Ətin qiyməti sabitləşir: Gürcüstandan idxalın açılması nə vəd edir?
Cəmiyyət
31 dek 2025 | 12:00
Gürcüstandan diri heyvan idxalı və tranzitinə qoyulan qadağanın ləğvi ət bazarında təklifi artıracaq. Ekspertlər bu addımın qiymətlərin sabit qalmasına kömək edəcəyini bildirirlər. Bununla yanaşı, uzunmüddətli sabitlik üçün yerli istehsalın artırılmasının vacibliyi də vurğulanır.

Azerimedia.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların Azərbaycan ərazisindən tranzit daşınmasına və diri heyvan idxalına tətbiq olunan məhdudiyyətləri dekabrın 10-dan etibarən ləğv edib. Qərara əsasən, ölkə ərazisində heyvan bazarlarının fəaliyyəti də bərpa olunub. Bəs bu qərar yerli ət bazarına necə təsir edəcək?



"Bazarlarda ət kifayət qədər bahalaşıb"

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamovun sözlərinə görə, Gürcüstandan ət idxalına tətbiq olunmuş qadağanın ləğv olunması bazara az da olsa təsirini göstərəcək:

"Qadağa dabaq xəstəliyinin yayılması ilə bağlı tətbiq olunmuşdu. Bununla əlaqədar heyvan bazarlarına da müəyyən məhdudiyyətlər qoyulmuşdu. İndi isə xəstəlik səngidiyindən qadağalar aradan qaldırılır və heyvan bazarlarının sərbəst fəaliyyətinə icazə verilir. Yəni həm bazarlarda məhdudiyyətlərin olmaması, həm də idxalın həyata keçirilməsi ət bazarında təklifləri çoxaldacaq. Ətin idxalına və satışına məhdudiyyətlərin aradan qalxması bazarda müəyyən qədər bolluq yaratmalıdır. Ona görə deyə bilərik ki, idxala tətbiq olunmuş məhdudiyyətin aradan qalxması, ən azından bazarlarda ətin qiymətini sabit saxlayacaqdır".

Yerli istehsal tələbatı ödəyə bilmir

A.Badamov bildirib ki, yerli istehsal ölkədə ətə olan tələbatı ödəyə bilmir:

"İdxala tətbiq olunmuş məhdudiyyətin aradan qalxması yerli istehsalçılara da təsir göstərməyəcək. Ət bazarını sabit saxlamaq üçün mütləq şəkildə idxal olmalıdır. Yerli istehsalçılar üçün isə ət istehsalı kifayət qədər rentabelli sahədir. Amma çox təəssüf olsun ki, çox hallarda kəndlilər ağır təsərrüfat işlərindən qaçırlar. O cümlədən mal-qaranı saxlamaq da istəmirlər. Əgər kəndlilər həmişə olduğu kimi heyvandarlığa üstünlük verərlərsə, həm daxili bazarı təmin edər, həm də kifayət qədər gəlir əldə edə bilərlər. Dövlətin müvafiq orqanları bazarlarda təklif və tələbi öyrənirlər. Təbii ki, təklif tələbdən artıq olacağı təqdirdə idxalın nizamlanması istiqamətində müvafiq addımlar atılacaq".


Örüş sahələri mütləqdir"

Deputat yerli istehsalı necə artırmalı olduğumuzdan da bəhs edbi:

"Ölkədə hər il ətin istehsalının azaldığına diqqət yetirsək, deyə bilərik ki, idxal davamlı olmalıdır. İdxalın daha da artırılmasına ehtiyac var. Bazar rəqabətli olmalıdır. Rəqabətin formalaşması üçün isə təklif tələbi üstələməlidir. Belə olan halda bazar sabit qalar və ya da qiymətlərin dinamikası aşağıya doğru istiqamətlənər. Qiymətlərin sabitləşməsi üçün ilk növbədə yerli istehsal artmalıdır. Bu sahənin inkişaf etdirilməsi üçün örüş sahələri mütləqdir. Amma təəssüf ki, son illər örüş sahələrinin təyinatları dəyişdirilir. Bu da mal-qaranın saxlanması və yem bazasının formalaşdırılması ilə bağlı çətinliklər yaradır. Təbii ki, heyvandarlığın inkişaf etdirilməsinə şəraitin yaranması fermerləri stimullaşdıracaq".



Yerli yem istehsalını artıra bilsək..."

İqtisadçı Eyyub Kərimli də düşünür ki, hazırda dabaq xəstəliyi ilə əlaqədar yerli heyvan kəsimi məhdudlaşdırılıb. O səbəbdən ət istehsalında azalma müşahidə edilir. Lakin ətə olan tələb yüksəkdir:

"İdxal daha çox qiymətlərin sabitləşməsinə öz töhfəsini verəcək. Bu baxımdan, Gürcüstandan idxal olunan iri və xırdabuynuzlu heyvanlar qiymətlərin sabit saxlanmasına müsbət təsir göstərəcək. Bu, çox doğru addımdır. İdxalın həcmi artarsa, hətta qiymətlərin ucuzlaşmasını da görə bilərik. Bu, idxalın həcmindən asılıdır".

E.Kərimli bildirib ki, sahibkarları təşviq etməliyik:

"Qiymətlərin enməsi üçün ilk növbədə yerli istehsalı artırmalıyıq. Bunun üçün də örüş yerlərini böyütməliyik. Fermerlər üçün yeni imkanlar da yaradılmalıdır. Xüsusən də yem sahəsi çox vacibdir. Çünki yemi də xaricdən idxal edirik. Yerli yem istehsalını artıra bilsək, bu, bazarda ətin qiymətinin aşağı düşməsinə öz təsirini göstərəcək".



"Ehtiyatlar formalaşdırmaq lazımdır"

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, qiymətlərin stabilləşməsi bir az mürəkkəb məsələdir. Bu istiqamətdə fundamental problem aqrar sektorun qeyri-məhsuldarlığıdır:

"Bu da intensiv təsərrüfatlara keçidlə bağlıdır. Ailə təsərrüfatları istehsalatda 95 faiz paya malikdir. Ailə təsərrüfatlarında isə istehsalat qeyri-səmərəli təşkil olunur. Texnologiya tətbiq olunmur, aqrotexniki qaydalara əməl edilmir. Orta və uzunmüddətli dövrdə nəticə əldə etmək üçün kənd təsərrüfatı real inkişaf etməlidir. O səbəbdən də mövcud model tamamilə dəyişdirilməlidir. Daha çox məhsuldarlığa, elmi-texnoloji yeniliklərə əsaslanan, müasir suvarma üsullarını özündə ehtiva edən, iqlim dəyişikliklərinə dözümlü kənd təsərrüfatı siyasəti formalaşdırmalıyıq".

R.Həsənovun fikrincə, qısamüddətli dövrdə hökumətin atacağı addım ehtiyatlar formalaşdırmaq ola bilər:

"Məsələn, dabaq xəstəliyi kimi problemlər ortaya çıxdıqda bazara öz neqativ təsirini göstərməməsi üçün bu addım atılmalıdır. Problem baş verdikdə bu ehtiyatlardan istifadə edərək bazardakı vəziyyətin, dalğalanmaların qarşısını almaq, yaxud təklif qıtlığını aradan qaldırmaq məqsədilə istifadə edilməlidir. Bazarda bolluq yarandıqda yenidən ehtiyatlar bərpa olunmalıdır. Əgər yerli istehsal tələbatı ödəmirsə, xarici bazarlardan idxal etmək lazımdır. İdxalı da təşviq etmək üçün addımlar atılmalıdır. Subsidiya proqramlarının tətbiqi, logistika dəstəyinin verilməsi də mümkündür".
Dünən, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
Dünən, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Dünən, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
Dünən, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
Dünən, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
Dünən, 13:31
Onlar vergidən 20 il azad edildilər
Dünən, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
Dünən, 12:16
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
Dünən, 11:40
Vətən müharibəsinin BİLİNMƏYƏNLƏRİ: Qəhrəmanlar 44 günün GİZLİNLƏRİNİ AÇIRLAR - VİDEO
Dünən, 10:32
Zakir Həsənov onlara müraciət etdi
Dünən, 10:30
Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI
Dünən, 10:29
Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"
Dünən, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı
Dünən, 09:30
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
29-09-2026, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
29-09-2026, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
29-09-2026, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
29-09-2026, 14:00
İran yeni silahlar hazırlayır
29-09-2026, 13:50
Qatarlarda interval azaldılacaqmı? - Problemlə bağlı RƏSMİ AÇIQLAMA
29-09-2026, 13:25
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli oldu
29-09-2026, 13:00
Bakının əsas magistral su xətti nə vaxt bərpa olunacaq?
29-09-2026, 12:30
Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi
29-09-2026, 10:37
Ölümündən bir il ötür: "Elə bir gün olmayıb ki, onunla söhbət etməyim"
29-09-2026, 10:33
Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?
29-09-2026, 10:00
Nazirlikdən 189 min nəfəri SEVİNDİRƏCƏK AÇIQLAMA
28-09-2026, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
28-09-2026, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN