Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
Aprelin 25-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Azərbaycan Respublikası Prezidentinin təqdimatına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə təyin edilmiş Ceyhun Cəlilovu Nazirlər Kabinetinin kollektivinə təqdim edib.
F.Nəcəfli qeyd edib ki, təyin edilmiş hər hansı bir dövlət məmuru öz işinin öhdəsindən gəlməli, dövlət başçısının qarşıya qoyduğu vəzifələri layiqincə icra etməlidir. Dövlət məmuru ətrafda ətalətin yaranmasına yol verməməli və öz üzərinə düşən vəzifələri vaxtında yerinə yetirməlidir.
F.Nəcəfli bildirib ki, Nazirlər Kabinetinin vəzifəsi sosial- iqtisadi proqramların vaxtında və keyfiyyətli icra edilməsidir. Ancaq, bir çox hallarda müvafiq proqramların icrası zamanı gecikmələr yaşanırdı. Nazirlər Kabineti fəaliyyətini düzgün istiqamətdə qurmaqda çətinlik çəkirdi. Bu da Naxçıvan Muxtar Respublikasında bir sıra işlərin ləng getməsinə səbəb olurdu. Güman edirəm ki, artıq bu kimi hallar tez bir zamanda aradan qaldırılacaq, bütün gücümüzü, səylərimizi birləşdirib muxtar respublikanın inkişafına mühüm töhfələr verəcəyik.
Səlahiyyətli nümayəndə diqqətə çatdırıb ki, Prezident cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Adıçəkilən Proqram çox əhəmiyyətli sənəddir. Dövlət Proqramının məqsədi davamlı iqtisadi artımın təmin edilməsi, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir. Muxtar respublikanın müasir yol xəritəsi sayılan bu Dövlət Proqramı iqtisadiyyatın inkişafı, o cümlədən əlverişli biznes mühitinin yaradılması, ticarətin, ixracyönümlü sənayenin, kənd təsərrüfatı məhsulları istehsalının və emalının, turizmin, sosial sektorun, insan kapitalının və infrastruktur təminatının inkişafı, elektrik enerjisi istehsalının artırılması, institusional inkişaf, ətraf mühitin mühafizəsinin gücləndirilməsi kimi 11 prioritet istiqamət üzrə fəaliyyətlərin dəstəklənməsini nəzərdə tutan sənəddir.
.Nəcəfli onu da qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında 2023-cü il 30 dekabr tarixdə Sərəncam imzalayıb. Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyinin qeyd edilməsi muxtar respublikanın tarixində mühüm hadisədir. Ümummilli Lider Heydər Əliyevin “Naxçıvanın muxtariyyəti tarixi hadisədir” fikrini diqqətə çatdıran səlahiyyətli nümayəndə onu da bildirib ki, addımlarımızı elə atmalıyıq ki, Prezident cənab İlham Əliyevin muxtar respublikanın inkişafı ilə bağlı verdiyi tapşırıqları vaxtında və layiqincə yerinə yetirək.
11:54
Naxçıvan Muxtar Respublikasının (MR) baş naziri vəzifədən azad olunub.
Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi Məmmədov işdən azad edilib.
Ali Məclisin digər qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub.

9-10-2026, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
9-10-2026, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
9-10-2026, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
9-10-2026, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
9-10-2026, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
9-10-2026, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
9-10-2026, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
9-10-2026, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
9-10-2026, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
9-10-2026, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
9-10-2026, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
9-10-2026, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
9-10-2026, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
9-10-2026, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
9-10-2026, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start