Azərbaycan BMT TŞ-yə iqlim böhranı ilə mübarizəyə verdiyi töhfə barədə məlumat verib - FOTO
Azərbaycan BMT Təhlükəsizlik Şurasına iqlim böhranı ilə mübarizəyə verdiyi töhfə və Ermənistanın işğalının ətraf mühitə və biomüxtəlifliyə fəlakətli təsirini aradan qaldırmaq səyləri barədə məlumat verib.
Bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Təhlükəsizlik Şurasında “İqlim dəyişikliyi və ərzaq təhlükəsizliyinin olmaması beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına təsiri” mövzusunda açıq debatda çıxış edib.
Azərbaycanın diplomatik missiyasının bəyanatını təqdim edirik:
“Cənab Prezident,
Əvvəlcə mən Qayana Kooperativ Respublikasının nümayəndə heyətini Təhlükəsizlik Şurasına sədrliyi qəbul etməsi və Qayananın Prezidenti Zati-aliləri Məhəmməd İrfan Əlinin rəhbərliyi altında iqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi arasında dinamik qarşılıqlı əlaqələri araşdırmaq üçün bu mühüm açıq debatı çağırması münasibətilə təbrik etmək istərdim. Məruzəçilərə dolğun çıxışlarına görə minnətdarıq.
İqlim dəyişikliyi cəmiyyətlərə və ekosistemlərə həyəcanverici təsir göstərərək, aşağı gəlirli və kövrək ölkələrə qeyri-mütənasib şəkildə toxunaraq, dolanışıq vasitələrinə təsir edərək, zəifliklərin əsasını təşkil edərək, qeyri-sabitliyə töhfə verərək və beləliklə də razılaşdırılmış və ardıcıl səylərin, habelə davamlı inkişafın qlobal baxışına sadiqliyin təsdiqinin vacibliyini vurğulayaraq dövrümüzün müəyyənedici problemi olaraq qalır.
Baş Assambleya Azərbaycanın həmtəsisçisi olduğu “İqlim dəyişikliyi ilə bağlı dövlətlərin öhdəliklərinə dair Beynəlxalq Ədalət Məhkəməsinin məsləhətçi rəyinin verilməsi sorğusu” adlı 77/276 saylı konsensus qətnaməsində iqlim dəyişikliyinin sivilizasiya miqyasında misli görünməmiş problem olduğunu və bəşəriyyətin indiki və gələcək nəsillərinin rifahının bizim ona təcili və təxirəsalınmaz cavab verməmizdən asılı olduğunu etiraf edib.
İqlim dəyişikliyi problemlərindən ən çox təsirlənən regionlar və ölkələr daha çox dəstək almaq hüququna malikdir və biz Dünya Məhkəməsində verimli prosesləri və onların çoxdan vaxtı çatmış iqlim ədaləti üçün mühüm nəticələrini gözləyirik.
İqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi çox vaxt bir-biri ilə bağlıdır və müəyyən regionlarda və ya ölkələrdə təhlükəsizlik və sabitlik səviyyələrinə təsir etmək potensialına malikdir.
İqlim dəyişikliyinin mənfi təsirlərinə xüsusilə həssas olan və ən az inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətlər kimi potensiallarında əhəmiyyətli dərəcədə məhdudiyyətləri olan ölkələrə dəstək üçün çoxtərəfli əməkdaşlıq beynəlxalq fəaliyyət və dəstəyin əsas prioritetləri sırasında olmalıdır.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyasının sədri kimi, Azərbaycan Konfransın uğurunu təmin etmək üçün inklüziv və birgə işləməyə sadiqdir və iqlim böhranı ilə mübarizəyə, habelə beynəlxalq həmrəyliyin təşviqi və gücləndirilməsinə töhfə vermək üçün səylərini əsirgəməyəcək. Maraqlıdır ki, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar regional sülh gündəliyinin təşviqi kontekstində qəbul edilib.
Milli potensialımızda əməli addım kimi Azərbaycan Prezidenti zati-aliləri İlham Əliyev 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edib. Azərbaycan həmçinin qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq üzrə qlobal öhdəliyə uyğun olaraq, Milli Müəyyənləşdirilmiş Töhfələrdə (MMT) 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 % azaltmağı qarşısına iddialı məqsəd qoyub. Bizim əsas prioritetlərimiz 2030-cu ilə qədər 30 %-ə çatmağı hədəfləyən ümumi təyin edilmiş elektrik gücündə bərpa olunan enerji payının artırılmasıdır. Bu yüksək hədəf, ilk növbədə, enerji səmərəliliyinin artırılması və şəhər mühitində, nəqliyyat sistemlərində və sənayedə innovativ həllərin tətbiqi üçün müəyyən edilir.
Ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalının sonlanması ilə Azərbaycan sülh gündəmi təşəbbüsü ilə çıxış edib və müharibənin ətraf mühitə və regionun biomüxtəlifliyinə mineral ehtiyatların talan edilməsi, meşələrin kütləvi şəkildə məhv edilməsi, su hövzələrinin çirklənməsi və keçmişdə işğal olunmuş ərazilərdə irimiqyaslı minalarla çirklənməsi nəticəsində ortaya çıxmış fəlakətli fəsadlarını dərhal aradan qaldırmağa başlayıb.
Azərbaycan hazırda işğaldan azad edilmiş ərazilərində münaqişədən sonra geniş bərpa, yenidənqurma və reinteqrasiya səyləri həyata keçirir. Bu fəaliyyətlər iqlimə əlverişli, ekoloji təmiz texnologiyalara, həmçinin “ağıllı” və “yaşıl” yanaşmalara əsaslanır. Azərbaycan 2050-ci ilə qədər bu əraziləri “yaşıl enerji” zonalarının yaradılması, dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, ağıllı şəhərlər, ağıllı kəndlər və minlərlə hektar ərazini əhatə edən meşələrin bərpası proqramları kimi innovativ yanaşmalarla yadda qalan “Karbon Neytral” zonasına çevirmək əzmindədir.
Yekunda vurğulamaq istərdim ki, bu gün dünyanın üzləşdiyi çağırışlar, o cümlədən iqlim böhranı və kəskin ərzaq təhlükəsizliyi və bununla bağlı qəbul edilməli olan praktiki və mənayüklü həllər və strategiyalar, ilk növbədə, qlobal birlik və həmrəyliyin gücləndirilməsini, həmçinin BMT-nin Nizamnaməsi və beynəlxalq hüquqa əsaslanan daha effektiv və etibarlı çoxtərəfli yanaşmanı zəruri edir.
Təşəkkür edirəm”.

Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start