri Xalid Favaz Zaarur və nazirin rəqəmsal media işləri üzrə müavini Məhəmməd Tafran ilə görüşüb.
Azerimedia.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Suriya arasında ikitərəfli əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub. Ölkələrimizin əlaqələrinin inkişafında iki ölkənin liderlərinin görüşlərinin və Suriya Prezidentinin Azərbaycana səfərinin mühüm rol oynadığı xüsusi vurğulanıb. Həmçinin ölkələrimizin informasiya və media sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Hikmət Hacıyev Suriyanın informasiya nazirinə Şuşa Qlobal Media Forumunda iştirak etdiyinə görə təşəkkürünü bildirib. O deyib ki, gələn il Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına sədrliyi öz üzərinə götürəcək və təşkilatın Zirvə görüşünə ev sahibliyi edəcək. Prezidentin köməkçisi habelə bu çərçivədə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin informasiya nazirlərinin toplantısının da Azərbaycanda keçiriləcəyini bildirərək, suriyalı naziri həmin tədbirdə iştiraka dəvət edib.
Söhbət zamanı Azərbaycanla Suriya arasında mədəni-humanitar və təhsil sahələrində əməkdaşlıq məsələlərinə toxunulub, ISESCO çərçivəsində Azərbaycanın Suriyada məktəblərin təmiri və bərpasına göstərdiyi dəstək layihəsi də yüksək qiymətləndirilib. Bunun ölkələrimiz arasında dostluğun nümunəsi olduğu bildirilib.
Görüşdə Azərbaycanın Suriyanın siyasi birliyinə, ərazi bütövlüyünə və suverenliyinə daim göstərdiyi dəstək yüksək dəyərləndirilib.
Dünən, 14:13
Rusiya Ermənistana qaz tədarükünü dayandırdı
Dünən, 14:12
Quba-Xəzəryanı ərazidə neft-qaz axtarışlarına start verilir
Dünən, 14:06
"Trabzonspor" baş məşqçi postuna Şenol Güneşi gətirir
Dünən, 13:19
Azərbaycanla Qırğızıstan arasında daha bir mühüm addım - Sazişlər təsdiqlənir
Dünən, 13:11
Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir
Dünən, 13:08
Yeni tədris ilində Bakı şəhərində təhsil alacaq şagirdlərin sayı açıqlandı
Dünən, 12:30
Bakı metrosunda qatarlararası intervallar azaldılır
Dünən, 11:33
Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ
Dünən, 11:28
Dini liderlər Azərbaycan Prezidentinə müraciət etdilər
Dünən, 11:24
Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
Dünən, 11:06
180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
Dünən, 10:50
İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
Dünən, 10:40
Nazirlikdən yeniyetmələrlə bağlı XƏBƏRDARLIQ
Dünən, 10:35
Şeyxülislam süni intellektdən danışdı - VACİBDİR
Dünən, 10:30
Azərbaycanda bu məhsulun qiyməti 10 ildir dəyişmir - SƏBƏBLƏR AÇIQLANDI
Dünən, 10:10
Küləkli havada bu işlər dayandırılacaq - YENİ LAYİHƏ
Dünən, 09:41
Yol polisindən yeni tədris ilinin başlanılması ilə bağlı MÜRACİƏT
Dünən, 09:40
Bakı metrosunda problem - QATARLAR TUNELDƏ QALDI - YENİLƏNİB
11-09-2026, 18:08
Prezident 4 nəfərə yüksək VƏZİFƏ VERDİ
11-09-2026, 17:10
Cəbrayıl Dövlətzadənin doğum günüdür
11-09-2026, 17:04
Diplomatlar Şuşada yeni məscidin tikintisi ilə tanış olublar
11-09-2026, 17:02
Həmidə Ömərova AKİ-dəki seçkidən danışdı: "Namizəd idim, amma mənə söz verilmədi"
11-09-2026, 16:07
Hökumət gələn ilin büdcəsinin müzakirələrinə başladı
11-09-2026, 15:40
Kolleclərə qəbulun nəticələri açıqlandı
11-09-2026, 15:30
Hökumət Qarabağda nəhəng layihənin icrasına başlayır
11-09-2026, 15:12
Paşinyan Köçəryanı Əzrayıl adlandırdı
11-09-2026, 14:24
Kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb
