"BakuBus"ın Gəncədə fəaliyyətə başlaması ilə bağlı hazırlıq işləri davam etdirilir
Cəmiyyət
8 avq 2025 | 14:30
İctimai nəqliyyat xidmətlərinin keyfiyyətli və təhlükəsiz təşkili istiqamətində fəaliyyət göstərən "AZCON Holding" şirkətlərindən olan "BakuBus" MMC tərəfindən Gəncə şəhərində sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə hazırlıq işləri planlı şəkildə davam etdirilir.

Hazırda Gəncə şəhərində fəaliyyət göstərəcək yeni avtobus parkı kompleksinin tikinti prosesi davam etməkdədir. Bu nəqliyyat infrastrukturu əsas inzibati bina, köməkçi inzibati bina, texniki baxış və təmir mərkəzi, avtoyuma sahəsi, yanacaq doldurma məntəqəsi, transformator məntəqəsi və qazanxana binasını əhatə edir. Müasir standartlara uyğun şəkildə inşa edilən avtobus parkının istifadəyə verilməsi Gəncə şəhərində ictimai nəqliyyatın səmərəli idarə olunmasına imkan yaradacaq.

Yeni marşrut xətlərində fəaliyyət göstərəcək sürücü heyətinin formalaşdırılması istiqamətində də seçim və hazırlıq prosesi davam etdirilir. İndiyədək 900 nəfərə yaxın sürücü vəzifəsinə müraciət daxil olub, 600-dən çox namizəd isə müsahibədə iştirak edib. Hazırda sürücü heyətinin peşəkar hazırlığı məqsədilə iki təlim qrupu fəaliyyət göstərir. Təlimlərin biri nəzəri, digəri isə praktiki mərhələdə həyata keçirilir. Bununla yanaşı, inzibati heyətin formalaşdırılması istiqamətində də zəruri tədbirlər görülür.

Gəncə şəhərində istifadəyə verilməsi planlaşdırılan "Yutong" markalı müasir və komfortlu avtobusların artıq bir hissəsi ölkəyə gətirilib. Yaxın günlərdə avtobusların Gəncə şəhərində yerləşən yeni avtobus parkına çatdırılması planlaşdırılır. Nəqliyyat vasitələrinin sentyabr ayı ərzində şəhərdaxili marşrut xətlərində istismara verilməsi nəzərdə tutulur. Beynəlxalq standartlara cavab verən texniki avadanlıqlarla təchiz edilmiş bu avtobuslar sərnişinlərə rahat və keyfiyyətli ictimai nəqliyyat xidməti təqdim edəcək.

Sərnişinlərin avtobusla gediş haqqını nağdsız ödəniş sistemi ilə etmələri nəzərdə tutulub. Bu sistem Gəncə şəhərində fəaliyyət göstərən bütün avtobuslarda tətbiq olunacaq.

Qeyd olunur ki, "BakuBus" MMC-nin Gəncə şəhərində 1, 3, 4, 5, 6, 7, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 nömrəli şəhərdaxili marşrut xətləri, G1 və G2 nömrəli şəhərətrafı marşrut xətləri üzrə fəaliyyətə başlaması nəzərdə tutulur.
Bu gün, 13:35
Bu kənd və qəsəbələrə su çəkiləcək
Bu gün, 13:07
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
Bu gün, 12:40
Kəmaləddin Heydərov əmr imzaladı - FHN-də ciddi dəyişikliklər
Bu gün, 12:30
Bu yol təmir etdirilir
Bu gün, 12:30
Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO
Bu gün, 11:38
Prezident xoş xəbəri ELAN ETDİ
Bu gün, 10:28
Nazirlik 151 min nəfərin pensiyası ilə bağlı YENİ QƏRAR VERDİ
Bu gün, 10:26
Leysan, sel, daşqın olacaq - Əhaliyə xəbərdarlıq
Bu gün, 10:24
Hikmət Hacıyev: "Qonşularımızın daxili işlərinə qarışmırıq və ərazimizdən onlara qarşı istifadəyə yol vermərik"
Bu gün, 09:53
İlham Əliyev YAP-ın VIII Qurultayında çıxış edir - Foto
Dünən, 13:57
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı
Dünən, 13:48
Vətən müharibəsinin görünməyən qəhrəmanları: Yaralı hərbçilər necə xilas edilirdilər? - Videomüsahibə
Dünən, 13:46
Azərbaycan millisinin Lixtenşteynə qarşı oyunu hansı kanalda yayımlanacaq?
Dünən, 13:44
İşğaldan azad olunan ərazilərdə yaşayanların nəzərinə: İşə qəbul elan edilir
Dünən, 13:42
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib - Foto
Dünən, 11:52
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
Dünən, 11:30
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində texnikalar nümayiş olunub
Dünən, 11:16
Prezident: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir
Dünən, 10:43
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Dünən, 09:30
Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
30-09-2026, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
30-09-2026, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30-09-2026, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
30-09-2026, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
30-09-2026, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
30-09-2026, 13:31
Onlar vergidən 20 il azad edildilər
30-09-2026, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub