Şəhid polkovnik Babək Səmidlinin doğum günüdür
Cəmiyyət
7 yan 2026 | 11:13
Yanvarın 7-də Vətən müharibəsinin iştirakçısı, şəhid polkovnik Babək Səmidlinin doğum günüdür.

Azerimedia.Az xatırladır ki, Babək Mətləb oğlu Səmidli 1974-cü ildə Göyçay şəhərində anadan olub. 1993-cü ildə Ankarada Quru Qoşunları Məktəbinə daxil olub və 1997-ci ildə həmin məktəbin məzunu olub. O, 1997-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib.

Babək Səmidli 2016-cı ilin aprel döyüşlərində də iştirak edib. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Babək Səmidli 1-ci Ordu Korpusunun Əməliyyat bölməsinin rəisi olub. Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunub.

Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Sərəncamına əsasən, Babək Səmidli "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Azərbaycan Ordusunun polkovniki və 1-ci Ordu Korpusunun komandir müavini olan Babək Səmidli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında qalan ərazilərin azad olunmasında də iştirak edib. Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və döyüşü idarə edənlərdən biri olub. Onun rəhbərliyi altında Suqovuşan qəsəbəsi qısa müddət ərzində işğaldan azad edilib.

O, 2020-ci il noyabrın 23-də minaya düşərək şəhidlik zirvəsinə ucalıb. Babək Səmidli noyabrın 24-də Göyçay şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhidimizin Vətənə əmanət iki oğul övladı yadigar qalıb.

Şəhid Babək Səmidliyə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, polkovnik Babək Səmidli ölümündən sonra "Zəfər" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Dünən, 17:10
İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR
Dünən, 16:30
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Dünən, 15:40
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO/VİDEO
Dünən, 15:30
Azərbaycan Türkiyədən yeni təyyarələr alacaq - FOTO
Dünən, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
Dünən, 13:31
Onlar vergidən 20 il azad edildilər
Dünən, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
Dünən, 12:16
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
Dünən, 11:40
Vətən müharibəsinin BİLİNMƏYƏNLƏRİ: Qəhrəmanlar 44 günün GİZLİNLƏRİNİ AÇIRLAR - VİDEO
Dünən, 10:32
Zakir Həsənov onlara müraciət etdi
Dünən, 10:30
Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI
Dünən, 10:29
Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"
Dünən, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı
Dünən, 09:30
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
29-09-2026, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
29-09-2026, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
29-09-2026, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
29-09-2026, 14:00
İran yeni silahlar hazırlayır
29-09-2026, 13:50
Qatarlarda interval azaldılacaqmı? - Problemlə bağlı RƏSMİ AÇIQLAMA
29-09-2026, 13:25
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli oldu
29-09-2026, 13:00
Bakının əsas magistral su xətti nə vaxt bərpa olunacaq?
29-09-2026, 12:30
Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi
29-09-2026, 10:37
Ölümündən bir il ötür: "Elə bir gün olmayıb ki, onunla söhbət etməyim"
29-09-2026, 10:33
Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?
29-09-2026, 10:00
Nazirlikdən 189 min nəfəri SEVİNDİRƏCƏK AÇIQLAMA
28-09-2026, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
28-09-2026, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN