İlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Foto
Siyasət
12 okt 2026 | 13:50
İlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Foto
Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə geniş tərkibdə görüşü olub.

Azerimedia.Az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

"Cənab Baş nazir, hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi qəbul etməyə çox məmnunam, ölkəmizə rəsmi səfərə gəlmək barədə dəvətimi qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm.

Biz elə indicə ikitərəfli gündəliyimizin geniş məsələləri ilə bağlı yaxşı müzakirələr apardıq. Əminəm ki, tərəfdaşlığımızı gücləndirmək üçün böyük potensial mövcuddur. Elə indicə keçirdiyimiz görüşdə qeyd etdiyim kimi bizim çox yaxşı siyasi münasibətlərimiz var və müxtəlif sahələrdə tərəfdaşlıq üzrə geniş yol xəritəsini hazırlamaq üçün bu münasibətlərdən, həmçinin Sizin Azərbaycana rəsmi səfərinizdən faydalanmalıyıq. Biz qarşılıqlı əlaqələrimizin bəzi vacib sahələrini artıq müzakirə etdik və əminəm ki, daha çox sahələr olacaq. Əlbəttə ki, dostluğumuzu nümayiş etdirən səfəriniz ikitərəfli təmasların bütün imkanlarını kəşf etmək üçün yaxşı fürsət yaradacaq. İstər ticarət, investisiyalar, birgə istehsal, enerji təhlükəsizliyi olsun, istərsə də bir çox digər sahələr.

Eyni zamanda, AQEM sammitində iştirak etmək üçün mənim dəvətimi qəbul etdiyinizə görə təşəkkürümü bildirirəm. Bu sammit tezliklə keçiriləcək. İlk dəfədir ki, Azərbaycan bu tədbirə ev sahibliyi edir. Bildiyiniz kimi, sədrliyimiz yekdilliklə dəstəklənmişdir. Biz bunu üzv dövlətlərin suverenliyə və müstəqil mövqeyə əsaslanan siyasətimizə hörmətin aydın təzahürü hesab edirik. Ümid edirəm ki, bu önəmli beynəlxalq tədbir regionumuzda, daha geniş Avrasiya regionunda təhlükəsizliyə töhfə verəcək. Düşünürəm ki, bütün ölkələrin buna ehtiyacı var.

Cənab Baş nazir, bir daha xoş gəlmisiniz. Çox şadam ki, bizi böyük nümayəndə heyəti ilə ziyarət edirsiniz. Bütün qonaqlarımıza Azərbaycanda yaxşı vaxt keçirməyi arzulayıram. Əminəm ki, səfər dostluğumuzu və əməkdaşlığımızı gücləndirəcək yaxşı nəticələrə gətirib çıxaracaq".

Baş nazir Hun Manet: "Cənab Prezident, məni AQEM sammitində iştirak etməyə və eyni zamanda, rəsmi səfərə dəvət etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirirəm. Sizin gözəl ölkənizi ziyarət etmək imkanına görə çox şadam. Bu vaxtadək mənə və nümayəndə heyətimə göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm. Elə indicə müzakirə etdiyimiz kimi bizim otuz ildən də artıq bir müddət əvvəl əsası qoyulmuş qarşılıqlı əlaqələrin və əməkdaşlığın genişləndirilməsi üçün çoxlu imkanlarımız var.

Fürsətdən istifadə edərək, Kamboca Kralı Norodom Sihamoninin və Kambocanın sabiq Baş naziri Hun Senin salamlarını Zati-alinizə çatdırmaq istəyirəm. Mən müzakirələrimizi, - elə indicə müzakirə etdiyimiz mövzuların, sadəcə müzakirələr yox, birlikdə əməkdaşlığı genişləndirmək üçün ölkələrimizin atacağı addımların müzakirəsini, - davam etdirməyi səbrsizliklə gözləyirəm.

Cənab Prezident, dəvətiniz üçün bir daha təşəkkür edirəm".

Prezident İlham Əliyev: "Təşəkkür edirəm. Mənim də salamlarımı Əlahəzrət Krala və on iki il bundan əvvəl bu binada görüşdüyüm sabiq Baş nazirə, Senatın sədrinə də çatdırın".


11:33

Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə geniş tərkibdə görüşü olub.











Bu gün, 14:07
Məktəblərdə vahid geyim formasına qarşı etirazlarda yaranan mənzərə - VİDEO
Bu gün, 13:56
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu - Foto
Bu gün, 13:54
İlham Əliyevin adından Kamboca baş nazirinin şərəfinə rəsmi nahar verilib - Foto
Bu gün, 13:50
İlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Foto
Bu gün, 13:39
Ətin qiyməti ilə bağlı rəsmi açıqlama
Bu gün, 12:50
Təhsil müəssisələrində ictimai asayişi pozan 37 nəfər həbs edildi
Bu gün, 12:40
Azərbaycanlı hərbçiyə görə Ermənistanda korpus komandanının müavini vəzifəsindən qovuldu
Bu gün, 12:30
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Bu gün, 12:03
Çağırışçıların müayinəsindəki nöqsanlara görə həkimlərə xəbərdarlıq edildi
Bu gün, 11:50
AFFA gənc futbolçular üçün yeni layihələrini təqdim edib
Bu gün, 11:31
Prezident: "Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib"
Bu gün, 11:17
İlham Əliyev İspaniya Kralını təbrik edib
Bu gün, 10:05
Təhsil Şurası bəyanat yaydı
Bu gün, 09:42
Bakının iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Bu gün, 09:41
Ər-Riyad aeroportuna növbəti hücum: Pakistan vətəndaşı öldü, xeyli yaralı var
Bu gün, 09:00
Bu gün "44" bədii filminin təqdimatı baş tutacaq
9-10-2026, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
9-10-2026, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
9-10-2026, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
9-10-2026, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
9-10-2026, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
9-10-2026, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
9-10-2026, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
9-10-2026, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
9-10-2026, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
9-10-2026, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
9-10-2026, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"