Mülki silahı necə əldə etmək olar?- Polisdən AÇIQLAMA
Azərbaycanda 18 yaşına çatmış hər bir vətəndaş mülki silah əldə etmək hüququna malikdir. Bu hüquq qanunla təmin edilir və şəxsin müəyyən şərtləri ödəməsi şərti ilə tətbiq olunur.
Mülki silah nədir?
Mülki silah dedikdə özünümüdafiə, ov və idman məqsədləri üçün istifadə olunan silahlar nəzərdə tutulur. Özünümüdafiə silahı yalnız hücumu dəf etmək üçün nəzərdə tutulmuş, gözyaşardıcı, qıcıqlandırıcı və ya qısa müddətə sinir-iflicedici maddələrlə təchiz edilmiş tapança (revolver), mexaniki-püskürdücü və ya aerozol qurğulu qaz silahını ifadə edir. İdman silahı - idman yarışlarında istifadə üçün nəzərdə tutulmuş odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahdır. Ov silahı isə vəhşi heyvanların və quşların ovlanması məqsədi ilə istifadə olunan yivli və ya yivsiz lüləli odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahlar deməkdir.
Bəs, mülki silahı əldə etmək üçün nə etmək lazımdır? Kimlərə mülki silah verilə bilər?
Mövzu ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, mülki silahın əldə edilməsi ilə bağlı daxil olmuş müraciətlər kütləvi xarakter daşımır:
"Qeyd edək ki, respublikamızda 21 yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ var".
Qurum rəsmisi qeyd edib ki, mülki silahı, yəni özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahı əldə etmək istəyən vətəndaş Daxili İşlər Nazirliyinə aidiyyəti üzrə müraciət etməlidir.
"Bu zaman ondan ərizə, şəxsiyyət vəsiqəsi, ruhi-əsəb xəstəlikləri, narkomanlıq və alkoqolizmə düçar olub-olmaması, habelə görmə qabiliyyəti barədə müvafiq tibb müəssisəsindən arayış, iki ədəd fotoşəkil tələb olunur. Ərizə ilə müraciət etmiş şəxslərin məhkumluğunun olub-olmaması yoxlanılır. Araşdırıldıqdan sonra həmin şəxsə müvafiq silahın verilib-verilməməsi barədə qərar qəbul olunur", - o əlavə edib
Bu gün, 16:35
Ölkədə yaşlı əhalinin regionlar üzrə paylanması açıqlanıb
Bu gün, 16:17
Emin Əmrullayevdən təhsil haqqı ilə bağlı qalmaqala dair YENİ AÇIQLAMA
Bu gün, 16:06
FIFA prezidenti DÇ-2026-nı tarixin ən yaxşı mundialı adlandırdı
Bu gün, 16:04
ABB kartlarından vəsait silinir - AÇIQLAMA - FOTO
Bu gün, 15:39
Qiymətləndirmə fəaliyyəti ilə bağlı qanuna dəyişikliklər olacaq - Sədr ANONS VERDİ
Bu gün, 15:21
Azərbaycanda yeni akademiya yaradılır
Bu gün, 15:10
Fransada Ebolaya ilk yoluxma faktı qeydə alındı
Bu gün, 14:50
İlham Əliyev Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO - VİDEO
Bu gün, 14:09
Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı olub - FOTO
Bu gün, 14:02
Türkiyə parlamentinin sədrindən Azərbaycan-Ermənistan sülh danışıqlarına DƏSTƏK - VİDEO
Bu gün, 14:00
Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
Bu gün, 13:12
Soydaşımıza ABŞ-də yüksək vəzifə verildi
Bu gün, 12:13
Kasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı
Bu gün, 11:43
Azərbaycanda sığorta aktivləri iki milyard manatı keçib
Bu gün, 11:23
ADY-dən sərnişinlərə ŞAD XƏBƏR: Bilet satışının müddəti ARTIRILIR
Bu gün, 11:04
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ
Bu gün, 11:04
Bakıda XI Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir - FOTO
Bu gün, 11:00
Azərbaycan Prezidenti: "İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik"
Bu gün, 10:47
Hörmüzlə bağlı növbəti addım: ABŞ və İran arasında qaynar xətt yaradılır?
Bu gün, 10:45
İlham Əliyev İƏTPİ Konfransının iştirakçılarına müraciət edib
Bu gün, 10:37
Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur
Bu gün, 10:28
İlham Əliyev: "İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib"
Bu gün, 10:11
Gözlənilən leysan və sel ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Bu gün, 09:39
Dünya çempionatında həlledici an: Qrup mərhələsinin sonuncu turuna start verilir
Bu gün, 09:20
Məhəmməd Baqir Qalibaf Azərbaycana gəlib - FOTO
22-06-2026, 15:24
Azərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi - FOTO
22-06-2026, 15:21
İlham Əliyevin Sərdar Berdiməhəmmədovla geniş tərkibdə görüşü olub - VİDEO
