AMB sədrinə yeni təyin olunan müavinlər kimlərdir? - DOSYE
Sosial
5 dek 2024 | 17:30
Prezident İlham Əliyev Azərbaycan Mərkəzi Bankının sədrinə birinci müavin və müavinlər təyin edilməsi haqqında sərəncamlar imzalayıb.

Yeni təyinatların dosyesini təqdim edirik.

Mərkəzi Bank sədrinin birinci müavini Əliyar Məmmədyarov



O, 1977-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir.

1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu "İqtisadçı" ixtisası üzrə fərqlənmə diplomu ilə, 2008-ci ildə isə Böyük Britaniyanın Nottingem Universitetini MBA ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

1999-cu ildən 2000-ci ilədək həqiqi hərbi xidmətdə olub.

2001-2004-cü illərdə Azərbaycan Respublikası Milli Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin 3 saylı nəzarət şöbəsində iqtisadçı, aparıcı iqtisadçı vəzifələrində işləyib.

2004-2006-cı illərdə AR Milli Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin tərkibində olan Pulların yuyulmasına qarşı fəaliyyət qrupunun rəhbəri vəzifəsində işləyib.

2006-2007-ci illərdə AR Milli Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin rəisi vəzifəsində işləyib.

2012-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

2008-2016-cı illərdə AR Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor müavini, departament direktoru vəzifələrində işləyib.

2016-cı ilin may ayından Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müşaviri vəzifəsinə təyin edilib.

2017-ci ilin sentyabr ayından 2019-cu ilin aprel ayınadək Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının sədri vəzifəsində işləyib.

2022-ci ilin may ayının 31-dən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

2022-ci il iyun ayından 2024-cü ilin dekabr ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Mərkəzi Bankın sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

- Mərkəzi Bank sədrinin müavini Vüsal Xəlilov



Vüsal Xəlilov 1987-cı ildə Şəki şəhərində anadan olub.

2008-ci ildə Bakı Dövlət Universitetini "İnformatika" ixtisası üzrə bakalavr, 2011-ci ildə isə həmin universiteti eyni ixtisas üzrə magistr dərəcələri ilə bitirib.

2015-ci ildə ADA Universiteti və "Maastricth School of Management" birgə EMBA proqramına daxil olub.

2017-ci ildə həmin universitetləri Beynəlxalq Biznesin İdarəedilməsi ixtisası üzrə magistr dərəcəsi ilə bitirib.

2020-ci ildə Kopenhagen Biznes Məktəbinin "Maliyyə Sektorunda Rəqəmsal Transformasiya", 2021-ci ildə isə "Harvard Business School"un "Biznes Analizi, Mühasibatlıq və İdarəedənlər üçün İqtisadiyyat" istiqamətlərində xüsusi kurslarda təhsilini davam etdirməklə müvafiq sertifikatlar əldə edib.

V.Xəlilov həmçinin 2014-cü ildə "Oracle" şirkətinin təşkilatın arxitekturası üzrə "OCM" sertifikatına da yiyələnib.

2024-cü ildən İngiltərənin London Metropolitan Universitetində "Tətbiqi Psixologiya" ixtisasını magistr dərəcəsi üzrə təhsilini davam etdirir.

Əmək fəaliyyətinə 2009-cu ildə "ICL" MMC-də texniki mütəxəssis vəzifəsi ilə başlayıb.

2010-2011-ci illərdə "İnfosecurity" MMC-də aparıcı veb-proqramçı vəzifəsində çalışıb.

2011-2016-cı illərdə "Azercell Telekom" MMC-də İnformasiya Kommunikasiya Texnologiyaları departamentində kiçik proqramçı, proqramçı, aparıcı proqramçı, 2016-2018-ci illərdə isə həmin şirkətdə Məhsul və Xidmətin Yaradılması bölməsinin rəhbəri vəzifələrində çalışıb.

2018-2020-ci illərdə "PAŞA Bank" ASC-də Rəqəmsal Laboratoriya departamentinin Rəqəmsal Mühəndislik şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

2021-ci ilin yanvar ayından 2024-cü ilin may ayınadək həmin bankın Texnologiya blokunun baş direktoru vəzifəsində işləyib.

2024-cü ilin may ayından Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib.

Evlidir, üç övladı var.

- Mərkəzi Bank sədrinin müavini Əli Əhmədov



O, 1982-ci ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycanlıdır. Ali təhsillidir.

2004-cü ildə Türkiyə Cümhuriyyətinin Qazi Universitetini "İqtisadiyyat" ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2006-cı ildə Odlar Yurdu və ABŞ-nin Corciya dövlət universitetinin birgə proqramı olan "Biznesin idarə olunması" ixtisası üzrə MBA proqramını magistr dərəcəsi ilə, 2014-cü ildə isə ABŞ Cons Hopkins Universitetini "Dövlət siyasəti" üzrə beynəlxalq magistr dərəcəsi ilə bitirib.

Əmək fəaliyyətinə Milli Bankda 2004-cü ilin avqust ayında Monetar siyasət departamentinin Monetar təhlil və proqnozlaşdırma şöbəsində iqtisadçı vəzifəsində başlayıb. 2005-ci ilin iyul ayında İqtisadi tədqiqatlar və proqnozlaşdırma departamentinin Maliyyə proqramlaşması şöbəsində iqtisadçı vəzifəsinə təyin edilib.

2006-2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və statistika departamentinin İqtisadi tədqiqatlar və proqnozlaşdırma şöbəsində iqtisadçı, aparıcı iqtisadçı vəzifələrində işləyib.

2008-2011-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Bazar əməliyyatları departamentinin Risklərin idarə edilməsi şöbəsində böyük analitik vəzifəsində, 2013-cü ilin avqust ayınadək isə həmin departamentin Risklərin idarə edilməsi şöbəsinin rəisi vəzifəsində işləyib.

2013-cü ilin avqust ayından 2014-cü ilin iyun ayınadək ABŞ-nin Cons Hopkins Universitetində təhsil alıb.

2014-2015-ci illərdə Mərkəzi Bankda Bazar əməliyyatları departamentinin Risklərin idarə edilməsi şöbəsinin rəisi vəzifəsində işləyib. 2015-ci ilin iyun ayından həmin departamentin direktor müavini - Risklərin idarə edilməsi şöbəsinin rəisi vəzifəsində, 2016-cı ilin aprel ayından 2020-ci ilin yanvar ayınadək Bazar əməliyyatları departamentinin direktoru vəzifəsində işləyib.

2019-cu ilin sentyabr ayında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

2020-ci ilin yanvar ayından 2024-cü ilin noyabr ayınadək Mərkəzi Bankın baş direktoru vəzifəsində işləyib.

2024-ci ilin noyabr ayının 7-dən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.

- Mərkəzi Bank sədrinin müavini Fərid Osmanov



Fərid Osmanov 1984-cü ildə Bakı şəhərində anadan olub.

2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə bakalavr, 2006-cı ildə isə magistr dərəcələri ilə bitirib.

2013-cü ildə isə həmin universiteti Dünya iqtisadiyyatında informasiya texnologiyaları ixtisası üzrə bakalavr dərəcəsi alıb.

2015-ci ilin yanvar ayında iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2015-ci ildə isə Böyük Britaniyanın Mançester Universitetini İdarəetmə və informasiya sistemləri ixtisası üzrə magistr dərəcəsi ilə bitirib.

Əmək fəaliyyətinə 2005-ci ildə Milli Bankın İnformasiya texnologiyaları departamentinin İnformasiya texnologiyalarının inkişafı şöbəsində aparıcı mütəxəssis vəzifəsində başlayıb.

2006-cı ildən həmin şöbədə baş mütəxəssis, 2007-ci ildən həmin departamentin İnformasiya texnologiyalarının inkişafı şöbəsinin rəisi, 2010-cu ildən isə həmin departamentin direktor müavini-İnformasiya texnologiyalarının inkişafı şöbəsinin rəisi vəzifələrində çalışıb.

2013-cü ilin avqust ayından 2014-cü ilin sentyabr ayınadək İnformasiya texnologiyaları departamentinin direktoru vəzifəsində işləyib.

2014-cü ilin sentyabr ayından 2015-cü ilin sentyabr ayınadək Böyük Britaniyanın Mançester Universitetində təhsil alıb. 2015-ci ilin sentyabr ayından 2020-ci ilin yanvar ayınadək İnformasiya texnologiyaları departamentinin direktoru vəzifəsində işləyib.

2019-cu ilin sentyabr ayında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

2020-ci ilin yanvar ayından Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib.

Ailəlidir, iki övladı var.

- Mərkəzi Bank sədrinin müavini Gülər Paşayeva



1989-cu ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir.

2010-cu ildə Bakı Dövlət Universitetinin "Beynəlxalq hüquq" ixtisası üzrə bakalavr dərəcəsini, 2012-ci ildə həmin universitetin "Kommersiya hüququ" ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomları ilə bitirib. 2021-ci ildə isə Böyük Britaniyanın İdarəetmə üzrə İxtisaslaşmış İnstitutunun (The Chartered Governance Institute) İdarəetmə peşəkarları üçün ixtisaslaşma proqramını bitirib.

Əmək fəaliyyətinə 2011-ci ildə "PAŞA Bank" ASC-də "Port Baku" şöbəsinin kassiri vəzifəsi ilə başlayıb, 2012-ci ilin yanvar-avqust aylarında Bankın Korporativ sənədlərlə İş və protokol təminatı departamentinin icraçısı, 2012-2013-cü illərdə Hüquq və təşkilati işlər departamentin Korporativ katiblik şöbəsinin kollegial orqanlar ilə iş üzrə koordinatoru, 2013-2015-ci illərdə həmin departamentin Hüquq şöbəsinin hüquq məsləhətçisi, 2015-2021-ci illərdə Korporativ katiblik şöbəsinin rəhbəri, 2021-2022-ci illərdə Korporativ idarəetmə və inzibatçılıq departamentinin direktoru vəzifələrində çalışıb.

2022-ci ilin iyun ayında Azərbaycan Respublikası Mərkəzi Bankında sədrin müşaviri vəzifəsinə təyin edilib.

2022-ci ilin iyun-iyul aylarında Azərbaycan Respublikası Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsində işləyib.

2022-ci ilin iyul ayından 2024-cü ilin noyabr ayınadək Mərkəzi Bankın baş direktoru vəzifəsində işləyib.

2024-ci ilin noyabr ayının 7-dən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

Ailəlidir.
Bu gün, 14:01
XİN-nin siyahısında Ayasofyanın keçmiş imamı da var
Bu gün, 13:50
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng vurdu
Bu gün, 13:23
Rusiya və ABŞ arasında razılaşma - Sabah yola düşəcək
Bu gün, 13:16
Nəcməddin Ərbakanın oğlunun Azərbaycana girişi qadağan olundu
Bu gün, 13:10
Azərbaycan XİN 31 Türkiyə vətəndaşı barədə QƏRAR VERDİ - ADLAR
Bu gün, 12:30
Azərbaycanda bu yerlərdə "TikTok"a giriş qadağan olundu
Bu gün, 12:19
Azərbaycanda internetin sürəti 7 dəfə artıb
Bu gün, 12:07
Sürücülərin nəzərinə: Bu yol bağlı olacaq
Bu gün, 11:50
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI
Bu gün, 11:43
Bakıda 2,5 milyonluq psixiatriya və narkoloji mərkəz yaradılır
Bu gün, 11:20
Azərbaycanda yağın qiyməti kəskin artdı
Bu gün, 10:22
Nazirlik pensiyalarla bağlı yeni QƏRAR QƏBUL ETDİ
Bu gün, 10:16
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var - Foto
Bu gün, 10:13
Mikayıl Cabbarovun İtaliyaya səfəri başlayır
Bu gün, 09:30
Heydər Məmmədov: "Bakı İslam dünyasının antikorrupsiya səylərini birləşdirən yüksəksəviyyəli görüşə ev sahibliyi edəcək"
Bu gün, 09:18
UEFA Çempionlar Liqası: "Qalatasaray" "Lill"ə, "Arsenal" "Bavariya"ya qarşı
Dünən, 17:00
Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib
Dünən, 16:16
Azərbaycanlı boksçu iki il müddətinə yarışlardan uzaqlaşdırıldı
Dünən, 16:02
Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video
Dünən, 15:47
Gəncə Memorial Kompleksi yaradıldı
Dünən, 15:00
Qarabağ Milli Parkı yaradıldı - SƏRƏNCAM
Dünən, 13:32
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub
Dünən, 12:34
Prokurorluqda YENİ TƏYİNATLAR - YENİLƏNDİ
Dünən, 12:00
Azərbaycanda bu hərbçilər cərimələnəcək - MƏBLƏĞLƏR
Dünən, 11:20
Onlayn alış-veriş edənlərin nəzərinə: Qaydalar dəyişir
Dünən, 11:12
Məkkədə bu hərəkətləri edənlər edam olundu
Dünən, 10:30
Nazir əhalinin istilik təchizatından danışdı