Azərbaycandakı dini konfessiyalar Xocalı soyqırımının ildönümü ilə əlaqədar birgə bəyanat yayıblar
Cəmiyyət
25 fev 2026 | 13:14
Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar birgə bəyanat yayıblar.

Azerimedia.Az xəbər verir ki, bəyanat Qafqaz Müsəlmanları İdarəsində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar keçirilən tədbirdə səsləndirilib.

Bəyanatı təqdim edirik: "Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı dinc mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlərin ən dəhşətlisidir. Bu qətliamdan bir neçə gün əvvəl - 1992-ci ilin fevralın 17-də Ermənistan silahlı birləşmələri Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində yerli azərbaycanlı əhalini kütləvi qırğına məruz qoymuş və öz cinayətlərini misli görünməmiş qəddarlıqla davam etdirərək, fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə Xocalı şəhərində soyqırımı törətmişlər. Ağır hərbi texnikanın tətbiqi ilə davam edən qırğınlar nəticəsində Xocalı şəhəri tamamilə dağıdılaraq yerlə-yeksan edilib, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 nəfər azərbaycanlı öz milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib. Ağlasığmaz qəddarlıqla 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Qəddar ekstremistlər insanların başlarının dərisini soyub, müxtəlif əzalarını kəsib, körpə uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarınlarını yarıb, insanları diri-diri torpağa basdırıb və ya yandırıb, meyitlərin üzərində vəhşi həqarətlər ediblər. Sağ qalanlar içərisində 487 dinc sakin ağır yaralar nəticəsində əlil olub. Girov götürülən 1 275 nəfər vətəndaşdan 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil.

Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi əsassız ərazi iddiaları və təcavüzkar siyasəti nəticəsində Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın işğal altında saxlanılıb, Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti, fiziki və mənəvi terror həyata keçirilib, bir milyondan artıq insan Ermənistandakı və Azərbaycanın Qarabağ bölgəsindəki öz ata-baba torpaqlarından qovularaq qaçqın və məcburi köçkün məşəqqətini yaşamağa vadar edilib, onların insan hüquqları kobud şəkildə pozulub, yüzlərlə şəhər və kənd, Azərbaycan xalqının qədim və zəngin mədəni irsi dağıdılaraq talan edilib.

Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan müqəddəs Vətən müharibəsində Azərbaycan beynəlxalq hüququn normalarına, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq əzəli torpaqlarını 30 illik işğaldan qurtardı, dünya birliyi tərəfindən tanınan sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. 2023-cü ilin sentyabrında antiterror əməliyyatı nəticəsində separatçı rejimə son qoyuldu, Azərbaycanın suverenliyi tam bərpa olundu.

Dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyirik ki, Ermənistan işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasəti ilə yanaşı, həm də 30 illik işğal zamanı Azərbaycanın dini-mədəni və tarixi irsinə qarşı hərbi cinayətlər və vandalizm aktları həyata keçirib. Həmin ərazilərdə yerləşən məscidlər və digər dini məbədlər, qəbiristanlıqlar erməni vandalizminə məruz qalıb, rus pravoslav və qədim Alban xristian kilsələrinin mənşəyinin dəyişdirilməsi siyasəti həyata keçirilib. Erməni ekstremistləri tərəfindən bölgədə işğaldan əvvəl rəsmi qeydiyyatda olmuş 67 məsciddən 65-i tamamilə dağıdılıb, məscidlər tövləyə çevrilib, orada İslamda haram buyurulan heyvanları saxlayaraq bütün İslam aləminin heysiyyətini açıq-aşkar təhqir ediblər. İşğaldan azad edilmiş ərazilərimizə müşahidəçi missiyası ilə gələn xarici qonaqlar bu yerləri "Qafqazın Xirosiması", "ruhlar şəhəri" adlandırırlar. İşğalçılar Azərbaycan torpaqlarını tərk edərkən həmin ərazilərdə "yandırılmış torpaq" siyasəti tətbiq edib, yüz minlərlə mina yerləşdiriblər. Müharibədən sonra erməni dini liderləri revanşist bəyanatlarla öz xalqını region üçün son dərəcə zəruri olan sülhə deyil, yeni müharibəyə çağırırlar. Ermənistanla Azərbaycan arasında sülh prosesində müsbət dinamika artdığı zamanda erməni kilsəsinin başçıları beynəlxalq qurumlara və dini təşkilatlara müraciət edərək işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın guya xristian abidələrini məhv etməsi barədə yalançı və böhtan xarakterli dezinformasiyalar yayır, Qarabağda Ermənistanın törətdiyi vandalizmdən diqqəti yayındırmaq məqsədilə əsl həqiqətləri pərdələməyə çalışırlar.

Biz uzun illər ərzində bütün tərəqqipərvər ictimaiyyətə müraciət edərək Xocalı soyqırımına biganə qalmamağa və bu dəhşətli faciəni törədənlərin mühakimə olunması üçün öz səslərini ucaltmağa çağırmışıq. Beynəlxalq təcrübə göstərir ki, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi əksər hallarda ayrı-ayrı dövlətlərin imkanlarını aşan mürəkkəb hüquqi və siyasi prosesdir. Qarabağ Zəfərinin ardınca Qarabağda erməni separatçı rejim rəhbərləri, əli Azərbaycan xalqının qanına bulaşmış terrorçular, o cümlədən Xocalı qatilləri Azərbaycan məhkəməsi və Azərbaycan xalqı qarşısında cavab verir, layiq olduqları cəzaya məhkum olunurlar. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılması, Xocalı cinayətkarlarının layiqli cəza almaları Azərbaycan xalqının haqlı tələbidir. İnsanlıq əleyhinə müharibə cinayətləri törətmiş şəxslərin mühakiməsi ümumbəşəri ədalətin təntənəsidir və beynəlxalq ictimaiyyət bu prosesə dəstək nümayiş etdirməlidir.
Xocalı faciəsinin 34-cü ildönümündə faciənin günahsız qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Bu gün Xocalı şəhəri yenidən inşa olunur, mənəvi abidələrimiz yenidən qurulur, Xocalı sakinləri öz doğma yurdlarına qayıdırlar. Lakin Xatın, Gernika, Sonqmi və buna bənzər insanlıq faciələrinin günahsız qurbanları kimi Xocalı qurbanlarının da ah-naləsi qəlblərimizdən silinmir, günahsız uşaq, qadın, qocaların qırılmış taleləri unudulmur. Dünya bir daha belə faciələri yaşamasın deyə bu faciələr unudulmamalı, beynəlxalq səviyyədə qınanılmalı və günahkarlar layiqli şəkildə cəzalandırılmalıdırlar.

Azərbaycan hazırda bölgənin, o cümlədən Ermənistanın da rifahına xidmət edə biləcək iqtisadi layihələrlə çıxış edir. Azərbaycan və Ermənistan rəhbərliklərinin sülh istiqamətində real addımlar atdıqları bir zamanda dünya ictimaiyyəti Ermənistanın bəzi siyasi və dini dairələrinin erməni xalqını yeni müharibələrə, nifrətə, işğalçılığa, separatçılığa səsləyən bəyanatlarına, irqçi çağırışlarına göz yummamalıdır.

Azərbaycandakı dini konfessiyalar regionumuzda hər hansı hərbi aqressiyaya, müharibə və nifrət çağırışlarına, dini və etnik dözümsüzlüyə, revanşizm meyillərinə son qoyulmasına, dövlətlər və xalqlar arasında mehriban qonşuluğun, sülhün və əmin-amanlığın bərqərar edilməsinə tərəfdar olduğunu bəyan edirlər. Biz bir daha dünya dini liderlərini, beynəlxalq təşkilatları, parlamentləri və dünya ictimaiyyətini bu uca məqsədlər naminə birgə səylər göstərməyə dəvət edirik.

Qoy Uca Yaradan hamımıza savab əməllərdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!

Şeyxülislam Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri

Aleksiy

Rus Pravoslav Kilsəsinin

Bakı və Azərbaycan yepiskopu

Milix Yevdayev

Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri

Aleksandr Şarovski

Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri

Robert Mobili

Alban-udi Xristian Dini İcmasının sədri

Zamir İsayev

Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri".
Bu gün, 13:35
"Fənərbağça" ilə matça çıxacaq "Turan Tovuz" klubundan azarkeşlərə ŞAD XƏBƏR
Bu gün, 13:31
Onlar vergidən 20 il azad edildilər
Bu gün, 13:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
Bu gün, 12:16
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ
Bu gün, 11:40
Vətən müharibəsinin BİLİNMƏYƏNLƏRİ: Qəhrəmanlar 44 günün GİZLİNLƏRİNİ AÇIRLAR - VİDEO
Bu gün, 10:32
Zakir Həsənov onlara müraciət etdi
Bu gün, 10:30
Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI
Bu gün, 10:29
Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"
Bu gün, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı
Bu gün, 09:30
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
Dünən, 15:07
Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı
Dünən, 14:10
Sabunçu rayonunda antisanitar vəziyyət: Sakinlərdən NARAZILIQ - FOTO
Dünən, 14:00
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
Dünən, 14:00
İran yeni silahlar hazırlayır
Dünən, 13:50
Qatarlarda interval azaldılacaqmı? - Problemlə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:25
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli oldu
Dünən, 13:00
Bakının əsas magistral su xətti nə vaxt bərpa olunacaq?
Dünən, 12:30
Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi
Dünən, 10:37
Ölümündən bir il ötür: "Elə bir gün olmayıb ki, onunla söhbət etməyim"
Dünən, 10:33
Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?
Dünən, 10:00
Nazirlikdən 189 min nəfəri SEVİNDİRƏCƏK AÇIQLAMA
28-09-2026, 16:56
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzdu
28-09-2026, 16:54
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN
28-09-2026, 16:52
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB
28-09-2026, 14:59
Səhiyyə nazirinə yeni müavin təyin olundu
28-09-2026, 14:20
Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd edilib
28-09-2026, 14:17
Hindistanda daşqınlar: Çox sayda insan həlak olub