Dövlət qurumu küləkli hava şəraiti ilə bağlı işəgötürənlərə MÜRACİƏT ETDİ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ölkə ərazisində aprelin 15-dən etibarən müşahidə olunan və hazırda davam edən küləkli hava şəraiti ilə əlaqədar işəgötürənlərə müraciət edib.
Bu barədə dövlət xidmətindən məlumat verilib.
Bildirilib ki, mövcud hava şəraiti davam etdiyi müddətdə açıq havada işləyən işçilərin həyat və sağlamlığının qorunması məqsədilə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq zəruri tədbirlərin görülməsi vacibdir.
Xidmət xatırladıb ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən işçilərə qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır:
"Məcəlləyə 2-ci əlavəyə görə, küləyin gücü 6 bal və daha artıq olduqda quruda kranlarla görülən bütün növ işlər dayandırılır. Həmçinin tikinti işləri görüldükdə küləyin gücü iki baldan artıq olduqda kranların quraşdırılması, 3 baldan artıq olduqda qaldırıcıların quraşdırılması və sökülməsi, daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi işləri, 6 baldan artıq olduqda taxta-şalban işi, habelə taxta-şalbanın sökülməsi işləri dayandırılır.
Bununla yanaşı, dənizdə işləyərkən küləyin gücü üç baldan çox olduqda qaynaq tikişinin şaquli və tavan vəziyyətində qoyulduğu bütün növ qaynaq, dörd baldan çox olduqda ayrı-ayrı özüllərdə kran gəmiləri vasitəsilə görülən tikinti-quraşdırma və sökmə, daimi dəniz özülləri və estakadayanı meydançaları yanındakı buxtalarda barjlara, kran gəmilərinə yükvurma və yükboşaltma işlərinin, qaynaq tikişi aşağı vəziyyətdə qoyulduğu bütün növ qaynaq işlərinin, estakada tikən kranla quraşdırma və dəniz neft-mədən qurğularının sökülməsi işlərinin dayandırılması təmin edilməlidir".
"Küləyin gücü beş baldan artıq olduqda isə ayrı-ayrı özüllərdə üzən vasitələr, qurğular olmadan tikinti-quraşdırma və sökmə, kopyor vasitəsilə dayaqlar vurulması, daimi dəniz özüllərində buruqların quraşdırılması, sökülməsi və dorların qaldırılması (endirilməsi), traversin sürgü qollarının, mancanaq dəzgahının asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda diyircəklərin, kran-blokun dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və quyuların debitinin ölçülməsi, estakada meydançalarında quyuların cari və əsaslı təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işləri dayandırılmalıdır.
Küləyin gücü 6 baldan artıq olarsa, daimi dəniz özüllərində istismar edilən quyularda işləri, daimi dəniz özüllərində estakadayanı meydançalarda quyuların əsaslı və cari yeraltı təmir işlərini, səkkiz baldan çoxdursa, qazma işləri aparılan quyularda alətlərin quyulardan qaldırılması ilə əlaqədar bütün işləri, özülün və ya estakadayanı meydançanın döşəməsi üstündəki və altındakı işləri dayandırmaq tələb olunur.
Əgər küləyin gücü 10 baldan artıq olarsa, quyunun yuyulması işlərindən başqa buruqda bütün işlərin dayandırılması təmin edilməlidir", - məlumatda deyilir.
Vurğulanır ki, işlərin dayandırılması zamanı işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı ilə fasilənin sayı, müddəti müəyyənləşdirilməli, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli və bu fasilələr zamanı da əməkhaqqı işçilərin tarif maaşına görə ödənilməlidir:
"İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri səbəbindən baş verməyən boşdayanma kimi və tarif maaşının üçdəiki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir".

Dünən, 14:44
DÇ-2026-da qalmaqal: Braziliya Şotlandiya ilə matçdakı qərardan şikayətçidir
Dünən, 13:46
Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisələrində nikah statistikasını açıqlayıb

Dünən, 13:37
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Dünən, 13:32
Sabah leysan yağacaq, güclü külək əsəcək
Dünən, 12:39
NATO Azərbaycan Ordusuna qiymət verdi
Dünən, 12:33
Dünya çempionatında yeni rekord: Vurulan qolların sayı 177-yə çatdı
Dünən, 11:29
NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
Dünən, 11:28
NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
Dünən, 11:21
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
Dünən, 11:16
Alimlər kökün ömrü uzatdığını sübut etdilər
Dünən, 10:53
Naxçıvan, Gəncə və Sumqayıtda Azərbaycan Ordusunun 108 illiyi münasibətilə hərbi yürüşlər keçirilir - FOTO
Dünən, 10:10
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir - FOTO - VİDEO
Dünən, 10:02
Zakir Həsənov hərbçilərə nə arzuladı?
Dünən, 09:24
Rusiya Ermənistana daha bir qadağa qoydu
Dünən, 09:20
Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrindən birində hərəkət məhdudlaşdırılacaq
Dünən, 09:05
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür
25-06-2026, 12:07
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
25-06-2026, 12:06
Olimpiya çempionumuzdan sürpriz addım: Hidayət Heydərov Çində fərqli çəkidə tatamiyə çıxacaq
25-06-2026, 11:53
Dini konfessiyaların rəhbərləri Aşura günü ilə bağlı qanvermə aksiyasında iştirak ediblər - FOTO
25-06-2026, 11:32
İƏT Parlamentləri İttifaqının 20-ci sessiyası yekunlaşıb: Bakı Bəyannaməsi qəbul olunub
25-06-2026, 10:55
Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir
25-06-2026, 10:37
Venesuelada güclü zəlzələ: 32 nəfərin meyiti tapıldı, 700-dən çox yaralı var - VİDEO
25-06-2026, 10:17
Ceyhun Bayramov polşalı həmkarı ilə Cənubi Qafqazı və Ukraynaya dəstəyi müzakirə etdi
25-06-2026, 10:09
Gündüz İsmayılov: "İnsanlarımız Aşuranın mahiyyətini getdikcə daha doğru dərk etməyə başlayırlar"
25-06-2026, 10:04
Prezident sloveniyalı həmkarını təbrik edib
25-06-2026, 09:14
Aşuraya görə qanvermə aksiyası başladı - ÜNVANLAR