Bakı metrosunda interval iki dəqiqədən də az olacaq - TARİX açıqlandı
"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC tərəfindən sentyabrın 15-dən tətbiq ediləcək payız-qış hərəkət qrafikinə əsasən, metropoliten tarixində ilk dəfə pik saatlarda qatarlar arasında interval 1 dəqiqə 45 saniyəyə endiriləcək. Bu göstərici 34 cüt/saat prinsipi (1 saat ərzində 1 stansiyadan hər iki istiqamətdə keçən qatarların sayı) əsasında əldə olunub və bununla da son bir il ərzində artıq ikinci dəfə tarixi rekord qeydə alınıb.
Azerimedia.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, cari ilin may ayında mövcud texniki imkanlar daxilində aparılmış təkmilləşmə işləri sayəsində interval pik saatlarda 1 dəqiqə 52 saniyəyə endirilmişdi. İndi isə görülmüş əlavə tədbirlər, rəqəmsallaşma sahəsində tətbiq olunmuş yeniliklər pik saatlarda qatarların hərəkətinin daha da sıxlaşdırılmasına imkan yaradıb.
Qeyd edilən texniki və rəqəmsal yeniliklər sayəsində 34 cüt qatarla hərəkət sxeminə keçid öz növbəsində sərnişindaşıma potensialını əhəmiyyətli dərəcədə artırır. Beş vaqondan ibarət bir qatarın maksimal tutumunun 1 600 nəfər olduğunu nəzərə alsaq, bu hesabla, hər iki istiqamətdə əlavə olunan qatarların daşıma gücü eyni vaxtda 6 400 sərnişinə çatır. Yeni qrafik üzrə təşkil olunmuş 34 cüt qatarın dövriyyəsi nəticəsində pik saatların ümumi müddəti ərzində, yəni təxminən 4.5 saatda 28 800 sərnişinin daşınması mümkün olacaq. İş günlərinin ümumi həcmi ilə birlikdə bu rəqəm illik hesabla 8 milyondan artıq sərnişinin daşınmasına əlavə imkan yaradacaq.
Yeni qrafikə əsasən "28 May" - "Əhmədli" sahəsində:
- İş günləri səhər (saat 07:30-09:30) və axşam (saat 17:00-19:30) pik saatlarda interval 1 dəqiqə 45 saniyə təşkil edəcək.
- Səhər saat 07:00-07:30 aralığında interval 1 dəqiqə 52 saniyə, 09:30-10:00 aralığında isə 2 dəqiqə olacaq.
- Axşam 19:30-20:00 aralığında interval 2 dəqiqəyə qədər saxlanılacaq.
Müvafiq normativ və təhlükəsizlik standartları nəzərə alınmaqla son bir ay ərzində aparılan sınaqlar uğurla başa çatdırılıb.
Pik saatlarda intervalda edilmiş bu dəyişiklik sərnişinlərin rahat və təhlükəsiz hərəkətinin təminatı istiqamətində mühüm nəticə olmaqla yanaşı, sentyabrın 15-dən proqnozlaşdırılan sərnişin tələbatının qarşılanması baxımından da əlavə imkanlar yaradır.
Bakı metropoliteni bundan sonra da sərnişindaşımada xidmət keyfiyyətinin yüksəldilməsi, sərnişinlərin daha çevik və rahat hərəkətinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirəcək.

Bu gün, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
Bu gün, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu gün, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
Bu gün, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
Bu gün, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
Bu gün, 13:31
Onlar vergidən 20 il azad edildilər
Bu gün, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
Bu gün, 12:16
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
Bu gün, 11:40
Vətən müharibəsinin BİLİNMƏYƏNLƏRİ: Qəhrəmanlar 44 günün GİZLİNLƏRİNİ AÇIRLAR - VİDEO
Bu gün, 10:32
Zakir Həsənov onlara müraciət etdi
Bu gün, 10:30
Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI
Bu gün, 10:29
Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"
Bu gün, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı
Bu gün, 09:30
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
Dünən, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
Dünən, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
Dünən, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
Dünən, 14:00
İran yeni silahlar hazırlayır
Dünən, 13:50
Qatarlarda interval azaldılacaqmı? - Problemlə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:25
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli oldu
Dünən, 13:00
Bakının əsas magistral su xətti nə vaxt bərpa olunacaq?
Dünən, 12:30
Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi
Dünən, 10:37
Ölümündən bir il ötür: "Elə bir gün olmayıb ki, onunla söhbət etməyim"
Dünən, 10:33
Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?
Dünən, 10:00
Nazirlikdən 189 min nəfəri SEVİNDİRƏCƏK AÇIQLAMA
28-09-2026, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
28-09-2026, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN