Azərbaycanda bəzi müəllimlərə 2250 manat veriləcək - SİYAHI
Cəmiyyət
7 iyl 2025 | 13:33
Elm və Təhsil Nazirliyi ümumtəhsil pilləsi üzrə dərsliklərin qrif üçün qiymətləndirilməsi işlərinə başlayıb.

Azerimedia.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, nazirlik bununla bağlı bir sıra müəllimlə müqavilələr bağlayıb.

Müqavilələrə əsasən, bir neçə dərsliyin qrif üçün qiymətləndirilməsinə ali və orta təhsil məktəblərindən cəlb olunan müəllimlərin sayı 20 nəfər müəyyənləşib.

11 müəllimə 750 manat məbləğdə vəsait ödəniləcək:

- Zərifə Akif qızı Aslanova, İrina Vasilyevna Amelina, Simayə Hafiz qızı Teymurova, Afiq Dilbazi oğlu İsmayılov, Sevil Ənvər qızı Xəmmədova, Nəzakət Vaqif qızı Əbdürrəhimova, Esmira Mahmud qızı Quliyeva, Elgün Bəxtiyar oğlu Əliyev, Samirə Nizami qızı Zeynalova, Rəsmiyə Muradəli qızı Hümbətova, Gülnarə Adil qızı Məcidova.

6 müəllimə 1500 manat məbləğdə vəsait ödəniləcək:

- Məhsəti Müseyib qızı Rəhimova, Leyla Eldəniz qızı Əkbərova, Aygün Ağabağır qızı Bağırlı, Rəhman Həkim oğlu Piriyev, Sənubər Abdulrəhim qızı Məmmədova, Gülnarə Əjdər qızı Səlimova.

3 müəllimə 2250 manat məbləğdə vəsait ödəniləcək:

- Asif Xatabala oğlu Hacıyev, Mehriban Səyavuş qızı Zeynalova, Elmira İsmayıl qızı Mehdiyeva.

Qeyd edək ki, qrif - ümumi təhsil müəssisələrində dərsliyin istifadəsi üçün Elm və Təhsil Nazirliyi tərəfindən verilən eyniləşdirmə nömrəsidir. Bu, tədris vəsaitlərinə nəşr hüququ verilməsi deməkdir. Ümumi təhsil müəssisələrində istifadə edilməsi üçün dərsliklərin təsdiqlənməsi onlara qrif verilməsi yolu ilə həyata keçirilir.

Dərsliyə qrif verilməsi ümumi təhsil müəssisəsinin müraciəti və ya nazirliyin təşəbbüsü əsasında həyata keçirilir. Qrif verilməsi üçün dərsliyin qiymətləndirilməsini həyata keçirmək məqsədilə nazirlik tərəfindən müvafiq sahədə 10 ildən artıq pedaqoji təcrübəsi və ya elmi dərəcəsi olan ən azı 3 nəfər mütəxəssis cəlb edilir. Bu mümkün olmadıqda, dərsliyin qiymətləndirilməsinə daha az sayda mütəxəssis cəlb edilə bilər.
Dünən, 13:35
Bu kənd və qəsəbələrə su çəkiləcək
Dünən, 13:07
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
Dünən, 12:40
Kəmaləddin Heydərov əmr imzaladı - FHN-də ciddi dəyişikliklər
Dünən, 12:30
Bu yol təmir etdirilir
Dünən, 12:30
Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO
Dünən, 11:38
Prezident xoş xəbəri ELAN ETDİ
Dünən, 10:28
Nazirlik 151 min nəfərin pensiyası ilə bağlı YENİ QƏRAR VERDİ
Dünən, 10:26
Leysan, sel, daşqın olacaq - Əhaliyə xəbərdarlıq
Dünən, 10:24
Hikmət Hacıyev: "Qonşularımızın daxili işlərinə qarışmırıq və ərazimizdən onlara qarşı istifadəyə yol vermərik"
Dünən, 09:53
İlham Əliyev YAP-ın VIII Qurultayında çıxış edir - Foto
1-10-2026, 13:57
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı
1-10-2026, 13:48
Vətən müharibəsinin görünməyən qəhrəmanları: Yaralı hərbçilər necə xilas edilirdilər? - Videomüsahibə
1-10-2026, 13:46
Azərbaycan millisinin Lixtenşteynə qarşı oyunu hansı kanalda yayımlanacaq?
1-10-2026, 13:44
İşğaldan azad olunan ərazilərdə yaşayanların nəzərinə: İşə qəbul elan edilir
1-10-2026, 13:42
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib - Foto
1-10-2026, 11:52
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
1-10-2026, 11:30
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində texnikalar nümayiş olunub
1-10-2026, 11:16
Prezident: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir
1-10-2026, 10:43
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
1-10-2026, 09:30
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
30-09-2026, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
30-09-2026, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30-09-2026, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
30-09-2026, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
30-09-2026, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
30-09-2026, 13:31
Onlar vergidən 20 il azad edildilər
30-09-2026, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub