Yalan vədlər verən xaricdə təhsil şirkətləri ilə bağlı əhaliyə MÜRACİƏT
Cəmiyyət
2 apr 2025 | 12:33
"Xaricdə təhsil şirkətlərinin fəaliyyətinə nəzarət Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) səlahiyyətləri xaricindədir, həmçinin Agentlik xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şəxslə, şirkətlə və ya universitetlə əməkdaşlıq etmir və bu kimi vasitəçilərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır".

Bu fikirlər Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əhaliyə müraciətində qeyd olunub.

Bildirilib ki, bəzi media resurslarında, eləcə də bəzi xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında vətəndaşlarımız müxtəlif xarici ölkələrin universitetlərində təhsil almağa təşviq olunur və sonda diplomların TKTA tərəfindən tanınacağı ilə bağlı vədlər, hətta zəmanət də verilir:

"Xarici ölkələrin ali təhsil aid aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları" əsasında həyata keçirilir.

TKTA xaricdə təhsil almaq istəyən vətəndaşlara təhsillərini tamamladıqdan sonra əldə olunan kvalifikasiyanın tanınmasında hər hansı bir çətinliklə qarşılaşmamaq üçün aşağıdakı məqamlara diqqət etmələrini tövsiyə edir:

1. Seçilən ixtisasların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli, 140 nömrəli Qərarı ilə təsdiq edilmiş "Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı", Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr 2024-cü il tarixli, 503 nömrəli Qərarı ilə "Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı", "Ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə ixtisasların Təsnifatı" və "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların Təsnifatı"nda yer alması;

2. Kvalifikasiyanın aid olduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması (enic-naric.net keçidindən istifadə etməklə müvafiq məlumatı əldə etmək mümkündür);

3. Nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil alınan ölkənin ərazisində olmaq və tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisaslarına münasibətdə təhsilin bütün normativ müddətində təhsil alınan ölkənin ərazisində olmaq);

4. Müvafiq Qaydalara əsasən ölkə ərazisində yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əyani və qiyabi təhsilalma formasında (qiyabi "Baytarlıq təbabəti" və "Əczaçılıq" ixtisasları istisna olmaqla) əldə olunmuş kvalifikasiyalara münasibətdə tanınmanın həyata keçirildiyinin nəzərə alınması;

1. Tədris müddətində seçilən dərslərin ixtisasla uyğunluq təşkil etməsi və minimum kredit həcminin qarşılanması;

2. "Açık öğretim" təhsilalma formasında əldə olunmuş kvalifikasiyaların ölkə ərazisində tanınmaması;

Məlumat üçün bildiririk ki, sözügedən Qaydalara əsasən, xarici kvalifikasiya əldə etmiş şəxslərin Azərbaycan Respublikası ərazisində təhsilin növbəti səviyyəsinə qəbul olunmaq, həmçinin peşə fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edə bilməsi üçün müvafiq kvalifikasiyanın TKTA tərəfindən tanınması şərt olaraq qanunvericilikdə təsbit olunub.

Bundan əlavə bildiririk ki, vətəndaşlarımıza dəstək məqsədilə TKTA-nın internet səhifəsində Agentliyə edilən müraciətlər əsasında "Tanınmayan universitetlərin siyahısı" və "Ən çox imtina alan universitetlərin siyahısı" dərc edilib.

Eyni zamanda vətəndaşlarımız qeyd edilən məsələlərlə bağlı daha ətraflı məlumat əldə etmək üçün Agentliyin "146-8" çağrı mərkəzinə zəng edə və ya info@tkta.edu.az elektron poçt ünvanına yaza bilərlər.

Agentlik olaraq, vətəndaşlarımıza müvafiq seçim etməmişdən əvvəl yuxarıda qeyd edilən Qaydalarla tanış olmağı tövsiyə edirik".
2-10-2026, 13:35
Bu kənd və qəsəbələrə su çəkiləcək
2-10-2026, 13:07
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:40
Kəmaləddin Heydərov əmr imzaladı - FHN-də ciddi dəyişikliklər
2-10-2026, 12:30
Bu yol təmir etdirilir
2-10-2026, 12:30
Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO
2-10-2026, 11:38
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 10:28
Nazirlik 151 min nəfərin pensiyası ilə bağlı YENİ QƏRAR VERDİ
2-10-2026, 10:26
Leysan, sel, daşqın olacaq - Əhaliyə xəbərdarlıq
2-10-2026, 10:24
Hikmət Hacıyev: "Qonşularımızın daxili işlərinə qarışmırıq və ərazimizdən onlara qarşı istifadəyə yol vermərik"
2-10-2026, 09:53
İlham Əliyev YAP-ın VIII Qurultayında çıxış edir - Foto
1-10-2026, 13:57
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı
1-10-2026, 13:48
Vətən müharibəsinin görünməyən qəhrəmanları: Yaralı hərbçilər necə xilas edilirdilər? - Videomüsahibə
1-10-2026, 13:46
Azərbaycan millisinin Lixtenşteynə qarşı oyunu hansı kanalda yayımlanacaq?
1-10-2026, 13:44
İşğaldan azad olunan ərazilərdə yaşayanların nəzərinə: İşə qəbul elan edilir
1-10-2026, 13:42
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib - Foto
1-10-2026, 11:52
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
1-10-2026, 11:30
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində texnikalar nümayiş olunub
1-10-2026, 11:16
Prezident: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir
1-10-2026, 10:43
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
1-10-2026, 09:30
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
30-09-2026, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
30-09-2026, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30-09-2026, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
30-09-2026, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
30-09-2026, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
30-09-2026, 13:31
Onlar vergidən 20 il azad edildilər
30-09-2026, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub