"Azərbaycanda itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı"nın təqdimatı keçirilib
10 mart 2025-ci ildə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (International Commission on Missing Persons - ICMP) "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı"nın təqdimat mərasimi keçirilib.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.
Tədbirdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvləri və İşçi qrupunun əməkdaşları, beynəlxalq komissiyanın yüksək ranqlı təmsilçiləri, millət vəkilləri, aidiyyəti dövlət orqanlarının rəhbər şəxsləri, QHT və media nümayəndələri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində dörd min nəfərə yaxın vətəndaşımız itkin düşüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa nəzarətində olan itkin düşmüş şəxslər probleminə məhz dövlət başçısının göstərdiyi xüsusi həssas münasibət və bu yöndə verdiyi mühüm tapşırıqlar axtarış prosesinin sürətləndirilməsini və zəruri tədbirlərin intensiv həyata keçirilməsini şərtləndirib.
Ötən dövr ərzində Dövlət Komissiyası tərəfindən itkinlərin taleyinin aydınlaşdırılması sahəsində müvafiq addımlar atılıb, ailələrdən bioloji nümunələrin götürülməsi prosesi davam etdirilib, DNT profilləri çıxarılıb, işğaldan azad olunmuş ərazilərdə 2021-ci ilin fevral ayından etibarən aparılmış qazıntı işləri nəticəsində 23 kütləvi məzarlıq müəyyən edilib və həmin məzarlıqlarda itkin düşmüş soydaşlarımıza aid olan insan qalıqları aşkarlanaraq götürülüb.
Xüsusilə qeyd olunub ki, Ermənistan itkin şəxslərin taleyinə aydınlıq gətirilməsi məsələsində Azərbaycanla əməkdaşlıqdan və kütləvi məzar yerləri barədə məlumatları təqdim etməkdən müxtəlif bəhanələrlə boyun qaçırır.
Münaqişə dövründə Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının insanların zorakı itkindüşmədən müdafiəsinə dair müddəalarının tələblərinin mütəmadi olaraq pozulması, mülki şəxslərin girov götürülməsi, onlara və hərbi əsirlərə qarşı qeyri-insani rəftar edilməsi, işgəncə verilməsi, onların məhkəmə hökmü olmadan azadlıqdan məhrum edilmələri və edam olunmaları, insanların kütləvi şəkildə, dəfn adətlərinə riayət olunmadan məzarlıqlarda basdırılmaları, habelə məzar yerlərinin gizlədilməsi və qəsdən məhv edilməsi kimi ağır cinayətlərin törədildiyi nəzərə alınaraq, bundan sonra da bu cür məzarlıqların sayının artacağı gözlənilir.
Sonra İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru Katrin Bomberger çıxış edib, 2023-cü ildə ölkəmizdə həyata keçirilmiş qiymətləndirmə missiyası ilə bağlı hazırlanmış hesabatın təqdimatı olub.
Qeyd olunub ki, itkin ailələrinin otuz illik intizarına son qoymaq üçün bütün imkanlardan yararlanmağa çalışan dövlət komissiyası dünyanın müxtəlif yerlərində qanunsuz məzarlıqların aşkarlanması, insan qalıqlarının identifikasiyası, itkinlərin taleyinin aydınlaşdırılması, məhkəmə ekspertizası üzrə böyük iş təcrübəsinə, peşəkar mütəxəssis heyətinə, eləcə də müvafiq sahədə qabaqcıl texniki imkanlara və müasir metodologiyaya malik olan beynəlxalq komissiya ilə qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək niyyətindədir.
Sonda bu əməkdaşlığın itkin soydaşlarımızın taleyinin aydınlaşdırılması istiqamətində səmərəli nəticələr verəcəyinə dərin inam ifadə olub.

Bu gün, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Bu gün, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Bu gün, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Bu gün, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Bu gün, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Bu gün, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Bu gün, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Bu gün, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Bu gün, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Bu gün, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Bu gün, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Bu gün, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Bu gün, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Bu gün, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Bu gün, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
Dünən, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Dünən, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
Dünən, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
Dünən, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
Dünən, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
Dünən, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
Dünən, 13:49
Noyabrda 11 gün iş olmayacaq
Dünən, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
Dünən, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
Dünən, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
Dünən, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
Dünən, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start