"Şamaxinka"da və 20 Yanvar küçəsində hərəkət qaydaları DƏYİŞDİ
Cəmiyyət
20 fev 2026 | 11:45
Bakıda "Şamaxinka" adlanan ərazidə yol hərəkətinin təşkilində dəyişikliklərin tətbiqinə başlanılıb.

Azerimedia.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Diqqətə çatdırılıb ki, indiyədək 20 Yanvar küçəsinin ikitərəfli fəaliyyət göstərən yol sahəsi artıq birtərəfli hərəkət rejiminə keçirilib. Bu yolun paralel hissəsində əks istiqamətdə hərəkət etmək mümkündür.

Qeyd edilib ki, bununla həmin küçənin buraxıcılıq qabiliyyəti artırılıb. Ərazidə işlər davam edir.

"Şamaxinka" adlanan yol sahəsi həmçinin artıq svetoforla tənzimlənir.

Bu barədə isə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qurumdan Oxu.az-a bildirilib ki, hərəkətin təşkilində edilən dəyişikliklərlə əlaqədar DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən ərazidə ümumilikdə 13 svetofor dirəyi üzərində nəqliyyat və piyada bölmələri quraşdırılaraq yol hərəkəti iştirakçılarının istifadəsinə verilib.

İstifadəyə verilən yeni nəqliyyat və piyada svetoforları Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, həmçinin bu kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə yerində hərəkət növbəliliyini tənzimləyir.
Dünən, 15:43
Azərbaycanda əhalinin gəlirləri artıb
Dünən, 15:42
FIFA-da qiyam: Üç böyük konfederasiya Canni İnfantinoya qarşı birləşdi
Dünən, 14:39
Ukraynanın Tatarıstana hücumu:12 ölü, 39 yaralı
Dünən, 13:44
Daha iki ölkədəki səfirlərimiz geri çağırıldı - SƏRƏNCAM
Dünən, 13:41
Xameneinin kürəkəni Xərrazidən Tehranı silkələyən ÇAĞIRIŞ
Dünən, 13:40
Azərbaycanla Ukrayna arasında bu Saziş təsdiq edildi
Dünən, 13:33
Şair Çingiz Əlioğlu dəfn olunub
Dünən, 11:30
Bakıda çimərlikdən meyit tapıldı
Dünən, 11:06
Litvanın yeni baş naziri Azərbaycan Prezidentinə zəng etdi
Dünən, 11:00
İlham Əliyev Məsud Pezeşkiana təşəkkür etdi - FOTO
7-08-2026, 17:03
Nazirlik 606 mənzilin təmirinə üç milyon manatdan çox vəsait xərcləyəcək
7-08-2026, 16:08
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlandı
7-08-2026, 16:06
Ədliyyə naziri Lerik rayonunda vətəndaşları qəbul edib - FOTO
7-08-2026, 15:10
Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik etdi
7-08-2026, 13:59
İlham Əliyevdən iki diplomatla bağlı SƏRƏNCAMLAR
7-08-2026, 13:30
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı - YENİ TƏYİNAT
7-08-2026, 13:20
Azərbaycan Malayziyaya yeni səfir təyin edib
7-08-2026, 13:01
Prezident Tacikistanla imzalanmış sazişi TƏSDİQLƏDİ
7-08-2026, 12:40
Media və Yayım Şurasının strukturu təsdiqlənib
7-08-2026, 11:49
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə PUA hücumu - VİDEO
7-08-2026, 11:45
KİV: Anomal istilər Avropa iqtisadiyyatına 800 milyard avro ziyan vura bilər
7-08-2026, 10:41
Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır
7-08-2026, 10:12
Ötən ay 13 stomatoloq məsuliyyətə cəlb edilib
7-08-2026, 10:07
Avropada istilər can almaqda davam edir: Ölənlərin sayı 25 mini keçdi
7-08-2026, 09:43
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda və daş kömür göndəriləcək
7-08-2026, 09:34
Mənzillərində istilik sistemi ilə bağlı təmir işləri aparanlara XƏBƏRDARLIQ
6-08-2026, 10:55
Bakıdan Tbilisiyə qatar bileti almaq istəyənlərə ŞAD XƏBƏR