Ermənistan və Azərbaycan arasında demarkasiya ediləcək növbəti ərazilər müəyyənləşib
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
"İrəvanda Zəngəzur dəhlizi və Göyçənin təhvil verilməsi müzakirə edilir" adlı süjetdə Ermənistanda Zəngəzur dəhlizinin qarşıdakı aylarda açılması və Göyçə mahalı istiqamətində yeni mövqelərin Azərbaycana təhvil verilməsinə hazırlığın getdiyi haqqında məsələlərin əsas müzakirə mövzusuna çevrildiyi, hər iki məsələnin Ermənistan daxili siyasi seqmentində qüvvələrarası mübarizə elementi kimi istifadə edildiyi bildirilib.
Qeyd olunub ki, Zəngəzur dəhlizi sentyabr ayına qədər açılacaq. Bu barədə Ermənistan mediası yazır. Erməni şərhçi Avetis Babacanyan "Hraparak" nəşrində dərc olunan məqaləsində iddia edir ki, Qazaxın 4 kəndi qaytarıldı, artıq növbəti mərhələ başlayır. Ermənistan hakimiyyəti bu planı icra etmək üçün Rusiyanın Zəngəzurda mövcud olan qoşunlarını çıxarmaq niyyətindədir. Artıq bu istiqamətdə proses başlayıb. Söhbət Zəngəzur dəhlizinin rəsmi Bakının təklif etdiyi "Azərbaycandan Azərbaycana prinsipi" üzrə açılmasından gedir.
Diqqətə çatdırılıb ki, Bakı-İrəvan danışıqları fonunda bu variantın yaxın aylarda həyata keçirilməsi mümkün variantlardan biri kimi görünür: "Çünki sülh sazişində tərəflərin razılaşmadığı iki əsas məsələdən birində - sərhədin delimitasiyasında müəyyən irəliləyiş var. Sülh sazişi ilə bağlı ilkin razılaşmanın əldə edilməsi üçün digər ziddiyyətli məqam - kommunikasiyanın açılması üzərində də anlaşma olmalıdır. Bunun da yolu Naxçıvana maneəsiz keçidin verilməsindən keçir. Ermənistanın bu variantla razılaşması qaçılmazdır".
Sonda vurğulanıb ki, hadisələrin inkişafı və proseslərin analizi Zəngəzur dəhlizinin tezliklə açılması gözləntisini artırır: "İstisna deyil ki, Naxçıvana meneəsiz keçidin verilməsi məsələsi sentyabr ayında reallaşsın. Bu, Qərbi Azərbaycan məsələsində ən mühüm amillərdən biridir, çünki Zəngəzur dəhlizinin açılması azərbaycanlıların öz tarixi yurdlarına böyük qayıdışı önündə qapıların da açılması ilə nəticələnə bilər. Yaxın perspektivdə tarixi torpaqlarımıza doğru sərhəd istiqamətindən də irəliləməyimiz mümkündür. Ermənistan mediası Göyçə mahalı istiqamətində 12 mövqenin Azərbaycana qaytarılacağını yazır. Beləliklə, Qərbi Azərbaycan hədəfinə addım-addım yaxınlaşırıq. Azərbaycan Qarabağa qayıdış hədəfinə nail olduğu kimi Qərbi Azərbaycana qayıdış hədəfinə də nail olacaq".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə:

Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start