Yüksək vəzifəyə təyin olunan general Hikmət Mirzəyev - DOSYE
Sosial
12 yan 2024 | 15:39
Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı təyin edilib.

General-leytenant Ənvər Əfəndiyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı vəzifəsindən azad olunub.

Vətən Müharibəsi Qəhrəmanı, general-leytenant Hikmət İzzət oğlu Mirzəyev Biləsuvarda anadan olub.

O, Birinci Qarabağ müharibəsində xüsusi təyinatlı taborun tərkibində döyüşüb.

Hikmət Mirzəyev ulu öndər Heydər Əliyevin prezident olduğu illərdə “polkovnik-leytenant” rütbəsini daşıyıb. Ona “polkovnik” rütbəsini də məhz Heydər Əliyev təqdim edib.

Hikmət Mirzəyev 2002-ci ilin 19 yanvarında Heydər Əliyevin imzaladığı sərəncamla “general-mayor” hərbi rütbəsini alıb.

Hikmət Mirzəyev 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsində Cəbrayılın və Şuşanın azad edilməsi əməliyyatlarına başçılıq edib.

Prezident İlham Əliyevin 2020-ci ilin oktyabrın 17-də imzaladığı sərəncamla Hikmət Mirzəyevə “general-leytenant” hərbi rütbəsi verilib.

Hikmət Mirzəyev adını tarixə Şuşa fatehi kimi yazdırıb.

Şuşa işğaldan azad olan gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Hikmət Mirzəyevə zəng edib.

Ali Baş Komandan Şuşa şəhərinin işğaldan azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırıb.

Onu da bildirək ki, 2016-cı ilin aprel döyüşlərində torpaqların azad edilməsində əsas rol oynayan xüsusi təyinatlılar 2018-ci ildə Ordunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında iştirak ediblər.
Təltifləri:

1 yanvar 1994-cü ildə “Azərbaycan Bayrağı”, 24 iyun 2015-ci ildə “Vətənə xidmətə görə” 3-cü dərəcəli, 7 noyabr 2023-cü ildə “Qarabağ” ordeni ilə təltif olunub.

“Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli, “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci dərəcəli medallara layiq görülüb.

26 iyun 2001-ci ildə “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley, 24 iyun 2003-cü ildə “İgidliyə görə”, 21 iyun 2007-ci ildə “Vətən uğrunda”, 26 iyun 2008-ci ildə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley, 26 iyun 2013-cü ildə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley, 26 iyun 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley, 9 dekabr 2020-ci ildə “Vətən Müharibəsi Qəhrəmanı”, 24 dekabr 2020-ci ildə “Cəbrayılın azad olunmasına görə”, 25 dekabr 2020-ci ildə “Füzulinin azad olunmasına görə”, 29 dekabr 2020-ci ildə “Qubadlının azad olunmasına görə”, 29 dekabr 2020-ci ildə “Şuşanın azad olunmasına görə”, 29 dekabr 2020-ci ildə Kəlbəcərin azad olunmasına görə”, 24 iyun 2021-ci ildə “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start