Şağanda drenaj xətti çəkilir, Binə qəsəbəsində küçələr sudan təmizlənir
İntensiv yağıntılar zamanı müxtəlif ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Xüsusilə, rayonlar üzrə sukanal idarələrinin işçi heyəti yığılan suların ərazilərdən çəkilməsi, yağış və kanalizasiya kollektorlarının təmizlənməsi və fəaliyyətinin bərpası istiqamətində müntəzəm işlər icra edir.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Paytaxtın bəzi ərazilərində xidmətin tullantı su şəbəkəsi, yağış və qrunt sularını daşımaq üçün drenaj sistemi mövcud deyil. Belə ərazilərdə intensiv yağıntılar zamanı küçə və həyətlərə suların yığılması halları qaçılmazdır.
"Bakı şəhərinin baş planı - 2040" sənədində şəhər ərazisində yağış drenaj boru xətləri ilə məişət kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub. Layihəyə uyğun olaraq müxtəlif səthlərdən yağış suları mərkəzi sistemin borularına yönləndirilərək borular vasitəsilə yeraltı anbarlara toplanacaq. Daha sonra yağış suları filtrasiya və sterilizasiya proseslərindən keçirilərək istehsal sahələrində və suvarmada istifadəyə yönləndiriləcək.
Xəzər rayonu, Şağan qəsəbəsi, "Yeni sahə" adlanan ərazidə yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən layihə hazırlanıb. Layihə çərçivəsində drenaj sistemi qurulur. Xəzər Rayon Sukanal İdarəsi tərəfindən layihə üzrə diametri 160 millimetrlik 700 paqonometr təzyiqli xəttin inşası tamamlanıb. Uzunluğu 785 paqonometr olan özüaxımlı kanalizasiya xətti çəkilib. Xəttin 400 paqonometri diametri 400 mm, 385 paqonometri isə diametri 300 mm-lik boru ilə inşa olunub. Bundan başqa 20 ədəd baxış quyusu quraşdırılıb. Hazırda ərazidə tikinti quraşdırıma işləri davam etdirilir.
Yağıntılardan sonra Binə qəsəbəsi, "Bakavtomat" zavodu ətrafında yerləşən yaşayış massivində də subasma halları müşahidə edilib. Ərazinin yaxınlığında yağış suyu və kanalizasiya şəbəkəsi olmadığından vətəndaşların həyətyanı sahələri və küçələri su altında qalıb. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları operativ olaraq vəziyyəti qiymətləndirərək dərhal xüsusi texnikalarla suyun çəkilməsi işlərinə başlayıblar. Yaxınlıqda şəbəkə olmadığından toplanan yağış sularının kənarlaşdırılması üçün əraziyə iki ədəd lilsovuran avtomaşın cəlb edilib. Suların maşınlar vasitəsilə yığılaraq ərazidən kənarlaşdırılması həyata keçirilir.
Xəzər Rayon Sukanal İdarəsinin baş mühəndisi Emil Abbasov bildirib ki, yağıntılardan sonra Şağan qəsəbəsi, "Yeni sahə"də həyət evlərində subasma halları müşahidə edilirdi və bununla bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən həmin ərazi üzrə mühəndis axtarış işləri aparılıb, ərazilərə yığılan suyun kənarlaşdırılması üçün dalğıc tipli nasos quraşdırılıb və suyun kənarlaşdırılması təmin edilib. "Digər ərazi, Binə qəsəbəsi "Bakavtomat" yolunun kənarında yaşayış massivində suyun kənarlaşdırılması üçün isə lilsovuran maşınlar cəlb edilib. Hazırda da gündəlik olaraq maşınlar ayrılıb, suyun kənarlaşdırılması işi aparılmaqdadır".
Qeyd edək ki, kanalizasiya sistemi mövcud olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.

Dünən, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
Dünən, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Dünən, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
Dünən, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
Dünən, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
Dünən, 13:31
Onlar vergidən 20 il azad edildilər
Dünən, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
Dünən, 12:16
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
Dünən, 11:40
Vətən müharibəsinin BİLİNMƏYƏNLƏRİ: Qəhrəmanlar 44 günün GİZLİNLƏRİNİ AÇIRLAR - VİDEO
Dünən, 10:32
Zakir Həsənov onlara müraciət etdi
Dünən, 10:30
Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI
Dünən, 10:29
Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"
Dünən, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı
Dünən, 09:30
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
29-09-2026, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
29-09-2026, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
29-09-2026, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
29-09-2026, 14:00
İran yeni silahlar hazırlayır
29-09-2026, 13:50
Qatarlarda interval azaldılacaqmı? - Problemlə bağlı RƏSMİ AÇIQLAMA
29-09-2026, 13:25
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli oldu
29-09-2026, 13:00
Bakının əsas magistral su xətti nə vaxt bərpa olunacaq?
29-09-2026, 12:30
Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi
29-09-2026, 10:37
Ölümündən bir il ötür: "Elə bir gün olmayıb ki, onunla söhbət etməyim"
29-09-2026, 10:33
Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?
29-09-2026, 10:00
Nazirlikdən 189 min nəfəri SEVİNDİRƏCƏK AÇIQLAMA
28-09-2026, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
28-09-2026, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN