Ceyhun Bayramov Cahit Bağçını diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağçını Azərbaycandakı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məumat yayıb.
Görüşdə Azərbaycan-Türkiyə müttəfiqliyinin müxtəlif aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov Boluda baş verən faciəvi yanğınla bağlı qardaş Türkiyə Respublikasına bir daha başsağlığı verib, dəhşətli hadisə nəticəsində vəfat edənlərə Allahdan rəhmət, yaralılara şəfa arzulayıb, Azərbaycanın hər zaman Türkiyə dövləti və xalqının yanında olduğunu vurğulayıb.
Nazir Ceyhun Bayramov ölkəmizdə səmərəli diplomatik fəaliyyətinə, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, müttəfiqliyinə verdiyi töhfələrə görə səfir Cahit Bağçıya təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib. Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə müttəfiqliyinin tarixi dönəmlərində səfir kimi fəaliyyətinin yaddaqalan olduğu xüsusilə qeyd olunub.
Azərbaycan-Türkiyə müttəfiqliyinin siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, humanitar və s. istiqamətlər üzrə uğurlu inkişafının məmnunluq doğurduğu vurğulanıb.
Regional və beynəlxalq təşkilatlar, habelə bir sıra çoxtərəfli formatlar çərçivəsində davamlı dəstək və həmrəyliyimizin əhəmiyyəti qeyd olunub.
Ölkələrimizin geniş anlamda regional və beynəlxalq təhlükəsizliyə töhfə verən birgə fəaliyyətlərin bundan sonra da davam etdiriləcəyinə dair inam ifadə olunub, bu istiqamətdə, Azərbaycanın xüsusilə Yaxın Şərq və Suriyada sabitliyə və humanitar məsələlərin həllinə qardaş Türkiyə ilə birgə dəstək verməyə davam edəcəyi qeyd olunub. Ölkəmizin Afrika qitəsində Türkiyə ilə birgə əməkdaşlığı üçün geniş perspektivlərin olduğu bildirilib.
Səfir Cahit Bağçı Türkiyənin qardaş Azərbaycanda səfiri kimi fəaliyyətini hər zaman qürurla xatırlayacağını diqqətə çatdıraraq, göstərilən dəstəyə görə təşəkkür edib, bundan sonra da Azərbaycan-Türkiyə qardaşlıq və müttəfiqliyinə əlindən gələn töhfənin verilməsinə hazır olduğunu bildirib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu gün, 14:01
XİN-nin siyahısında Ayasofyanın keçmiş imamı da var
Bu gün, 13:50
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng vurdu
Bu gün, 13:23
Rusiya və ABŞ arasında razılaşma - Sabah yola düşəcək
Bu gün, 13:16
Nəcməddin Ərbakanın oğlunun Azərbaycana girişi qadağan olundu
Bu gün, 13:10
Azərbaycan XİN 31 Türkiyə vətəndaşı barədə QƏRAR VERDİ - ADLAR
Bu gün, 12:30
Azərbaycanda bu yerlərdə "TikTok"a giriş qadağan olundu
Bu gün, 12:19
Azərbaycanda internetin sürəti 7 dəfə artıb
Bu gün, 12:07
Sürücülərin nəzərinə: Bu yol bağlı olacaq
Bu gün, 11:50
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI
Bu gün, 11:43
Bakıda 2,5 milyonluq psixiatriya və narkoloji mərkəz yaradılır
Bu gün, 11:20
Azərbaycanda yağın qiyməti kəskin artdı
Bu gün, 10:22
Nazirlik pensiyalarla bağlı yeni QƏRAR QƏBUL ETDİ
Bu gün, 10:16
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var - Foto
Bu gün, 10:13
Mikayıl Cabbarovun İtaliyaya səfəri başlayır
Bu gün, 09:30
Heydər Məmmədov: "Bakı İslam dünyasının antikorrupsiya səylərini birləşdirən yüksəksəviyyəli görüşə ev sahibliyi edəcək"
Bu gün, 09:18
UEFA Çempionlar Liqası: "Qalatasaray" "Lill"ə, "Arsenal" "Bavariya"ya qarşı
Dünən, 17:00
Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib
Dünən, 16:16
Azərbaycanlı boksçu iki il müddətinə yarışlardan uzaqlaşdırıldı
Dünən, 16:02
Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video
Dünən, 15:47
Gəncə Memorial Kompleksi yaradıldı
Dünən, 15:00
Qarabağ Milli Parkı yaradıldı - SƏRƏNCAM
Dünən, 13:32
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub
Dünən, 12:34
Prokurorluqda YENİ TƏYİNATLAR - YENİLƏNDİ
Dünən, 12:00
Azərbaycanda bu hərbçilər cərimələnəcək - MƏBLƏĞLƏR
Dünən, 11:20
Onlayn alış-veriş edənlərin nəzərinə: Qaydalar dəyişir
Dünən, 11:12
Məkkədə bu hərəkətləri edənlər edam olundu
Dünən, 10:30
Nazir əhalinin istilik təchizatından danışdı