İtkin düşmüş hesab edilən şəxslərin ailə üzvləri Ağdam, Xocalı, Xankəndi və Şuşada olublar
Sosial
14 okt 2024 | 13:43
İtkin düşmüş hesab edilən şəxslərin ailə üzvlərinin Ağdam, Xocalı, Xankəndi və Şuşa şəhərlərinə səfəri təşkil olunub.

"Qarabağ itkin ailələri" İctimai Birliyinin təşəbbüsü ilə keçirilən səfərdə ölkənin müxtəlif rayonlarından olan ailələrin üzvləri iştirak ediblər.

İtkin düşmüş hesab edilən şəxslərin ailə üzvləri səfər çərçivəsində ilk olaraq Ağdam şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər. Səfər iştirakçılarına işğal altında olduğu müddət ərzində şəhər qəbiristanlığının ermənilər tərəfindən tamamilə dağıdıldığı barədə məlumat verilib. Qeyd edilib ki, ermənilər məzarlardakı sümük qalıqlarını belə, çıxararaq məhv ediblər. Ağdamın işğaldan azad olunmasından sonra isə 1990-cı illərin əvvəllərində çəkilən foto və videolara istinadla qəbirlərin yeri müəyyənləşdirilib, boş məzarlar bərpa edilib.

Səfərin davamında itkin düşmüş şəxslərin ailə üzvləri Xocalı şəhərində olublar. Xocalıda itkin düşmüş hesab edilən və qalıqları 30 ildən sonra kütləvi məzarlıqlarda tapılaraq kimliyi müəyyən edilən şəxslərin dəfn olunduğu Şəhidlər xiyabanı ziyarət edilib. Hələ də öz doğmalarının axtarışında olan ziyarətçilər Xocalı Şəhidlər xiyabanında uyuyanları hörmətlə anaraq onların ruhuna dualar ediblər. Şəhidlər xiyabanını ziyarət edən səfər iştirakçıları erməni xislətinin sərhəd tanımadığına bir daha əmin olaraq gördükləri mənzərədən dərin təəssüf hissi keçirdiklərini bildiriblər.

Daha sonra Xankəndiyə yollanan ziyarətçilər orada yaradılan şərait və şəhərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olublar, xatirə şəkilləri çəkdiriblər. Səfərin davamında Şuşa şəhərinə gələn qonaqlar Yuxarı Gövhər ağa məscidini ziyarət ediblər. Onlar itkin düşmüş hesab olunan doğmalarının tapılması məqsədilə dünya ictimaiyyətinə üz tutaraq beynəlxalq birliyi Qarabağdakı kütləvi məzarlıqların yerləri haqqında məlumatları təqdim etməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıblar.
Bu gün, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Bu gün, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Bu gün, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Bu gün, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Bu gün, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Bu gün, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Bu gün, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Bu gün, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Bu gün, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Bu gün, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Bu gün, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Bu gün, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Bu gün, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Bu gün, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Bu gün, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
Dünən, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Dünən, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
Dünən, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
Dünən, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
Dünən, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
Dünən, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
Dünən, 13:49
Noyabrda 11 gün iş olmayacaq
Dünən, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
Dünən, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
Dünən, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
Dünən, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
Dünən, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start