Ağdamda beynəlxalq forum çərçivəsində xüsusi sessiya keçirilib - YENİLƏNİB + FOTO
Ağdam şəhərində VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunmuş xüsusi sessiya keçirilib.
Yerli və beynəlxalq nümayəndələrin iştirak etdiyi sessiya “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusuna həsr edilib.
Konfransda minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri ilə əlaqədar sərgi təşkil olunub.
Bununla bərabər, mina təhlükəsi və bundan mühafizə ilə əlaqədar qısametrajlı məlumatlandırıcı film nümayiş edilib.
Qonaqları salamlayan Ağdam, Füzuli, Xocavənd rayonları üzrə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev forum iştirakçılarını 30 il işğal altında olan, mədəni və tarixi abidələri məhv edilən qədim Azərbaycan torpağında - Ağdamda görməkdən şad olduğunu bildirib. Ağdamda aparılan quruculuq işləri haqqında məlumat verən B.Hacıyev qeyd edib ki, rayonun Kəngərli kəndinə 292, Xıdırlı kəndinə 719, Sarıcalı kəndinə 203 ailənin köçürülməsi nəzərdə tutulur.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov isə 30 illik işğal ərzində Ağdamın zəngin mədəni irsi dağıdılıb, talan edilib, oğurlandığını söyləyib. Nazir müavini vurğulayıb ki, hazırda bura xarabalıqlar şəhəridir, burada 1,5 milyona yaxın mina basdırılıb.
Sessiyada çıxış edən Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri Reymond Bondin isə Azərbaycan kimi qədim və böyük tarixə malik ölkə üçün mövcud mina probleminin mənfi imic olduğunu deyib. O qeyd edib ki, forum iştirakçılarının bəziləri məhz təhlükəsizlik səbəbindən Ağdama səfərdən imtina ediblər. R.Bondin görülən quruculuq bərpa işlərinə görə Azərbaycan hökumətinə təşəkkür edib.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Beynəlxalq əlaqələr maarifləndirmə və mətbuatla iş idarəsinin rəisi Ramil Əzizov isə təqdimatla çıxış edərək azad edilmiş ərazilərdəki mina təhlükəsi ilə bağlı iştirakçıları məlumatlandırıb. O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi yüksək səviyyədə, 780 min hektar ərazi isə orta və aşağı səviyyədə mina ilə çirkləndirilib. O qeyd edib ki, antiterror əməliyyatlarından sonra Xocalı və Xankəndi ərazilərində çoxsaylı tələ minalar aşkarlanıb.
Sessiya çərçivəsində həmçinin BMT-nin İnkişaf Proqramının mütəxəssisi Qadim Tariq, UNESCO-nun Mədəniyyət və Fövqəladə Hallar, Mədəniyyət sektorunun direktoru ICESCO-nun İslam Dünyası İrs Mərkəzinin direktoru Vebber Ndoronun məruzələri dinlənilib, mina təhlükəsi və ondan mühafizə yolları haqqında müzakirələr aparılıb.
12:29
Ağdam şəhərində VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunmuş xüsusi sessiya başlayıb.

11:45
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarının Ağdama səfəri başlayıb.
Yerli və beynəlxalq nümayəndələr Forum çərçivəsində Ağdam Konfrans Mərkəzində keçirilən “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiyaya qatılıblar.
Sessiyadan sonra iştirakçıların Ağdam Cümə məscidi, Çörək muzeyi, İmarət Kompleksi, Dram teatrı və xarabalıqlara ziyarəti gözlənilir.
10:31
Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirakçılarıının azad olunan ərazilərə səfəri başlayıb.
İştirakçılar forum çərçivəsində Ağdamda keçiriləcək “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiyaya qatılacaqlar.
Sessiyada Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov məruzə ilə çıxış edəcək.
Həmçinin BMT-nin İnkişaf Proqramının mütəxəssisi Qadim Tariq və digər qonaqların məruzələri dinləniləcək.

9-10-2026, 14:18
MDB-də 2028-ci il Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilib
9-10-2026, 14:15
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto
9-10-2026, 13:30
Azərbaycanda iqtisadi artım qeyri-neft-qaz sektorunun hesabına təmin olunub - Statistika
9-10-2026, 13:14
İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - Foto
9-10-2026, 13:10
Azərbaycanın səfirliklərinə yeni səlahiyyət verildi
9-10-2026, 13:00
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
9-10-2026, 13:00
Bakıda NATO təlimləri keçirilir - Foto
9-10-2026, 12:52
Türkmənistanda Prezident İlham Əliyevin liderlərlə qeyri-rəsmi görüşü - FOTO
9-10-2026, 12:27
Bəzi valideynlər 100 manat cərimə oluna bilərlər? - Video
9-10-2026, 10:42
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
9-10-2026, 10:34
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
9-10-2026, 10:05
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - Foto
9-10-2026, 09:37
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi məkana gedib - Foto
9-10-2026, 09:19
Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
9-10-2026, 08:40
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
8-10-2026, 16:46
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
8-10-2026, 16:30
Cəbrayılda mina partlayışı: Xəsarət alan var
8-10-2026, 16:14
PKK Türkiyədən tamamilə çıxdı
8-10-2026, 15:30
TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb
8-10-2026, 15:00
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 14:30
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - Foto
8-10-2026, 13:49
Noyabrda 11 gün iş olmayacaq
8-10-2026, 13:45
Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlandı
8-10-2026, 12:47
Nazirlikdən 110 min nəfəri SEVİNDİRƏN QƏRAR
8-10-2026, 12:30
Binəqədi sakinlərinin nəzərinə: Bu avtobusların yolu dəyişdirildi
8-10-2026, 11:22
Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
8-10-2026, 11:20
Cüdoçumuzdan Bakıda keçirilən dünya çempionatında uğurlu start