Şəxsi yazışmalar və "WhatsApp" izlənməsi ilə bağlı Ali Məhkəmədən YENİ QƏRAR
Cəmiyyət
18 fev 2026 | 15:30
Ali Məhkəmə "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" Plenum qərarında şəxsi yazışmaların toxunulmazlığı ilə bağlı məsələlərə dair yeni xüsusi mövqelər sərgiləyib.

Azerimedia.Az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Plenum qərarında qeyd edilir ki, bu hüquq hər kəsin yazışma, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatların sirrini qorumağa təminat verir. Şəxsin razılığı olmadan onun şəxsi yazışmalarının qanunazid əldə olunması, istifadəsi və ya yayılması şəxsi toxunulmazlıq hüququnun pozuntusu hesab olunur.

Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.

O da qeyd edilməlidir ki, hüquqi mübahisələrin həlli ilə bağlı həmin mübahisənin tərəfləri yalnız öz aralarında olan yazışmaları məhkəməyə və ya mübahisəni həll edən digər səlahiyyətli quruma (mediasiya, arbitraj və s.) sübut qismində təqdim edə bilərlər. Həmin tərəflər digər şəxslərlə olan yazışmaları öz hüquqi mübahisələrinin həllində sübut kimi təqdim edə bilməzlər.

Xüsusi olaraq qeyd edilməlidir ki, istənilən yazışmanın media və ya internet şəbəkələrində qarşı tərəfin razılığı olmadan paylaşılması və ya hər hansı digər formada yayılması qadağandır, bu hal şəxsiyyət hüquqlarına qanunsuz müdaxilə olmaqla mənəvi zərərin yaranma əsası hesab edilir.

Plenum qərarında həm də göstərilir ki, şəxsin "WhatsApp" yazışmalarının onun xəbəri olmadan müxtəlif vasitələrdən istifadə edilməklə izlənilməsi qadağandır. Yalnız valideyn yetkinlik yaşına çatmayan və tam fəaliyyət qabiliyyətli olmayan uşağının telefonuna onun razılığı olmadan baxa bilər.
Bu gün, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
Bu gün, 13:31
Onlar vergidən 20 il azad edildilər
Bu gün, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
Bu gün, 12:16
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
Bu gün, 11:40
Vətən müharibəsinin BİLİNMƏYƏNLƏRİ: Qəhrəmanlar 44 günün GİZLİNLƏRİNİ AÇIRLAR - VİDEO
Bu gün, 10:32
Zakir Həsənov onlara müraciət etdi
Bu gün, 10:30
Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI
Bu gün, 10:29
Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"
Bu gün, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı
Bu gün, 09:30
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
Dünən, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
Dünən, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
Dünən, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
Dünən, 14:00
İran yeni silahlar hazırlayır
Dünən, 13:50
Qatarlarda interval azaldılacaqmı? - Problemlə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:25
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli oldu
Dünən, 13:00
Bakının əsas magistral su xətti nə vaxt bərpa olunacaq?
Dünən, 12:30
Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi
Dünən, 10:37
Ölümündən bir il ötür: "Elə bir gün olmayıb ki, onunla söhbət etməyim"
Dünən, 10:33
Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?
Dünən, 10:00
Nazirlikdən 189 min nəfəri SEVİNDİRƏCƏK AÇIQLAMA
28-09-2026, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
28-09-2026, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN
28-09-2026, 16:52
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB
28-09-2026, 14:59
Səhiyyə nazirinə yeni müavin təyin olundu
28-09-2026, 14:20
Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd edilib
28-09-2026, 14:17
Hindistanda daşqınlar: Çox sayda insan həlak olub