Rəsmi Bakı: "USAID-in Azərbaycanda fəaliyyətinin tam dayandırılmasının vaxtı yetişib"
"Azərbaycan 2023-cü ildə öz suverenliyini bərpa etdiyinə görə ABŞ tərəfindən 907-ci düzəlişlə "cəzalandırıldı".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da gürcüstanlı həmkarı Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.
"2023-cü ilin sentyabr ayında Azərbaycan 23 saatlıq antiterror əməliyyatı keçirərək suverenliyini bərpa etdi. Bundan qısa müddət sonra biz ABŞ-dən beynəlxalq hüquqla uzlaşmayan hücumun şahidi olduq. 1992-ci ildə qəbul edilmiş azadlığa dəstək aktına 907-ci düzəliş adlı bir sanksiya sənədi mövcud idi və onun Azərbaycana aid hissəsi uzun illər idi ki, dayandırılmışdı. Ancaq sonuncu dəfə bu dayandırılma baş vermədi və 20 il sonra sırf Azərbaycan suverenliyini bərpa etdiyi üçün bir növ "cəzalandırıldı", - XİN başçısı əlavə edib.
XİN başçısı vurğulayıb ki, USAID-in yardımları Azərbaycanda ABŞ-nin maraqlarının icrasına xidmət edirdi:
"Azərbaycan tərəfi hər şeyə rəğmən dedi ki, əgər ABŞ Azərbaycana yardım etməkdə maraqlıdırsa, həmin yardımlar rəsmi şəkildə bütün şəffaflıqları özündə əks etdirməlidir".
Nazir bəyan edib ki, USAID-in 2024-cü il 1 iyul tarixindən Azərbaycanda fəaliyyət göstərməsi de-yure mümkün deyil.
O xatırladıb ki, 2000-сi ildən çərçivə sənədi mövcud idi:
"Biz o sənədin müddəalarını və son illər ərzində icranın necə baş verdiyini təftiş etdik. Məlum oldu ki, onların fəaliyyəti Azərbaycanın istəyi və maraqları formatında deyil, ABŞ-nin Azərbaycanda gündəliyinin həyata keçirilməsinə xidmət edir. Bunun əsasında həmin sazişin müddəalarına uyğun olaraq tərəfimizdən bildirişlər göndərildi və həmin şərtlərlə sazişin uzadılmasında maraqlı olmadığımızı bəyan etdik".
C.Bayramov bildirib ki, bu sazişin xitam müddəti 2024-cü ilin fevral ayına təsadüf edirdi:
"Bu ərəfədə ABŞ-dən Azərbaycana ən yüksək səviyyədə USAID çərçivəsində əməkdaşlığın davam etdirilməsi barədə mesajlar göndərildi. Biz qarşı tərəfə şərtlərlə bağlı danışıqların aparılmasının vacibliyini bildirdik və təkliflər yazılı şəkildə ABŞ-yə göndərildi. Lakin fevraldan iyun ayına qədər bizə məlum oldu ki, ABŞ öz istəyini diktə edərək Azərbaycana qəbul etdirmək istəyir və Azərbaycanın heç bir legitim maraqlarını nəzərə almaq istəmir. Bunları nəzərə alaraq Azərbaycan tərəfi həmin sazişin bir daha uzadılmaması barədə qərar qəbul etdi.
Nazir əlavə edib ki, USAID-in fəaliyyətinin dayandırılmasının vaxtı yetişmişdi: "Çünki biz danışıqlar zamanı gördük ki, ABŞ Azərbaycanın maraqlarını nəzərə almır və diqtə ilə öz maraqlarından çıxış etməyə çalışır. USAID-in Azərbaycanda mövcudluğunun və təmsilçiliyinin davam etdirilməsinə ehtiyac yoxdur və fəaliyyətinin tam dayandırılmasının vaxtı yetişib".

Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start