Nazirlik tərəfindən bataqlıq ərazidə tikilmiş binanın sakinləri çətin vəziyyətə düşüb VİDEO
Cəmiyyət / Video
6 may 2025 | 20:18
Zabratda yerləşən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilib istifadəyə verilmiş doqquzmərtəbəli, 81 mənzilli binanın lifti işləmir, girişində işıqlandırma sistemi yoxdur, tullantı suları da zirzəmiyə yığılır.

Mövcud vəziyyət səbəbindən üfunətdən nəinki binanın bloklarında, hətta həyətində ayaq saxlamaq olmur.

Sakinlərin sözlərinə görə, liftin işləməməsinə səbəb zirzəmiyə axan sulardır. Çünki bu sular lifti elektrik enerjisi ilə təmin edən kabelləri zədələyib.

Sakinlər binadakı problemlərlə bağlı dəfələrlə aidiyyəti qurumlara da üz tutuduqlarını deyirlər.

Sabunçu rayonu, 73 saylı Mənzil İstismar İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, Zabrat qəsəbəsi, Ruslan Göyüşov küçəsindəki həmin yaşayış binası 2012 -ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bataqlıq ərazidə inşa edilib. İstismara verildiyi gündən binanın zirzəmisində qrunt suları mövcuddur. Bina mövcud vəziyyətdə 2014-ci ildən 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansına verilib. Problemin həlli ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə birgə ərazidən qurunt sularını kənarlaşdırmaq məqsədilə su nasosu yerləşdirilib. Hazırda da həmin nasos vasitəsilə su ərazidən kənarlaşdırılır. Liftlərin yenidən bərpası üçün də zirzəmidəki tullantı sularının səviyyəsini endirmək məqsədilə əraziyə iki nasosun gətirilməsi planlaşdırılır.

Daha ətraflı videomaterialı təqdim edirik.

Dünən, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
Dünən, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Dünən, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
Dünən, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
Dünən, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
Dünən, 13:31
Onlar vergidən 20 il azad edildilər
Dünən, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
Dünən, 12:16
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
Dünən, 11:40
Vətən müharibəsinin BİLİNMƏYƏNLƏRİ: Qəhrəmanlar 44 günün GİZLİNLƏRİNİ AÇIRLAR - VİDEO
Dünən, 10:32
Zakir Həsənov onlara müraciət etdi
Dünən, 10:30
Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI
Dünən, 10:29
Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"
Dünən, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı
Dünən, 09:30
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
29-09-2026, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
29-09-2026, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
29-09-2026, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
29-09-2026, 14:00
İran yeni silahlar hazırlayır
29-09-2026, 13:50
Qatarlarda interval azaldılacaqmı? - Problemlə bağlı RƏSMİ AÇIQLAMA
29-09-2026, 13:25
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli oldu
29-09-2026, 13:00
Bakının əsas magistral su xətti nə vaxt bərpa olunacaq?
29-09-2026, 12:30
Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi
29-09-2026, 10:37
Ölümündən bir il ötür: "Elə bir gün olmayıb ki, onunla söhbət etməyim"
29-09-2026, 10:33
Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?
29-09-2026, 10:00
Nazirlikdən 189 min nəfəri SEVİNDİRƏCƏK AÇIQLAMA
28-09-2026, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
28-09-2026, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN