Azərbaycanın “Çelentanosu”nun doğum günüdür - VİDEO
Video / Mədəniyyət
9 fev 2024 | 12:00
Bu gün Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın Əməkdar artisti Əsgər Məmmədoğlunun doğum günüdür.

Əsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb və teatrın səhnəsində çoxsaylı obrazlara həyat verib.

Əsgər Məmmədoğlu bir çox teletamaşalarda, “Şair” (“Evləri köndələn yar” Anar), “Milis” (“Yaşıl eynəkli adam” V.Səmədoğlu), “Nökər” (“Mehmanxana sahibəsi” K.Haldoni), “Dəmir-qaya” (“Topal Teymur” H.Cavid), “Narsatan” (“Qatarda” İ.Məlikzadə), “Gümrah” (“Alov” M.Hüseyn) kimi obrazlar yaradıb. "Mozalan" satirik kino-jurnalının 20-yə yaxın süjetinə çəkilən Əsgər Məmmədoğlu, “Ömrün səhifələri” (Ələsgər), “Xoşbəxtlik qayğıları” (Əlövsət), “Bəyin oğurlanması” (Ələsgər), “Tehran-43” (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısı olub.

Xüsusilə “Bəyin oğurlanması” filmindəki “Ələsgər” obrazı bu gün də uşaqdan-böyüyə hər kəsin üzündə gülüş yaradır. Aktyor son dəfə “Xoxan” filminə çəkilib.

2002-ci ildə Əsgər Məmmədoğlu “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb. Məşhur aktyor Adriano Çelentanoya bənzədiyi üçün onu Azərbaycanın “Çelentanosu” deyə çağırırdılar.

Sənətkar uzun müddət qaraciyər xərçəngindən əziyyət çəkib. Sevilən aktyorun qan təzyiqi və öd kisəsində problem də onun səhnədə yeni obrazlar yaratmasına ciddi mane olurdu. Əsgər Məmmədoğlu səhhətində yaranmış problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.

Bir müddət müalicə aldıqdan sonra vəziyyəti stabil olsa da, 21 dekabr 2015-ci ildə sənətkarın səhhəti yenidən pisləşib. Həkimlərin bütün səylərinə baxmayaraq, istedadlı aktyor 21 dekabr 2015-ci il tarixində 69 yaşında vəfat edib. Ələsgər Məmmədoğlu 22 dekabr 2015-ci ildə “Qurd qapısı” qəbiristanlığında anasının yanında dəfn edilib.

Azerimedia.Az sənətkarın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.


Dünən, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
Dünən, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
Dünən, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
Dünən, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
Dünən, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
Dünən, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Dünən, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
Dünən, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
Dünən, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
Dünən, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Dünən, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Dünən, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
Dünən, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
Dünən, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Dünən, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start