İtaliyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb - FOTO
Siyasət
19 apr 2024 | 19:11
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffurini ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan və İtaliya arasında mövcud çoxölçülü strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub.

C.Bayramov fəaliyyəti dövründə Azərbaycan və İtaliya arasında münasibətlərin inkişafı istiqamətində göstərdiyi səylərə görə səfir Klaudio Taffuriyə təşəkkür edib, ona gələcək fəaliyyətində davamlı uğurlar arzu edib.

İki ölkə arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, mədəni, humanitar və s. istiqamətlər üzrə çoxölçülü strateji tərəfdaşlıq münasibətlərinin məmnunluq doğurduğu, mövcud Strateji Dialoq mexanizminin əlaqələrə mühüm töhfə verdiyi diqqətə çatdırılıb. Bu istiqamətdə, həyata keçirilən qarşılıqlı səfər və təmasların, habelə siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Qarşı tərəf cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı məlumatlandırılıb. COP29-un iqlim dəyişikliyi ilə mübarizə sahəsində bir sıra tərəfdaşlar, o cümlədən İtaliya ilə əməkdaşlığa əlavə töhfə verəcəyi bildirilib.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesindən bəhs edən nazir Ceyhun Bayramov, İtaliya tərəfinə hazırkı həssas zamanda sərgilədiyi ədalətli mövqeyə görə təşəkkür edib. İtaliyanın mövqeyindən regional sülh və təhlükəsizlik quruculuğu tədbirlərinə təhdid törədərək birtərəfli və qərəzli yanaşma nümayiş etdirən bir sıra aktorlar tərəfindən nümunə götürülməsinin vacibliyi qeyd olunub.

Səfir Klaudio Taffuri Azərbaycanda diplomatik fəaliyyəti dövründə göstərilən dəstək və əməkdaşlığa görə öz minnətdarlığını bildirib, bundan sonra da Azərbaycan və İtaliya arasında tərəfdaşlığın daha da güclənməsinə dair inam ifadə edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start