Ağdaşın Qəribli kəndində sakinlər yaşamaq uğrunda mübarizə aparır: "Nəfəs ala bilmirik"
Cəmiyyət / Şikayətlər
12 may 2025 | 15:45
Ağdaş rayonunun Qəribli kəndində yerləşən və illərdir həllini tapmayan zibillik poliqonu yerli sakinləri təngə gətirib.

Zibillik ərazinin həcmi o qədər böyükdür ki, ərazidən yayılan dözülməz qoxu və zibil bütün kəndi bürüyür.

Təbii ki, həllini tapmayan antisanitar vəziyyətin davam etməsi yerli əhalinin təşvişini günbəgün daha da artırır və insanlar artıq infeksiyalara - viruslara, yoluxucu xəstəliklərə düçar olacaqlarından qorxurlar. Bu da səbəbsiz deyil, çünki ərazi sözün əsl mənasında xəstəlik mənbəyidir və sağlamlıq üçün təhlükə yaradır. Üstəlik, nəzərə alsaq ki, qarşıdan yay fəsli gəlir, vəziyyətin hansı həddə çatacağını təsəvvür etmək elə də çətin deyil.

Təsəvvür edin, bir kəndin ərazisinə daxil olursan, çox keçməmiş səni təmiz hava, yaşıllıq ərazilər, quşların həzin nəğməsi əvəzinə, zibil qoxusu, leş-cəmdək, saysız-hesabsız tullantı və qara qarğaların, itlərin, müxtəlif heyvanların vahiməli səs-küyü qarşılayır. Üstəlik, ərazidə müxtəlif növ zərərli həşəratların hücumuna məruz qalmamaq mümkün deyil. Kənddə olduğumuz müddətdə bu dözülməz vəziyyətdən əziyyət çəkməyimiz, yerli əhalinin hər gün hansı çətinliklərlə qarşılaşdığını deməyə əsas verir və heç kimdə şübhə doğurmur. Lakin əfsuslar olsun ki, yaşayış məntəqəsində ekologiya və ətraf mühitin korlanmasının özünün ən yüksək həddinə qədəm qoymasına baxmayaraq, problem aradan qaldırılmaq əvəzinə, hər keçən gün daha da artır.

Videoya baxmaq üçün linkə daxil olun

Sakinlərin sözlərinə görə, zibillik poliqonunda yayılan üfunətlə yanaşı, quduzlaşmış itlər, sürünən heyvanlar və virus daşıyıcısı olan quşlar yuva salıb:

"Həmin heyvanlar, xüsusən də quşlar yoluxduqları virusu kənd əhalisi daxil olmaqla, istənilən əraziyə yaya bilərlər. Ən pisi isə zibil qoxusundan nəfəs ala bilməməyimizdir. Sonra həmin zibilləri yandıranda, bu dəfə tüstüsü bizi birtəhər edir. Bir az külək əsən kimi isə zibillər havada uçuşur, həyət-bacaya qədər gəlib dolur", - deyə sakinlər fəryad edirlər.

Onu da qeyd edək ki, kənd camaatı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, onların şikayətlərinə baxan olmayıb. Ona görə də mövcud acınacaqlı vəziyyət hələ də aktuallığını qoruyub saxlayır.





Dünən, 13:35
Bu kənd və qəsəbələrə su çəkiləcək
Dünən, 13:07
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
Dünən, 12:40
Kəmaləddin Heydərov əmr imzaladı - FHN-də ciddi dəyişikliklər
Dünən, 12:30
Bu yol təmir etdirilir
Dünən, 12:30
Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO
Dünən, 11:38
Prezident xoş xəbəri ELAN ETDİ
Dünən, 10:28
Nazirlik 151 min nəfərin pensiyası ilə bağlı YENİ QƏRAR VERDİ
Dünən, 10:26
Leysan, sel, daşqın olacaq - Əhaliyə xəbərdarlıq
Dünən, 10:24
Hikmət Hacıyev: "Qonşularımızın daxili işlərinə qarışmırıq və ərazimizdən onlara qarşı istifadəyə yol vermərik"
Dünən, 09:53
İlham Əliyev YAP-ın VIII Qurultayında çıxış edir - Foto
1-10-2026, 13:57
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı
1-10-2026, 13:48
Vətən müharibəsinin görünməyən qəhrəmanları: Yaralı hərbçilər necə xilas edilirdilər? - Videomüsahibə
1-10-2026, 13:46
Azərbaycan millisinin Lixtenşteynə qarşı oyunu hansı kanalda yayımlanacaq?
1-10-2026, 13:44
İşğaldan azad olunan ərazilərdə yaşayanların nəzərinə: İşə qəbul elan edilir
1-10-2026, 13:42
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib - Foto
1-10-2026, 11:52
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
1-10-2026, 11:30
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində texnikalar nümayiş olunub
1-10-2026, 11:16
Prezident: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir
1-10-2026, 10:43
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
1-10-2026, 09:30
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
30-09-2026, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
30-09-2026, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30-09-2026, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
30-09-2026, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
30-09-2026, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
30-09-2026, 13:31
Onlar vergidən 20 il azad edildilər
30-09-2026, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub