Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi açılıb Yenilənib
Cəmiyyət
4 avq 2025 | 13:40
Xankəndi şəhərində Diaspor Gənclərinin VI Yay Düşərgəsinin açılış mərasimi keçirilib.

Azerimedia.az xəbər verir ki, mərasimdə Yay düşərgəsinin müxtəlif ölkələrdən gəlmiş iştirakçıları, rəsmi şəxslər və müxtəlif qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, 2023-cü ildə Azərbaycan ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatlarından sonra Xankəndi şəhəri və ətraf yaşayış məntəqələri işğaldan azad olunub.

Qeyd olunub ki, hazırda Ağdərə rayonunun Suqovuşan, Həsənriz və Talış kəndlərinə eləcə də Xocalı şəhəri və rayonun Balllca, Təzəbinə, Xanyurdu kəndlərinə keçmiş məcburi köçkünlərin bir qisminin qayıdışı təmin edilib və bu kəndlərə həyat yenidən qayıdıb. İşlər köç planına uyğun olaraq mərhələli şəkildə icra edilməkdədir.

Bildirilib ki, 2025-ci ilin köç planına əsasən, 18 yaşayış məntəqəsinə, o cümlədən Xocalı rayonunun 11 kəndinə ( Ballıca, Xanyurdu, Təzəbinə, Daşbulaq, Badara, Seyidbəyli, Xanabad, Şuşakənd, Almalı, Mehdibəyli və Çanaqçı), Ağdərə rayonunun 7 kəndinə (Həsənriz, Vəngli, Kolatağ, Çıldıran, Heyvalı, Çapar və Aşağı Oratağ) əhalinin köçü ilə bağlı təmir-bərpa işləri aparılacaq. Bu kəndlər üzrə əhalinin köçü ilə bağlı müvafiq işlərə artıq başlanıb. Nəticədə qeyd olunan kəndlər üzrə 6 min 400-ə yaxın keçmiş məcburi köçkünün məskunlaşması təmin edilib. Hazırda növbəti illər üçün bu və digər yaşayış məntəqələri üzrə köç planın tərtib olunması və bunla bağlı aidiyyətı istiqamətlərdə müvafiq işlər aparılır.

Tədbirdə çıxış edən digər natiqlər bildiriblər ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Diaspor Gənclərinin VI Yay Düşərgəsi avqustun 9-dək davam edəcək. Tədbirə dünyanın 61 ölkəsindən 128 azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən dövlətlərin gəncləri qatılıblar.

Düşərgənin proqramına uyğun olaraq, iştirakçılar Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti barədə müfəssəl məlumat alacaq, rəsmi şəxslər və diplomatlarla, müxtəlif sahələr üzrə ekspertlərlə, şəhid ailələrinin üzvləri və qazilərlə görüşəcək, Qarabağla daha yaxından tanış olacaq, Ana dili dərslərində, əyləncəli proqramlarda və intellektual oyunlarda iştirak edəcəklər.

Qeyd edək ki, bu günə kimi düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub. Düşərgələrin təşkilat komitəsinə hər il 60-dan çox ölkədən ümumilikdə 3 mindən artıq müraciət edilib. Müraciət edənlərin 700-dən çoxu yay düşərgələrinin iştirakçısı olub

10:57
Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir.

Avqustun 3-dən 9-dək davam edəcək düşərgənin iştirakçıları artıq Xankəndi şəhərindədirlər.

Qeys edək ki, tədbir Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə baş tutur.

Düşərgədə dünyanın 61 ölkəsindən 128 azərbaycanlı gənc və Azərbaycana dost münasibət bəsləyən xalqlardan olan gənclər iştirak edir. Açılış mərasimində rəsmi şəxslər, görkəmli ziyalılar, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.
Bu gün, 13:35
Bu kənd və qəsəbələrə su çəkiləcək
Bu gün, 13:07
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
Bu gün, 12:40
Kəmaləddin Heydərov əmr imzaladı - FHN-də ciddi dəyişikliklər
Bu gün, 12:30
Bu yol təmir etdirilir
Bu gün, 12:30
Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO
Bu gün, 11:38
Prezident xoş xəbəri ELAN ETDİ
Bu gün, 10:28
Nazirlik 151 min nəfərin pensiyası ilə bağlı YENİ QƏRAR VERDİ
Bu gün, 10:26
Leysan, sel, daşqın olacaq - Əhaliyə xəbərdarlıq
Bu gün, 10:24
Hikmət Hacıyev: "Qonşularımızın daxili işlərinə qarışmırıq və ərazimizdən onlara qarşı istifadəyə yol vermərik"
Bu gün, 09:53
İlham Əliyev YAP-ın VIII Qurultayında çıxış edir - Foto
Dünən, 13:57
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı
Dünən, 13:48
Vətən müharibəsinin görünməyən qəhrəmanları: Yaralı hərbçilər necə xilas edilirdilər? - Videomüsahibə
Dünən, 13:46
Azərbaycan millisinin Lixtenşteynə qarşı oyunu hansı kanalda yayımlanacaq?
Dünən, 13:44
İşğaldan azad olunan ərazilərdə yaşayanların nəzərinə: İşə qəbul elan edilir
Dünən, 13:42
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib - Foto
Dünən, 11:52
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
Dünən, 11:30
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində texnikalar nümayiş olunub
Dünən, 11:16
Prezident: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir
Dünən, 10:43
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Dünən, 09:30
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
30-09-2026, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
30-09-2026, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30-09-2026, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
30-09-2026, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
30-09-2026, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
30-09-2026, 13:31
Onlar vergidən 20 il azad edildilər
30-09-2026, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub