Azərbaycanda hotellərin vergisi azaldı: Fantastik qiymətlər enəcəkmi?
Sosial
5 dek 2023 | 10:58
Azərbaycanda fəaliyyət göstərən hotel və sanatoriyalara bəzi güzəştlər nəzərdə tutulub. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliyə görə, yanvardan Azərbaycanın regionlarında hotel və sanatoriyaların əmlak vergisi 3 il müddətinə 75 faiz azaldılacaq.

Nəzərdə tutulan güzəşt yalnız regiondakı hotel və sanatoriyalara aid ediləcək. Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu isə istisnadır.

Bizim.media hazırda bölgələrdə yerləşən bəzi hotellərin xidməti və qiymətlərini araşdırıb.

Şabranda fəaliyyət göstərən hotellərdən birində standart otaqda birgecəlik istirahətin qiyməti 150 manatdan başlayır. Ödənilən məbləğin 22 manatdan bir az artıq hissəsinin isə vergi və rüsumlara görə ödənildiyi qeyd edilib.

Şahdağ yaxınlığındakı hoteldə birgecəlik xidmətlərdən istifadə etmək 238 manata başa gəlir. Hoteldə fərqli xidmətlər və təbiət mənzərəsinə görə qiymət dəyişir, yəni həmin hoteldə gecəsi 7 000 manata da gecələmək mümkündür.

Şəkidə və ölkənin cənubundakı hotellərdə də birgecəlik istirahətin qiyməti 150, 170 manatdan başlayır. Qeyd edək ki, qiymətlər təklif olunan xidmətə görə dəyişir. Göstərilən qiymətlər bir gecəlik və bir otağın qiymətidir.

Qiymətlərin yüksək olmasından şikayətlənən və buna görə hotel xidmətlərindən istifadə etməyənlər var.

Maraqlıdır, yeni güzəştlər bölgələrdə hotellərin qiymətinə necə təsir edəcək, azalma olacaqmı?

Turizm üzrə ekspert Əziz Şiriyev güzəştin qiymətlərə gözlənilən qədər təsir etməyəcəyini deyib:

“Qiymətlərin dəyişməsi mövsümdən asılıdır. Vergilərdəki azalmanın qiymətlərə o qədər də təsiri olmayacaq. Amma güzəştlərin olması turizm sahəsinə çox böyük müsbət təsir göstərir. İqtisadiyyatın qızıl qanunu tələb-təklif məsələsidir. Biz indidən hotellərə zəng eləsək, Yeni il bayramına heç bir hoteldə boş yer tapmayacağıq. Bu o demək deyil ki, bunların hamısı fərdi şəxslərə satılıb. Bəzi otaqları kimsə alıb, blok edib.

Amma ümumilikdə götürəndə hotel otaqları tamam satılıb. Gələn il hotel sahibi bundan 100 manat artıq qiymət tətbiq eləsə, yenə də satılacaq. O da tələbatın olduğunu görür. Düşünür ki, mən bunu bu qiymətə sata bilirəmsə, niyə ucuz satmalıyam? Əgər kimsə getməsə, otaqlar boş qalsa, qiymətlər enər. Hotel sistemində belə bir şey var, ən bahalı otaq satılmayan otaqdır, çünki xərcləri üstündədir. Amma 50 faiz endirimlə satmış olsa, xərcləri bağlamış olur”.
Ekspert qeyd edib ki, qanun qüvvəyə minəndən sonra hotel qiymətlərində dəyişikliyin olub-olmamasını görmək mümkündür:

“Çox insan nə o xəbərlərə baxır, nə də hotellərlə maraqlanır. Yekun ödəyəcəyi məbləği ödəyir, vəssalam. İctimai qınaq olsa, görsələr ki, insanların çoxu bununla maraqlanır və qiymətlərin nəyə görə dəyişməməsindən şikayətlənir, onda istər-istəməz otellər özlərinə, qiymətlərinə “çəki-düzən” verəcəklər. Düşünürəm ki, yanvardan sonra o istiqamətdə addımlar atılacaq”.

Ekspert hesab edir ki, əhali daha çox beşulduzlu hotellərə üstünlük verir:

“Niyə ancaq biz istəyirik ki, maşınla gedib ancaq beşulduzlu hotellərdə qalaq? Təklifim odur ki, turizm şirkətlərinə müraciət eləsinlər. Müraciət etsələr, münasib qiymətə yüksək xidmətli dördulduzlu hotellər tapa bilərlər. Avtomobil sürüb, yanacaq sərf edib, yorulmamaq üçün qrup şəklində də gedə bilərlər”.
14-08-2026, 13:17
Növbəti köç karvanı Xankəndi şəhərinə çatıb - YENİLƏNİB
14-08-2026, 12:21
Yeni ekspres marşrutlar fəaliyyətə başladı
14-08-2026, 11:30
Xalq artisti Alim Qasımovun doğum günüdür - VİDEO
14-08-2026, 11:22
Pensiyalar ödənildi
14-08-2026, 11:13
Sosial müavinət və təqaüd alanlara ŞAD XƏBƏR
14-08-2026, 11:10
Məğlubedilməz boksçu Priçard Kolon 33 yaşında vəfat etdi - VİDEO
14-08-2026, 10:45
Kəlbəcərdə minaya düşən şəxsin VƏZİYYƏTİ MƏLUM OLDU
14-08-2026, 10:20
Azərbaycan XİN Pakistanı təbrik etdi
14-08-2026, 10:01
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
14-08-2026, 10:00
Kolleclərə qəbulun nəticələri elan olundu
12-08-2026, 17:53
Meşəlik ərazidə meyitləri tapılan 16 yaşlı qız və 29 yaşlı kişi qohum olublar - Lənkərandakı dəhşətli hadisənin DETALLARI - VİDEO
12-08-2026, 17:47
Türkiyədə qırıcı təyyarə qəzaya uğradı - VİDEO
12-08-2026, 16:30
Kolumbiyada matəm elan olundu
12-08-2026, 15:49
Bakıda qanunsuz fəaliyyət göstərən klinikalarda QALMAQAL: "Mənə qanun maraqlı deyil" - VİDEO
12-08-2026, 15:30
İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir - FOTO
12-08-2026, 15:10
İlham Əliyevin Avropaya elektrik enerjisi ixracı planları Gürcüstan mətbuatında
12-08-2026, 15:08
Naxçıvan avtobus parkında 222 nəfər işlə təmin edilib
12-08-2026, 14:40
Putin Rusiya ticarət gəmilərinin ələ keçirilməsinə adekvat cavab verəcəyini bildirdi - VİDEO
12-08-2026, 14:30
Dünya əhəmiyyətli tarixi abidənin bərpası ilə bağlı işlər görülür - VİDEO
12-08-2026, 14:21
Qurban Qurbanov: "Yavaş-yavaş səbrim tükənir"
12-08-2026, 12:13
Azərbaycanda imam, müavini və müəzzin axtarılır - SİYAHI
12-08-2026, 11:56
İlham Əliyevdən üç diplomatla bağlı SƏRƏNCAMLAR
12-08-2026, 10:49
Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?
12-08-2026, 10:27
İlham Əliyev Naxçıvana 258 milyon manat ayırdı - SƏRƏNCAM
11-08-2026, 14:36
Xəzəryanı ölkələr İrana toplanır
11-08-2026, 14:23
Əmlak bazarında ziddiyyətli mənzərə: Gözlənilməyən sahədə UCUZLAŞMA var
11-08-2026, 14:22
İranın zərbələri ABŞ-nin hərbi infrastrukturuna 13 milyard dollar ziyan vurub