Səfir Ermənistan və Hindistanı birləşdirən amildən DANIŞDI
Siyasət
5 fev 2025 | 09:00
Pakistanın Azərbaycandakı səfirliyində "Kəşmir Həmrəylik Günü"nə həsr olunan tədbir keçirilib.

Tədbirdə Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin, səfirliyin digər əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir bildirib ki, bu günün əhəmiyyəti beynəlxalq birliyin Cammu və Kəşmir xalqının öz müqəddəratını təyinetmə hüququna olan haqlı mübarizəsində dəyişməz dəstəyini təsdiq etməsindən ibarətdir:

"Hindistanın qanunsuz işğal etdiyi Cammu və Kəşmir (IIOJK - Hindistan işğalı altında olan Cammu və Kəşmir) beynəlxalq aləmdə mübahisəli məsələ kimi tanınır və onun həlli BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsində öz əksini tapıb: IIOJK-də insan hüquqları ilə bağlı durum Hindistanın 5 avqust 2019-cu ildə etdiyi qanunsuz və təktərəfli addımlardan sonra daha da pisləşib. Hindistanın işğalçı qüvvələri hələ də Kəşmirin mülki əhalisinə, o cümlədən kişilərə, qadınlara, uşaqlara və yaşlılara qarşı amansız güc tətbiq etməyə davam edirlər. Kəşmir gənclərinin qanunsuz həbsi, kəşmirli qadınlara qarşı təcavüzlər və davam edən qətllər dünya miqyasında ciddi narahatlıq doğurur. Bu cür insanlıq əleyhinə olan cinayətlərə Hindistanın dövlət səviyyəsində dəstək verməsi təəssüf doğurur.

Hindistanın bu addımı Cammu və Kəşmirin müsəlman əhalisini öz doğma torpaqlarında etnik azlıq vəziyyətinə salmağa yönəlib. Bu baxımdan Cammu və Kəşmir xalqına edilən işgəncələr mövcud Hindistan hökumətinin dini azlıqlara, xüsusən də müsəlmanlara qarşı ekstremist ideologiyasını əks etdirir. Beynəlxalq aləm BMT-nin himayəsi altında Kəşmir xalqının öz müqəddəratını təyinetmə hüququna və Hindistanın kəşmirlilərin arzularına uyğun olaraq sərbəst və ədalətli bir referendum keçirməsinə imkan verənə qədər Kəşmir xalqının haqlı mübarizəsinə dəstəyi davam etdirmək vacibdir".

"Hindistanın işğal etdiyi Cammu və Kəşmirdə yaşayan insanların çəkdiyi əzab Azərbaycan xalqının Ermənistanın Qarabağı işğal etdiyi dövrdə yaşadıqlarına bənzəyir. Pakistan hökuməti və Kəşmir xalqı, Cammu və Kəşmir məsələsində ədalətli və davamlı dəstəyinə görə qardaş Azərbaycan xalqına və hökumətinə təşəkkürünü bildirir", - deyə səfir çıxışını yekunlaşdırıb.



9-10-2026, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
9-10-2026, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
9-10-2026, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
9-10-2026, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
9-10-2026, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
9-10-2026, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
9-10-2026, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
9-10-2026, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
9-10-2026, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
9-10-2026, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
9-10-2026, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
9-10-2026, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
9-10-2026, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
9-10-2026, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
9-10-2026, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start