Köhnə qatarlarla NƏ VAXT "sağollaşacağıq?"
Cəmiyyət
14 may 2025 | 15:50
Əvvəldən qeyd edim ki, başlıqda verilən sualın cavabı yoxdur. Amma bu yazı sərnişinləri aldatmaq üçün yazılmayıb. Keçək mətləbə.

Mayın 7-də "Bakı Metropoliteni" QSC-yə "köhnə qatarlar nə vaxt sıradan çıxarılacaq?" sorğusunu ünvanladıq. "İnformasiya əldə etmək haqqında" Qanunun 24.2-ci maddəsində qeyd olunur: "İnformasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir". Bu gün 14 maydır, sorğunun üzərindən bir həftə keçib. Metro rəsmiləri isə qış yuxusundan hələ də ayılmayıblar. Yaxud da jurnalistin sorğusunu cavablamağı özlərinə əziyyətli və lüzumsuz bir iş hesab edirlər.

Yay fəsli qapıdadır, ancaq Bakı metrosunda hələ də köhnə qatarlar fəaliyyətdədir, özü də say üstünlüyü ilə. Metropoliten sözçüsünün son açıqlamalarına istinad etsək, hər gün xəttə 40-46 qatar buraxılır, onlardan yeni qatarların sayı cəmi 23-dür. Yəni yarısı köhnə qatarlardır.

Köhnə qatarların dili olsa, bəlkə də, "bizdən əl çəkin" deyərlər. Çünki sözün əsl mənasında can verirlər. Bu yaxınlarda hərəkətdə olarkən qatardan tüstü iyinin gəldiyini müşahidə etdim. Nə yalan deyim, bir anlıq yanğın çıxacağını, ikinci metro faciəsinin olacağını düşündüm.

Metro rəsmilərinin açıqlamalarının aşağı-yuxarı mahiyyəti həmişə eynidir: "Yaxşı olacaq".

Bəs yaxşı olurmu?

Təəssüf, cənablar, yaxşı deyil, bu gedişlə də olmayacaq. Hörmətli rəsmilər, özünüzə verdiyiniz "niyə?" sualını da eşidirəm.

Cavabını deyim. Metroda sıxlıq yenə də pik həddədir, interval böyükdür, havasızlıqdan ürəyi gedənlərin sayı az deyil. Bu məqamda ortaya sual çıxır: sərnişinlər sıxlığa və havasızlığa indi dözə bilmirlərsə, yayda necə olacaq? Köhnə qatarlara kondisioner quraşdırmağın mümkün olmadığını nəzərə alsaq, bu yay da Bakı metrosunun "sauna"dan fərqlənməyəcəyini deyə bilərik.

Səbəblər isə həmişə eynidir: "Xərci çoxdur, quraşdırılması mümkün deyil, istismar müddəti bitməyib" və sair.

Son illər "Bakı Metropoliteni"ndə gediş haqqı artırıldı. Müvafiq şəxslər bu addımı xərclər və keyfiyyət dəyişikliyi ilə əlaqələndirdilər. Çox keçmədən sözügedən qurumda rəhbərlik dəyişdirildi, yeni gözləntilər formalaşdı. Lakin görünən odur ki, yeni rəhbərliyin də köhnədən fərqi olmadı. Keyfiyyət isə sözdə dəyişib, əməldə bir Allahın qulu görməyib.

İşlərdə müsbətə doğru hansısa dəyişiklik görməyəndə çoxları əlini yelləyib, "toplananların yerini dəyişəndə cəm dəyişmir" deyirlər. Amma dəyişiklik zərurətinin məntiqini də gərək o dəyişilənlər düşünsünlər axı - komponentlərin yerini və özünü niyə dəyişdilər ki? Biz niyə buradayıq? Köhnə qatarlar niyə hələ də hərəkətdədir?
Dünən, 13:35
Bu kənd və qəsəbələrə su çəkiləcək
Dünən, 13:07
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
Dünən, 12:40
Kəmaləddin Heydərov əmr imzaladı - FHN-də ciddi dəyişikliklər
Dünən, 12:30
Bu yol təmir etdirilir
Dünən, 12:30
Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO
Dünən, 11:38
Prezident xoş xəbəri ELAN ETDİ
Dünən, 10:28
Nazirlik 151 min nəfərin pensiyası ilə bağlı YENİ QƏRAR VERDİ
Dünən, 10:26
Leysan, sel, daşqın olacaq - Əhaliyə xəbərdarlıq
Dünən, 10:24
Hikmət Hacıyev: "Qonşularımızın daxili işlərinə qarışmırıq və ərazimizdən onlara qarşı istifadəyə yol vermərik"
Dünən, 09:53
İlham Əliyev YAP-ın VIII Qurultayında çıxış edir - Foto
1-10-2026, 13:57
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı
1-10-2026, 13:48
Vətən müharibəsinin görünməyən qəhrəmanları: Yaralı hərbçilər necə xilas edilirdilər? - Videomüsahibə
1-10-2026, 13:46
Azərbaycan millisinin Lixtenşteynə qarşı oyunu hansı kanalda yayımlanacaq?
1-10-2026, 13:44
İşğaldan azad olunan ərazilərdə yaşayanların nəzərinə: İşə qəbul elan edilir
1-10-2026, 13:42
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib - Foto
1-10-2026, 11:52
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
1-10-2026, 11:30
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində texnikalar nümayiş olunub
1-10-2026, 11:16
Prezident: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir
1-10-2026, 10:43
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
1-10-2026, 09:30
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
30-09-2026, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
30-09-2026, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30-09-2026, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
30-09-2026, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
30-09-2026, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
30-09-2026, 13:31
Onlar vergidən 20 il azad edildilər
30-09-2026, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub