Naxçıvan şəhərini su basdı: Vətəndaşlar aidiyyəti qurumlardan kömək gözləyirlər - VİDEO
Naxçıvan şəhərinə yağan intensiv yağışlar şəhərin bir sıra ərazilərində ciddi çətinliklər yaradıb.
Azerimedia.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Bura bizim məhəllədir, evimizə girə bilmirik. Qapımızın ağzında kanalizasiya partlayıb, su evlərimizə dolub. Hara deyirik, baxmırlar", - sakinlərdən biri bildirib.
Digər bir sakin isə dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, lakin heç bir tədbir görülmədiyini bildirir: "Suyun hündürlüyü bir metr yarım qalxır, evlərimizi su basır. Döşəmələrimiz çürüyüb, evlərimiz bərbad vəziyyətdədir, yaşamaq mümkün deyil. Mən təqaüdçü adamam, suyun içində yaşayıram. Nə qədər materiala pul verək?"
Məsələ ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətindən bildirilib ki, güclü külək və leysan yağışları nəticəsində şəhərin müxtəlif ərazilərində fəsadlar yaranıb, küçələrdə subasma halları müşahidə olunub və ağacların budaqları qırılıb. Qurum tərəfindən ayrılmış xüsusi texnikalar vasitəsilə zəruri tədbirlər həyata keçirilir. Naxçıvan Şəhəri Yaşıllaşdırma Xidməti tərəfindən qırılıb tökülən ağac və budaqlar şəhər ərazisindən götürülüb.
Subasma halları baş verən ərazilərdə suların çəkilməsi istiqamətində işlər aparılmaqdadır. Şəhərin Dəmiryol Vağzalı ətrafındakı ərazilərə icra hakimiyyəti tərəfindən Fövqəladə Hallar Nazirliyinin xüsusi texnikaları cəlb edilib. Həmçinin subasma riski olan ərazilərdə əvvəlcədən profilaktik tədbirlər görülüb.
25-09-2026, 16:03
“Xankəndi” baş məşqçi ilə yollarını ayırdı
25-09-2026, 15:58
Prezident onları təltif etdi - ADLAR
25-09-2026, 15:57
Ərdoğan: "Yeni mexanizm yaradılmalıdır"
25-09-2026, 12:19
Azərbaycanda bu şəxslər məzuniyyətə çıxanda əlavə pul alacaqlar
25-09-2026, 11:30
Prezident Tacikistanın baş nazirini qəbul edib
25-09-2026, 11:01
Azərbaycanda hərbçilərin pensiyaya çıxması bu qaydada tənzimlənəcək - DETALLAR
25-09-2026, 11:00
Bu şəxslər dövlət qulluğuna MÜSABİQƏSİZ qəbul ediləcəklər
24-09-2026, 18:45
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
24-09-2026, 17:30
Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələr: Genişmiqyaslı kəşfiyyat işlərinə başlanılıb
24-09-2026, 16:30
Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA
24-09-2026, 16:11
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
24-09-2026, 16:10
Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
24-09-2026, 16:00
Prezident icra başçısını vəzifəsindən azad etdi
24-09-2026, 12:30
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
24-09-2026, 11:38
Yoxlamalara dair yeni qadağa qoyulur
24-09-2026, 11:36
22 motosikletçi saxlanıldı
24-09-2026, 10:00
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
24-09-2026, 09:51
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
24-09-2026, 09:49
Laçında dağlıq ərazidə YANĞIN - FOTO/VİDEO
24-09-2026, 09:46
UEFA Millətlər Liqasında start: İlk gündə səkkiz qarşılaşma
24-09-2026, 09:18
Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
23-09-2026, 17:30
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 MİLYON MANAT AYRILDI
23-09-2026, 16:31
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır - QİYMƏT bəlli oldu
23-09-2026, 16:12
Azərbaycanda tikinti xərcləri sürətlə artır: Bəzi məhsullar kəskin bahalaşdı
23-09-2026, 16:05
İlham Əliyevdən "AzerGold"la bağlı SƏRƏNCAM
23-09-2026, 13:31
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək
23-09-2026, 13:25
İlham Əliyev əfv sərəncamı imzaladı
