Leyla Əliyeva 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir
Siyasət
25 fev 2025 | 09:45
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 24-də işinə başlayan 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir.

Kral Salman Humanitar Yardım və Qayğı Mərkəzinin rəhbəri Abdullah Ər-Rabiənin dəvəti ilə Forumda təmsil olunan Leyla Əliyeva "Qlobal humanitar könüllülük: perspektivlər və hədəflər" adlı paneldə çıxış edərək Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda və digər ölkələrdə həyata keçirilən humanitar layihələr barədə məlumat verib.

Ər-Riyad şəhərində iki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səudanın himayəsi altında, Kral Salman Humanitar Yardım və Qayğı Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumda münaqişələr zamanı humanitar diplomatiya, fövqəladə hallarda media və kommunikasiya strategiyası, süni intellektin humanitar yardım fəaliyyətində rolu, beynəlxalq hüquq çərçivəsində humanitar yardım sahəsində mövcud problemlər və gələcək imkanlar müzakirə edilir.

Leyla Əliyeva forumun gündəliyindəki məsələlərin qlobal əhəmiyyətini vurğulayaraq, Azərbaycanın müstəqilliyini yenidən əldə etdikdən sonra aparılan uğurlu siyasət nəticəsində humanitar yardım alan dövlətdən donor dövlətə çevrildiyini bildirib. Heydər Əliyev Fondunun regionun nəhəng qeyri-hökumət təşkilatı kimi 2004-cü ildən genişmiqyaslı humanitar layihələr həyata keçirdiyini qeyd edib. Fondun bir sıra istiqamətlərdə fəaliyyətini önə çəkən Leyla Əliyeva təhsil, səhiyyə və sosial sahələr üzrə layihələrin beynəlxalq səviyyəni əhatə etdiyini, bu fəaliyyətin tərəfdaş təşkilatlar və ölkələr tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Leyla Əliyeva müasir dünyada iqlim dəyişiklikləri kimi böhrana diqqət çəkərək ətraf mühitin və təbiətin qorunması istiqamətində, eləcə də aclığın aradan qaldırılması kimi problemlə üzləşən ölkələrə yardım sahəsində güclərin səfərbər olmasının vacibliyini vurğulayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Azərbaycanın könüllülük fəaliyyəti üzrə uğurlu modelə sahib olduğunu bildirərək mövcud humanitar problemlərin həllində könüllülük proqramlarının inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Qeyd edək ki, fevralın 24-25-də keçirilən forumda bir sıra ölkələrin yüksək səviyyəli rəsmiləri, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Qızıl Xaç Cəmiyyəti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, BMT-nin Uşaq Fondu və digər nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, donor təşkilatlar, beynəlxalq ekspertlər və tədqiqatçılar təmsil olunur.












9-10-2026, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
9-10-2026, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
9-10-2026, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
9-10-2026, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
9-10-2026, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
9-10-2026, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
9-10-2026, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
9-10-2026, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
9-10-2026, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
9-10-2026, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
9-10-2026, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
9-10-2026, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
9-10-2026, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
9-10-2026, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
9-10-2026, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start