Güclü sel rayonlarda ciddi fəsadlara yol açıb, həlak olanlar var VİDEO
Cəmiyyət
17 apr 2025 | 19:00
Ötən gün Şabrançaya gələn sel nəticəsində üç nəfər həlak olub. Hadisə çayın Şabran rayonunun Xəlfələr kəndindən keçən hissəsində baş verib.

Neft şirkətinin əməkdaşları işə gedərkən avtomobili sel aşırıb. Nəticədə nəqliyyat vasitəsində olan Şirvan sakini, 59 yaşlı Nurməmməd Məmmədov və Salyan sakini, 63 yaşlı Etibar Nağıyev ölüblər. Onların cəsədləri gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda ərazidə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Vətəndaşların ölümü ilə bağlı araşdırma aparılır.

Quba rayonu, Amsarqışlaq ərazisində isə aramsız yağışlar nəticəsində sel suları yaşayış evlərini dağıdıb. Sel kənddə bəzi evləri dağıdıb, bəzilərində isə çatlar əmələ gəlib.

Problemlərin aradan qaldırılması istiqamətində işlər görülür.

Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, daşqınlar əhalinin təsərrüfatlarına, yol-nəqliyyat infrastrukturuna, işıq, qaz və rabitə sahəsinə də təsirsiz ötüşməyib.

Tovuzda da sel ciddi fəsadlar törədib. Rayonun Əsrik-Cırdaxan kəndində Mübariz Abulova məxsus evin istinad hasarı və iki otağı uçub, ev sahibinə məxsus minik avtomobili hasarın altında qalıb.

Bundan başqa, yolun torpaq qatı yuyulub, asfalt örtüyündü də çatlar yaranıb. Elektrik dirəklərinin təməlini də sel sıradan çıxarıb.

Vətəndaşa dəyən ziyan və ümumi fəsadlarla bağlı Tovuz Rayon İcra Hakimiyyətinin nəzdnindəki fövqəladə hallar komissiyası tərəfindən əraziyə baxış keçirilib, zərərlər qeydə alınıb.

Hacıqabul rayonun ərazisindən keçən Pirsaat çayına gələn sel də ətraf kəndlərdə fəsadlar törədib. Qubalı və Tağlı kəndlərində işıq, qaz təsərrüfatlarına ziyan dəyib. Qubalıya gedən yol su altında qaldığından kəndlə əlaqə kəsilib.

Mövcud vəziyyətlə bağlı Rayon fövqəladə hallar komissiyasından bildirilib ki, hazırda çayda suyun səviyyəsi tədricən aşağı düşüb. Bununla belə, selin törətdiyi fəsadları aradan qaldırmaq üçün zəruri tədbirlər görülür.

Daha ətaraflı videomaterialı təqdim edirik:

2-10-2026, 13:35
Bu kənd və qəsəbələrə su çəkiləcək
2-10-2026, 13:07
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:40
Kəmaləddin Heydərov əmr imzaladı - FHN-də ciddi dəyişikliklər
2-10-2026, 12:30
Bu yol təmir etdirilir
2-10-2026, 12:30
Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO
2-10-2026, 11:38
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 10:28
Nazirlik 151 min nəfərin pensiyası ilə bağlı YENİ QƏRAR VERDİ
2-10-2026, 10:26
Leysan, sel, daşqın olacaq - Əhaliyə xəbərdarlıq
2-10-2026, 10:24
Hikmət Hacıyev: "Qonşularımızın daxili işlərinə qarışmırıq və ərazimizdən onlara qarşı istifadəyə yol vermərik"
2-10-2026, 09:53
İlham Əliyev YAP-ın VIII Qurultayında çıxış edir - Foto
1-10-2026, 13:57
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı
1-10-2026, 13:48
Vətən müharibəsinin görünməyən qəhrəmanları: Yaralı hərbçilər necə xilas edilirdilər? - Videomüsahibə
1-10-2026, 13:46
Azərbaycan millisinin Lixtenşteynə qarşı oyunu hansı kanalda yayımlanacaq?
1-10-2026, 13:44
İşğaldan azad olunan ərazilərdə yaşayanların nəzərinə: İşə qəbul elan edilir
1-10-2026, 13:42
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib - Foto
1-10-2026, 11:52
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
1-10-2026, 11:30
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində texnikalar nümayiş olunub
1-10-2026, 11:16
Prezident: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir
1-10-2026, 10:43
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
1-10-2026, 09:30
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
30-09-2026, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
30-09-2026, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30-09-2026, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
30-09-2026, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
30-09-2026, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
30-09-2026, 13:31
Onlar vergidən 20 il azad edildilər
30-09-2026, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub