Yollarda olan sıxlıqla bağlı sürücülərə Müraciət
Cəmiyyət
30 may 2025 | 10:40
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edib.
Bu barədə NİİM-in məlumatında bildirilib.

Qeyd edilib ki, ötən gün 8 Noyabr prospektində 3 avtomobilin iştirakı ilə baş verən qəza səbəbindən mərkəz istiqamətində müddəti 1 saat 30 dəqiqə olan nəqliyyat sıxlığı yaranıb. Buna səbəb isə qəzada iştirak edən sürücülərin avtomobillərini yolun kənarına çəkmək əvəzinə, sığorta əməkdaşlarını gözləmələri olub.

"Müşahidələr deməyə əsas verir ki, maddi zərərlə nəticələnən bu cür hadisələrə, xüsusilə də nəqliyyatın intensiv olduğu, Heydər Əliyev, Ziya Bünyadov, 8 Noyabr prospektlərində, Bakı-Sumqayıt, Aeroprt şoselərində və digər mərkəzi yollarda tez-tez rast gəlinir.

“Yol hərəkəti haqqında” Qanunda qəza baş verdiyi zaman sürücülərin hansı hallarda nəqliyyat vasitələrini yolun kənarına çəkib-çəkməmələri ilə bağlı müddəalar qeyd olunub. Əvvəlcə bildirək ki, yol-nəqliyyat hadisəsi baş verdiyi zaman sürücülər mütləq yol polisinə məlumat verməlidirlər.

“Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 4-cü bəndinin 5-cihissəsinə əsasən, əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.

Həmin maddənin 1 və 3-cü bəndlərinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir. Başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır", - məlumatda vurğulanıb.

NİİM yollarda baş verə biləcək nəqliyyat sıxlığının qarşısını almaq üçün sürücüləri qaydalara əməl etməyə və diqqətli olmağa çağırıb.
Dünən, 12:07
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dünən, 12:06
Olimpiya çempionumuzdan sürpriz addım: Hidayət Heydərov Çində fərqli çəkidə tatamiyə çıxacaq
Dünən, 11:53
Dini konfessiyaların rəhbərləri Aşura günü ilə bağlı qanvermə aksiyasında iştirak ediblər - FOTO
Dünən, 11:32
İƏT Parlamentləri İttifaqının 20-ci sessiyası yekunlaşıb: Bakı Bəyannaməsi qəbul olunub
Dünən, 10:55
Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir
Dünən, 10:37
Venesuelada güclü zəlzələ: 32 nəfərin meyiti tapıldı, 700-dən çox yaralı var - VİDEO
Dünən, 10:17
Ceyhun Bayramov polşalı həmkarı ilə Cənubi Qafqazı və Ukraynaya dəstəyi müzakirə etdi
Dünən, 10:09
Gündüz İsmayılov: "İnsanlarımız Aşuranın mahiyyətini getdikcə daha doğru dərk etməyə başlayırlar"
Dünən, 10:04
Prezident sloveniyalı həmkarını təbrik edib
Dünən, 09:14
Aşuraya görə qanvermə aksiyası başladı - ÜNVANLAR
Dünən, 09:11
Çin qadağalara baxmayaraq, Hindistan bazarına daxil olmağa çalışır
24-06-2026, 16:35
Ölkədə yaşlı əhalinin regionlar üzrə paylanması açıqlanıb
24-06-2026, 16:17
Emin Əmrullayevdən təhsil haqqı ilə bağlı qalmaqala dair YENİ AÇIQLAMA
24-06-2026, 16:06
FIFA prezidenti DÇ-2026-nı tarixin ən yaxşı mundialı adlandırdı
24-06-2026, 16:04
ABB kartlarından vəsait silinir - AÇIQLAMA - FOTO
24-06-2026, 15:39
Qiymətləndirmə fəaliyyəti ilə bağlı qanuna dəyişikliklər olacaq - Sədr ANONS VERDİ
24-06-2026, 15:21
Azərbaycanda yeni akademiya yaradılır
24-06-2026, 15:10
Fransada Ebolaya ilk yoluxma faktı qeydə alındı
24-06-2026, 14:50
İlham Əliyev Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO - VİDEO
24-06-2026, 14:09
Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı olub - FOTO
24-06-2026, 14:02
Türkiyə parlamentinin sədrindən Azərbaycan-Ermənistan sülh danışıqlarına DƏSTƏK - VİDEO
24-06-2026, 14:00
Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
24-06-2026, 13:12
Soydaşımıza ABŞ-də yüksək vəzifə verildi
24-06-2026, 12:13
Kasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı
24-06-2026, 11:43
Azərbaycanda sığorta aktivləri iki milyard manatı keçib
24-06-2026, 11:23
ADY-dən sərnişinlərə ŞAD XƏBƏR: Bilet satışının müddəti ARTIRILIR
24-06-2026, 11:04
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ