Prezident Bakı Olimpiya Stadionunun ərazisində COP29-la bağlı yaradılan şəraitlə tanış olub YENİLƏNİB
Siyasət
4 noy 2024 | 13:49
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 4-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-la bağlı yaradılan şəraitlə tanış olublar.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma burada yaradılan şərait barədə ətraflı məruzə edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP29-un keçiriləcəyi tarixlərdə tədbir məkanı ərazisində istifadə ediləcək yük və sərnişindaşıma, eləcə də tibbi və yanğınsöndürmə üçün nəzərdə tutulan elektrikli minimobillər, Sammit zamanı yüksəksəviyyəli qonaqların ərazidə hərəkətini təmin etmək üçün istifadə olunacaq qolf-mobillər və elektrikli avtobuslar, həmçinin tədbir günlərində şəhər ərazisində hərəkət edəcək digər elektrikli nəqliyyat vasitələrinə baxıblar.

Dövlətimizin başçısı və birinci xanım COP29-un rəsmi Mavi Zonasında açılış mərasimində Milli bəyanatların səsləndiriləcəyi “Nizami” Plenar İclas zalı, İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti üçün hazırlanan məkanlar, eləcə də rəsmi danışıqların aparılacağı sahələrdə təşkil edilən çoxfunksiyalı müxtəlif görüş otaqları ilə tanış olublar. Qeyd edilib ki, burada Azərbaycanın mədəniyyəti və təbiətini təbliğ edən müxtəlif ekspozisiya və sərgilər var. Bildirilib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına yaxın günlərdə təhvil veriləcək Mavi Zonada hazırda COP29 çərçivəsində pre-sessiya görüşləri keçirilir.

Dövlətimizin başçısı və birinci xanım akkreditasiya və qeydiyyat prosesləri ilə tanış olublar. Bu günədək konfransda qeydiyyatdan keçmiş nümayəndə heyətləri ilə bağlı ətraflı məlumat verilib, tədbirə böyük marağın olduğu bildirilib.

Digər ölkələrin və tərəflərin pavilyonlarının yerləşdiyi zonaya baxan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada Azərbaycan və digər ölkə pavilyonlarının tikinti prosesləri ilə tanış olub, müxtəlif maraqlı tərəflərin iştirakı ilə geniş iştirakçı auditoriyası, eləcə də ictimaiyyət üçün açıq platforma rolunu oynayacaq Yaşıl Zonada olublar, Heydər Əliyev Fondu və Sıfır Atık Fondunun birgə pavilyonu olan Həmrəylik Mərkəzi, həmçinin digər tərəfdaşların və ölkələrin sərgi stendlərinə baxıblar. Yaşıl Zonanın ümumi konsepti, bu zonada keçiriləcək yüksəksəviyyəli konfrans və tədbirlər barədə ətraflı məlumat verilib
















9-10-2026, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
9-10-2026, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
9-10-2026, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
9-10-2026, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
9-10-2026, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
9-10-2026, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
9-10-2026, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
9-10-2026, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
9-10-2026, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
9-10-2026, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
9-10-2026, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
9-10-2026, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
9-10-2026, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
9-10-2026, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
9-10-2026, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start