Buraxılış imtahanının vaxtı BİLİNDİ
Bölgə
27 fev 2024 | 18:12
Martın 10-da buraxılış imtahanı keçiriləcək.

2024-cü il martın 10-da Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Sumqayıt, Naxçıvan, Gəncə - 2, Mingəçevir, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Masallı, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1№-li məktəb), Ağdam, Zəngilan (Ağalı kənd tam orta məktəbi), Laçın (Şəhər 2№-li tam orta məktəb və Zabux kənd tam orta məktəbi), Qax, Balakən, Zaqatala, Quba, Xızı, Qusar rayonlarında, həmçinin Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi gürcü dilində olan məktəblərdə Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

-İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər. Peşə liseylərinin şagirdləri həmin liseyin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.
Bu gün, 18:31
Bəzi məhsullar oyuncaq hesab edilməyəcək - Siyahı
Bu gün, 18:00
Paşinyan: "Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib"
Bu gün, 17:35
Şimali Kiprdə azərbaycanlıların da olduğu gəminin batması nəticəsində ölənlərin sayı artdı
Bu gün, 17:00
Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
Bu gün, 16:13
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Bu gün, 16:08
Dünya çempionu futbolçu karyerasını başa vurdu
Bu gün, 15:14
İlham Əliyev Vladimir Putinə zəng etdi
Bu gün, 15:10
Azərbaycanlı hərbçinin "xoşməramlı jest" kimi Bakıya təhvil verilməsi ehtimalı var
Bu gün, 14:25
Altı rayon niyə hələ də susuz qalıb?
Bu gün, 13:30
Bu şəxslərin pensiyası daha çox artacaq
Bu gün, 13:22
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Bu gün, 13:06
Bu şəxslər də vergiyə cəlb olunacaqlar
Bu gün, 12:10
Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi - Foto
Bu gün, 11:30
Allahşükür Paşazadə: "Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"
Bu gün, 11:15
Hindistan Ermənistanda reaktiv mərmilər istehsal etmək istəyir
Bu gün, 10:58
Türkiyə Səudiyyə Ərəbistanında öz bazasını yerləşdirə bilər
Bu gün, 10:27
DTX rəisi: "913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb"
Bu gün, 10:20
Prezident: "Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır"
Bu gün, 10:15
İlham Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətsizliyinə diqqət çəkdi
Bu gün, 10:09
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"
Dünən, 17:53
Ombudsmanın maaşı dörd dəfə artırıldı - Prezident təsdiqlədi
Dünən, 17:43
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib - Foto
Dünən, 16:54
Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək
Dünən, 15:09
Azərbaycanın Böyük Britaniyaya ixracı 24 dəfə artıb
Dünən, 15:07
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
Dünən, 13:33
Naftalanda hoteldə Özbəkistan vətəndaşının meyiti tapıldı
Dünən, 12:36
Paşinyan Ermənistanda saxlanılan azərbaycanlı əsgərdən danışdı