Hesablama Palatası Ekologiya və Təbii Sərvətlər Nazirliyində nöqsanlar aşkarlayıb
Sosial
24 yan 2025 | 15:30
Bu gün Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.

Bu barədə palata məlumat yayıb.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən Kollegiya iclasında Azərbaycan Respublikası Milli Məclisinin komitə sədri Sadiq Qurbanov, Milli Məclisin üzvləri Tahir Mirkişili, Vüqar Rəhimzadə, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov və nazirliyin digər məsul şəxsləri iştirak ediblər.

İclasda "Təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditinin nəticələrinə dair Auditor hesabatı" müzakirə edilib.

Qeyd olunub ki, audit Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və tabeliyində fəaliyyət göstərən qurumların, eləcə də "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin və Bakı şəhər İcra Hakimiyyətinin, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax və Şirvan şəhər icra hakimiyyətlərinin, eyni zamanda, Abşeron, Ağcabədi, Bərdə və Beyləqan rayon icra hakimiyyətlərinin strukturunda olan müvafiq tabeli qurumlarının aidiyyəti (auditin predmetinə aid olan) fəaliyyəti əhatə olunmaqla aparılıb.

Bildirilib ki, abonent bazasının tam yaradılmaması, xidmət haqları üzrə böyük potensialın reallaşdırılmaması, əhali istehlakçı qrupu üzrə rəsmiləşən dövriyyələrdə nağd əməliyyatlara üstünlük verilməsi, regional poliqonlarda bəzi hallarda sanitar-epidemioloji və ekoloji normaların gözlənilməməsi, sahə üzrə mütərəqqi üsulların genişləndirilməməsi, tarifləşmənin iqtisadi əsaslarının texnoloji tərəflərlə uzlaşmaması, strateji və əməliyyat planlaşdırılmasının əhəmiyyətli indikatorlar üzrə institusional quruluşdakı strukturları tam əhatə etməməsi, mövcud hədəflərə isə tam nail olunmaması, maliyyə hesabatlılığına və dövlət satınalmaları prosedurlarına dair şəffaflığı səciyyələndirən meyarlara tam əməl edilməməsi, statistik hesabatlılıqda uyğunsuzluqlara yol verilməsi, icazə verilməyən ünvanlarda yaranmış tullantı sahələrinin aradan qaldırılmasına nail olunmaması, dövlət büdcəsinin vəsaitlərindən asılılığın tədricən aradan qaldırılmaması və s. təhlükəsiz tullantıların idarə olunması prosesi üzrə fəaliyyətin səmərəli və nəticəli təşkil edilmədiyini göstərib.

Sonra ekologiya və təbii sərvətlər nazirinin müavini auditin nəticələrinin bu sahədə fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edəcəyini, nazirliyin səlahiyyətlərinə aid edilən məsələlər üzrə Hesablama Palatasının təklif və tövsiyələrinin nəzərə alınacağını qeyd edib.

Müzakirələr zamanı Milli Məclisin deputatları tərəfindən bəzi məsələlərə dair bir sıra fikirlər irəli sürülüb, təkliflər səsləndirilib.

Müzakirələrin nəticəsində auditor hesabatının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların audit olunan qurumlar tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə dair qərar qəbul olunub.

Sonda gündəlikdə dayanan digər məsələlərə baxılıb.





9-10-2026, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
9-10-2026, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
9-10-2026, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
9-10-2026, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
9-10-2026, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
9-10-2026, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
9-10-2026, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
9-10-2026, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
9-10-2026, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
9-10-2026, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
9-10-2026, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
9-10-2026, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
9-10-2026, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
9-10-2026, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
9-10-2026, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start