Ağzıköpüklü heyvanlar, natəmizlik, satıcı narazılığı - Mal bazarından REPORTAJ
Ölkədə heyvanlar arasında virus və infeksiya xəstəlikləri yayılıb. Əsasən dabaq xəstəliyinə yoluxma sayında artım müşahidə edilir.
Oxu.Az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bununla bağlı heyvan satışı bazarlarında monitorinqlərə başlayıb. Monitorinqlər zamanı məlum olub ki, heyvan satış bazarlarında təhlükəsizlik tədbirləri görülməyib, dezinfeksiya işləri aparılmayıb. Bu da heyvanların yoluxmasına şərait yaradır. Bu məqsədlə AQTA oktyabrın 25-dən etibarən heyvan satışı bazarlarının fəaliyyətini dayandıracaq.
Məsələ ilə bağlı Bakıdakı heyvan satış bazarına baş çəkdik. Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində fəaliyyət göstərən, Bakının ən böyük mal-qara satışı bazarlarından olan obyektdə müşahidə apardıq. Müşahidə zamanı məlum oldu ki, həqiqətən də bazarda heyvanların virusa yoluxmadan qorunması üçün heç bir tədbir görülməyib. Bazarda heyvanlar arasında arakəsmələr quraşdırılmayıb, ayrı-ayrı təsərrüfatlardan gətirilən mal-qara eyni yerə toplanır.
Bununla yanaşı, bazarda natəmizlik də hökm sürür.
Bazarda müşahidələrimiz zamanı ona yaxın dabaq xəstəliyinə yoluxmuş, ağzıköpüklü heyvanın satışa çıxarıldığının şahidi olduq.
Müşahidələrimiz zamanı alıcı və satıcılar da hadisədən narahat olduqlarını dedilər. Satıcılar bildirdilər ki, artıq iki aydan çoxdur ki, ölkə ərazisində heyvanlar arasında bu xəstəlik sürətlə yayılır. Nəticədə təsərrüfatlara ciddi ziyan dəyir, bazarlarda alıcılıq qabiliyyəti azalır.
Satıcılar bildirirlər ki, xəstəliyin qarşısını almaq üçün istifadə etdikləri dərman preparatları da olduqca keyfiyyətsizdir:
"Əvvəllər heyvan dabaq xəstəliyinə yoluxurdu, müalicə edirdik, bir həftəyə sağalırdı. İndi xəstəliyə yoluxan heyvanları nə qədər müalicə edirik, sağalmır. Avqust ayından bu xəstəlik sürətlə yayılır. Nə dərmanın təsiri var, nə də müalicənin. Əvvəllər "Penbeks", "Butalex" dərmanları var idi, onunla müalicə edirdik, sağalırdı. İndi o keyfiyyətdə dərmanlardan heç biri yoxdur. Apteklərdə bir dənə keyfiyyətli dərman, vitamin yoxdur".
Satıcılar aidiyyəti dövlət qurumundan da şikayətçidir: "Neçə aydır heyvanlar arasında xəstəlik yayılıb. Kənd Təsərrüfatı Nazirliyindən heç kim bazara gəlib maraqlanmır, təsərrüfatlara baş çəkmir. Dövlət dərmanlar və müalicə üçün, dezinfeksiya tədbirlərinə vəsaitlər ayırır. Amma nazirlik işçilərindən heç kim nə bazara gəlir, nə də fermerlərlə maraqlanır. Nə dərman, nə də baytar var! Azərbaycanı gəzsən, barmaqla sayılacaq qədər sovet dönəmindən qalmış yaşlı baytar var. Bir nəfər də olsun gənc kadr yoxdur".
Satıcılar xəstəliyin qarşısının alınması üçün bazarların bağlanması tədbirini qənaətbəxş adlandırırlar:
"Bir müddət bağlansın, hərə öz malını həyətində müalicə edib sağaltsın. Əks təqdirdə bunun qarşısını almaq mümkün olmayacaq".

Bu gün, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
Bu gün, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu gün, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
Bu gün, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
Bu gün, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
Bu gün, 13:31
Onlar vergidən 20 il azad edildilər
Bu gün, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
Bu gün, 12:16
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
Bu gün, 11:40
Vətən müharibəsinin BİLİNMƏYƏNLƏRİ: Qəhrəmanlar 44 günün GİZLİNLƏRİNİ AÇIRLAR - VİDEO
Bu gün, 10:32
Zakir Həsənov onlara müraciət etdi
Bu gün, 10:30
Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI
Bu gün, 10:29
Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"
Bu gün, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı
Bu gün, 09:30
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
Dünən, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
Dünən, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
Dünən, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
Dünən, 14:00
İran yeni silahlar hazırlayır
Dünən, 13:50
Qatarlarda interval azaldılacaqmı? - Problemlə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:25
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli oldu
Dünən, 13:00
Bakının əsas magistral su xətti nə vaxt bərpa olunacaq?
Dünən, 12:30
Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi
Dünən, 10:37
Ölümündən bir il ötür: "Elə bir gün olmayıb ki, onunla söhbət etməyim"
Dünən, 10:33
Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?
Dünən, 10:00
Nazirlikdən 189 min nəfəri SEVİNDİRƏCƏK AÇIQLAMA
28-09-2026, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
28-09-2026, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN